Maskın süni intellekti 11 Gündə 3 milyondan çox insanın pornoşəklini hazırladı
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İlon Maskın süni intellekt texnologiyası ilə işləyən çatbotu Grok, cəmi 11 gün ərzində qadın və uşaqların üç milyon cinsi tərkibli şəklini hazırlamaqla böyük mübahisəyə səbəb olub.
Lent.az xəbər verir ki, tədqiqatçılar tərəfindən aşkar edilən bu vəziyyət, “X” sosial media platformasına inteqrasiya olunmuş yeni bir şəkil redaktə xüsusiyyətinin yaratdığı təhlükəsizlik zəifliyini gündəmə gətirib.
Mübahisələrin mərkəzində olan bu xüsusiyyət, istifadəçilərə sadə mətn əmrləri verərək real insanların şəkillərini manipulyasiya etməyə və paltarlarını rəqəmsal şəkildə çıxarmağa imkan verir.
İnternetdə açıq-aşkar saxta məzmunun nəzarətsiz artmasına səbəb olan bu qabiliyyət, bir çox ölkəni Groku qadağan etməyə sövq edib.
Rəqəmsal Nifrətlə Mübarizə Mərkəzinin (CCDH) hesabatına görə, Grok bir dəqiqədə 190 belə şəkil istehsal edir.
Hesabatda Selena Qomez, Teylor Svift, Niki Minaj və Kamala Harris kimi məşhurların, eləcə də siyasətçilərin bu sistemin qurbanı olduğu vurğulanır.
CCDH-nin baş direktoru İmran Əhməd Elon Maskı lazımi təhlükəsizlik tədbirləri görmədən süni intellekt texnologiyasını buraxdığına görə sərt tənqid edib.
Araşdırmalar göstərir ki, iki həftəlik müddət ərzində təxminən 23.000 uşaq və milyonlarla yetkin qadının cinsiləşdirilmiş şəkilləri onların razılığı olmadan yaradılıb.
Qalmaqalın başlamasından sonra Kaliforniya Prokurorluğu qanunsuz məzmun istehsalına görə rəsmi araşdırma başladıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 24 Yanvar 2026 01:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















