Mədəkiçilmə əməliyyatından sonra komaya düşən “Universal” hospitalın baş həkiminin SON DURUMU
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verildiyi kimi mədəkiçiltmə əməliyyatı keçirən tanınmış oftalmoloq, “Universal” hospitalın rəhbəri və baş həkimi Aytən Sultanovanın səhhəti bir neçə gün öncə kəskin pisləşib. O, əvvəlcə “Universal” hospitalın reanimasiya şöbəsinə, daha sonra isə Mərkəzi Klinik Xəstəxananın Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.
Mərkəzi Klinik Xəstəxananın mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, hazırda A.Sultanovanın vəziyyəti ağır-stabil olaraq qalmaqdadır:
MÖVZU İLƏ BAĞLI:
“Universal” Hospital komada olan baş həkimindən niyə xəbərsizdir? – Aytən Sultanovanın MÜƏMMALI əməliyyatı
“Xəstə Aytən Sultanovanın xəstəxanamızın Reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir. Vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir”.
Qeyd edək ki, oftalmoloqun baş həkim olduğu “Universal” hospitalda mədəkiçiltmə əməliyyatı olduğu bildirilir. Hospital tərəfindən isə məlumat nə təsdiq, nə təkzibini tapıb.
Naibə Məmmədova, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 05 Sentyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















