Icma.az
close
up
RU
Mehdiyev Kərimli cütlüyünün dövlətçiliyimiz və milli maraqlarımız əleyhinə fəaliyyəti

Mehdiyev Kərimli cütlüyünün dövlətçiliyimiz və milli maraqlarımız əleyhinə fəaliyyəti

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi Azərbaycanın regionda güclənməsinə qarşı mübarizə aparan qüvvələrə ciddi zərbə oldu. Ramiz Mehdiyev bu ilin oktyabrında Cinayət Məcəlləsinin dövlətə xəyanət, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunmuşdur. Mehdiyev Azərbaycan siyasətində dərin “köklərə” malik bir sistem qurub. Mehdiyev işi ilə bağlı geniş detalların üzə çıxması gözlənilirdi. Bu baxımdan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın rəyasət heyətinin üzvü Məmməd İbrahimin evində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən axtarış aparılması da məhz bu prizmadan nəzərdən keçirilməlidir.

Əli Kərimlinin evində axtarış zamanı evdən “Milyarderlər İttifaqı” ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı, sair sənədlər tapılıb. Dəlillər AXCP sədrinin “Boz kardinal”la əlaqələrinin olduğu şübhələrini ciddiləşdirir. İlkin araşdırmalar zamanı müxtəlif ünvanlarda axtarışlar aparıldığı, çoxsaylı şahidlərin dindirildiyi, əhəmiyyətli sübutlar əldə edildiyi barədə məlumatlar yayılıb. DTX-də keçirilən dindirilmələr Ramiz Mehdiyev işi ətrafında aparılan araşdırmanın yeni mərhələyə keçdiyini göstərir.

Bu günlərdə Mehdiyevin üzə çıxan və Rusiyaya ünvanlandığı məktub əslində 2013-cü ildəki məktubun təkrarı hesab oluna bilər, çünki burada bir-birini təkrarlayan tezislər var. 2013-cü ildə yaradılan və vətənə xəyanət layihəsinə çevrilmiş “Milli Şura”nın hədəfi ölkəni daxildən qarışdırmaq, milli ruhu, milli şüuru dağıtmaq və parçalamaq olub. Milli Şuranın sərt anti-hakimiyyət ritorikasının Rusiyanın maraqları ilə üst-üstə düşməsi də təsadüfi deyildi. O dövrdə əsas məqsəd Rusiya vasitəsi ilə Azərbaycanda hakimiyyəti devirmək, Ramiz Mehdiyev və Abbas Abbasov “koalisiyası” ilə birləşərək iki illik keçid hökuməti yaratmaq olub. Təəssüf ki, bu prosesin ifşa olunması, cəzalandırılmaması 12 il uzandı. Artıq bu təhdid aradan qalxıb, hər şey dövlətin, istintaqın əlindədir.

Bu dəfə isə Ramiz Mehdiyev Rusiyanın dəstəyi ilə dövlət çevrilişi etməklə bağlı plan hazırlayıb və bunu öz kanalları vasitəsilə Rusiyaya təklif edib. Ramiz Mehdiyev planında dövlət hakimiyyətini zorla ələ keçirdikdən sonra keçid dövrü üçün müvəqqəti Dövlət Şurası formatında qurum yaradılmasını təklif edib. Bu plan 87 yaşlı köhnə bürokratın özünün rəhbər olmasını nəzərdə tutub. Mehdiyev rəhbərlik edəcəyi “50 nəfərlik” Dövlət Şurasında təmsil olunacaq şəxslərlə bağlı məlumatı da Rusiya ilə bölüşüb. Ramiz Mehdiyevin Rusiyaya yaxınlığı həmişə bəlli olub. O, hələ sovet dövründən Moskvanın agentura şəbəkəsinin üzvü kimi tanınıb. Ramiz Mehdiyev uzun illər öz imkanlarından istifadə edərək, Azərbaycan hakimiyyətində də Rusiyanın “dostları” olan məmurların vəzifə pillələrində, parlamentdə və mediada irəliləmələrinə şərait yaradıb.

Mehdiyevin bəlli olan “50 nəfərlik” keçid qurumunda heç şübhəsiz ki, Əli Kərimlinin, müxalifətin bir sıra təmsilçilərinin adları var. Çünki bu işbirliyi uzun illərdir ki, mövcuddur. Bu ittifaqın nəticəsidir ki, bu gün də Əli Kərimli və onun “trol ordusu”, o cümlədən onlara bağlı xaricdəki media quruluşları, “terrorçu media” Mehdiyev mövzusuna həssas yanaşırlar. Bu baxımdan, Ramiz Mehdiyevin çevriliş planları və bu yolda öz dövlətinin maraqlarını Rusiyaya satmasının qarşısını almaq nə qədər önəmli idisə, prosesdə AXCP-nin vaxtında zərərsizləşdirilməsi də dövlət təhlükəsizliyimiz üçün bir o qədər vacib məqam sayılmalıdır.

Digər mühüm məqam bundan ibarətdir ki, sovet siyasi məktəbinin ən köhnə simalarından olan Ramiz Mehdiyev vəzifədən uzaqlaşdırılandan bu günə qədər ölkədə müxalifətin heç bir böyük mitinqi baş tutmayıb. Hətta bu istiqamətdə strateji təşəbbüslər olmayıb. Bu fakt təsadüfi deyil. Uzun illər boyunca müxalifət mitinqlərinin keçirilməsi və koordinasiyası məhz Ramiz Mehdiyevin nəzarətində olub. O, müxalifətin potensial təhlükə mənbəyi kimi görünməsini təmin etməklə, dövlətə özünün “sistemin dayağı” olduğunu göstərməyə çalışırdı. Başqa sözlə, idarə olunan bu siyasi gərginlik onun hakimiyyətdəki mövqeyini qorumağın əsas mexanizmlərindən birinə çevrilmişdi.

Ona görə də bu gün müstəntiqlər tərəfindən Ramiz Mehdiyev və Əli Kərimlinin adının yan-yana qoyulması təsadüf deyil. Onlar otuz illik siyasi parazitizmin - biri dövlətə, digəri isə cəmiyyətə qarşı - kulminasiya nöqtəsini təmsil edir.

Biri şəxsiyyətə pərəstiş kultunu formalaşdırır, digəri isə əslində bir dəstə troll və siyasi axmaqın isterik qaragüruhu, çığırtı-bağırtısı ilə saxta etirazlar edirdi. Uzun illər ərzində Mehdiyev yazır, Kərimli isə icra edirdi. Hər ikisi ali ideyalar üçün deyil, özünü təsdiqləmək üçün yaşayırdı. Hər ikisi sonda siyasi cəhətdən çürüdülər, iflas etdilər, fiaskoya uğradılar. Bu fiqurların məqsədi hakimiyyəti zorla ələ keçirmək olsa da Azərbaycan dövlətinin sərt və çevik təhlükəsizlik sistemi bu cəhdlərin qarşısını vaxtında aldı.

Əli Kərimli deyirdi ki, Azərbaycan ordusu hərbi əməliyyat aparmağa qadir deyil. Bu, milli birliyi sarsıtmağa yönəlmiş psixoloji sabotaj idi. Azərbaycanın siyasi partiyaları ordumuza tam dəstək verdikləri bir vaxtda səslənən bu fikirləri heç şübhəsiz ki, Əli Kərimlinin sədri olduğu AXCP-nin siyasi tarixinin ən rüsvayçı səhifələrindən biri kimi yaddaşlarda qalacaq. Kərimlinin bu cür fikirləri həmin dövrdə guya ki, sülhü dəstəkləyən, müharibəyə qarşı çıxan, bununla da Qarabağ və Şərqi Zəngəzur torpaqlarının işğalda qalmasını dəstəkləyən “No war”-çıların pasifist çıxışları ilə həmahəng səslənmirmi?

Digər önəmli fakt budur ki, bəzi müxalifət liderlərinin övladları London və Torontoda yaşayır, Qərb təqaüdləri ilə təhsil alır və uydurma “erməni soyqırımı”nı etiraf edən yazılar dərc edirlər. Bu, sadəcə siyasi fikir deyil, nümayişkaranə ideoloji kapitulyasiyadır.

“Tarixi zəfərimizi necə qiymətləndirirsiz” sualına nədənsə mən bu haqda danışmaq istəmirəm cavabını verən, qələbəmizə zərrə qədər sevinməyən Ramiz Mehdiyevin görəsən dövlətin qüdrətini, Ali Baş Komandan İlham Əliyevin hərbi və siyasi bacarığını dünyaya nümayiş etdirən zaman bu Zəfər, bu tarixi Qələbə haqda danışmağa doğrudanmı “akademik”in sözü olmayıb.

Hazırda ev dustaqlığında olan 87 yaşlı Ramiz Mehdiyev bir akademikdən təxribat sxemlərinin memarına necə çevrilə biləcəyinin simvoludur. Onun rolu ideyalarında deyil, metodundadır: o, illərdir radikal anti-dövlət şəbəkələrin inkişaf etdiyi intellektual zəmin yaratmışdır. Onun tələbələri, “layihə adamları”, tənqid adı altında ictimai məkanı pozmağa və silkələməyə davam edirlər. Onlar ölkə daxilində başqalarının strategiyalarının məntiqi ilə düşünən insanlardan ibarət bütöv bir şəbəkə qurublar.

XX əsrin əvvəlində Həmid Sultanov və Əliheydər Qarayev “11-ci Qırmızı Ordu”-nun Azərbaycanın işğal etməsi üçün canfəşanlıq edirdilərsə, uzun illər sonra eyni satqınçılıq, təslimçilik və nökərlik zehiyyətində Ramiz Mehdiyev və Əli Kərimli çıxış edib.    

Bütün bunlar onu göstərir ki, hazırki qlobal çağırışlar, real təhdidlər fonunda Azərbaycanın daxilini sarmaşıq kimi sarımış bu cür yabancı otlara, gizli cəbhələrə, ideoloji kardinallara qarşı sərt və davamlı addımların atılmasının əsl vaxtıdır. Tarixi əhəmiyyətli zamanlarda, xalqın dar günündə həmişə cəmiyyətdə təslimçilik ab-havasını təbliğ edən, milli maraqlara arxadan zərbə endirən bu cür marginal qruplar müasir siyasi partiya anlayışları ilə qətiyyən uyğun gəlmir. Çünki 90-cı illərdə meydan hərəkatından qalan və hələ də şüarları, baxışları dəyişməyən AXCP-Müsavat düşərgəsinə hazırki süni intellekt dövründə məgər ehtiyac, sosial tələbat varmı? Xəyanətkar beşinci kolonun ünsürləri kökündən qazılıb birdəfəlik atılmalıdır!

Mehdiyev hakimiyyətə öyrəşmişdi, hakimiyyətinin əbədi olacağını düşünürdü, bütün qurduğu sistem çökəndə “boz kardinalı” da altında basdırdı. O, bunu bir dövrün təbii sonu kimi deyil, şəxsi təhqir kimi qəbul etdi. Əli Kərimli də bu kompleksin proyeksiyasıdır. O da qisas üçün yaşayır. Onilliklər boyu davam edən uğursuzluqlar, məğlubiyyətlər, istehza və acizlik onu liderə deyil, xroniki ittihamçıya, boşboğaza və profana çevirib. O, öz qəzəbinin girovuna çevrilib. Onun ritorikası uzun müddətdir ki, demokratiya deyil, nifrət haqqındadır. O, heç bir həll yolu təklif etmir; o, qisas tələb edir. Onların psixologiyası burada birləşdi: tarixin kənara atdığı iki şəxs eyni fikirdə təsəlli tapdı: QİSAS. Biri dövlətdən, digəri isə xalqdan qisas almağı xəyal edirdi. Hər ikisi bunu eyni şüarlar altında etdi: “ədalət”, “həqiqət”, “əxlaq” uğrunda.

Bu, ideoloji ittifaq deyil, təsirin qalıqlarının mübadiləsidir. Mehdiyev Kərimliyə köhnə əlaqələrini, analitik infrastrukturunun qalıqlarını, yazı yazmaqda, məlumat toplamaqda və yalan uydurmaqda bacarıqlı insanlar şəbəkəsini verdi. Kərimli Mehdiyev dairəsinə trollar, sosial media axmaqları, səs-küy salmağı özünə peşə seçmiş adamlar və bütün insani keyfiyyətlərdən məhrum edilmiş şəxslərdən ibarət bir dəstə verdi. Biri kölgədə pıçıldadı, digəri meydanda qışqırdı.

Məhz buna görə də onların qarşılıqlı əlaqəsi bu qədər təhlükəlidir. Söhbət gücdən yox, dağıdıcılıqdan gedir. Onların heç biri yaratmaq qabiliyyətinə malik deyil, yalnız sabitliyi pozur. Onlar nə qurur, nə danışıqlar aparır, nə də modernləşdirirlər, onlar yoluxdururlar. Azadlıq dilindən bölücülük vasitəsi kimi istifadə edərək ictimai inamsızlıq səpirlər.

Mehdiyev tərəfindən Kremlə yazılan məktubda Dövlət Şurasının funksiyaları yer alırdı. Hansı motivlərlə hazırlanmasından asılı olmayaraq Azərbaycanın mövcud siyasi müxalifəti heç vaxt bu cür planlardan qıraqda qalmayıb. Hakimiyyəti zorla ələ keçirmək planında AXCP, Müsavat və 2013-cü ildə Rusiyanın layihəsi kimi formalaşdırılan Milli Şura yer alıbsa, onlara qarşı hüququn aliliyi öz sözünü deməlidir. Dövlətə xəyanət layihəsində yer alan heç bir fiziki və hüquqi şəxs cəzasız qala bilməz. Dövlətə xəyanət partiyası ləğv olunmalıdır!

Azərbaycan Respublikasının Konstitusiyasının 58-ci maddəsinin 4-cü bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır. Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.

“Siyasi partiyalar haqqında” 4-cü maddəsinin 3.1-ci maddəsində vurğulanır ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edilməsi məqsədilə siyasi partiyaların təsis edilməsinə və fəaliyyətinə yol verilmir. Suverenliyə, sekulyarlığa, ərazi bütövlüyünə və konstitusion quruluşa qarşı fəaliyyət göstərən siyasi partiyalar dünyanın müxtəlif ölkələrində ləğv olunur. Bu baxımdan, ölkəmizdə fəaliyyət göstərən destruktiv partiyaların və siyasi birliklərin məhkəmə qərarı ilə bağlanılması həyata keçirilə bilər.

Dəyişən dünya nizamında Azərbaycan dövlətinin güclü, ədalətli və ən əsası müstəqil siyasətinə qarşı mübarizə aparan ölkə daxilində bütün radikal qrupların və təsir dairələrinin vaxtında zərərsizləşdirilməsi milli təhlükəsizlik baxımından tamamilə legitimdir və həyati əhəmiyyət daşıyır.

İdeoloji təhlükəsizlik azadlığın məhdudlaşdırılması deyil, xarici təzyiq və daxili aşınmadan qorunma vasitəsidir. Bu gün isə dövlətlərin ideoloji sərhədlərinin pozulması onların suverenliklərini də ciddi təhdid altına almaqdadır. Qlobal informasiya açıqlığı dövründə beyinlər uğrunda mübarizə sərhədlərin qorunması qədər vacib amilə çevrilib. Orduların alqoritmlərlə əvəz olunduğu və işğalların tanklarla deyil, narrativlərlə həyata keçirildiyi bir dünyada Azərbaycan öz müdafiə sistemini sərhədlər ətrafında deyil, şüur ​​ətrafında qurur. Azərbaycan daha mürəkkəb bir yolla gedir - ideoloji immunitet yolu ilə, burada müdafiə qorxu üzərində deyil, dövlətlə xalq arasında şüurlu, üzvi həmrəylik üzərində qurulur. Son illərdə ölkə regionda heç bir süni demokratiyanın tab gətirə bilməyəcəyi bir sınaqdan keçib. 44 günlük Vətən Müharibəsində qələbədən sonra, cəmiyyətin nəhayət ki, heç olmasa qısa müddətə nəfəs dərmək üçün möhlət aldığı göründüyü zaman, yeni, daha incə bir hücum - onun şüuruna hücum başladı.

Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan üçün indi əsas vəzifə - daxili birliyin və milli özünüdərkin qorunmasıdır. Azərbaycan ərazi bütövlüyünün bərpasından milli şüurun qorunması mərhələsinə keçib. Azərbaycanın dövlət müstəqilliyi həm də keçmişin lazımsız qalıqlarından, kənar ideologiyaları, “dəyərləri” təbliğ edən bütün qüvvələrdən azad olunmağı tələb edir. Azərbaycan hökumətinin hazırki liberal və tolerant davranışları milli dövlətçilik və daxili sabitliyimizə çox baha başa gələ bilər. Çünki zaman da göstərir ki, gələcəkdə qarşıdurmalar daha çox dəyərlər, ideologiyalar, beyinləri yuyan informasiyalar müstəvisində olacaq. Qanlı savaşların yerini şüur, ictimai rəy, psixoloji basqı savaşları tutacaq. Doğrudur, klassik silahlardan hələ də atəş açılacaq, amma gələcəyin ən təhlükəli silahı artıq ideologiyadır. Azərbaycan dövləti öz müstəqilliyini və xalqını bu qorxunc silahdan qorumağı bacarmalı və buna hazır olmalıdır.

Ramiz Mehdiyevin işi ilə bağlı Əli Kərimlinin həbsi ilə dövlət iki toksin mənbəyini - inzibati və müxalif - kəsdi. Onilliklərdir bir-birindən qidalanan iki virus kəsildi. Onların əlaqəsi hüquqi mənada xəyanət deyil, mövcudluq baxımından xəyanətdir. Beləliklə, onların süqutu sadəcə məntiqli deyil, zəruridir. Bu, onların oyunlarından böyüyən bir ölkə üçün təbii özünütəmizləmə aktıdır. Onların ortaq hökmü artıq çıxarılıb - məhkəmə tərəfindən deyil, zaman tərəfindən. Kərimli və Mehdiyev siyasi həmfikirlərin birliyi deyil, funksiyaların birliyidir. Xaosun köhnə memarı və isterik siyasi təlxək qarşılıqlı tənəzzül anında bir-birini tapdılar. Azərbaycan gələcəyə daha möhkəm addımlamaq üçün tərcümeyi-halından iki kölgəni birdəfəlik sildi!

Politoloq İlyas Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Dekabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2009

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see230

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see188

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see148

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see137

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see135

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see122

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see122

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri