Məhərrəm Abbasov: “Ötən il Naxçıvandakı SESlərdə elektrik enerjisi istehsalı 46 % artıb”
Report.az saytına istinadən Icma.az xəbər verir.
Ötən il Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin tabeliyində olan elektrik stansiyalarında 454 milyon kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib şəbəkəyə ötürülüb.
Bunu "Report"un yerli bürosuna açıqlamasında Xidmətin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Məhərrəm Abbasov deyib.
Onun sözlərinə görə, bu enerjinin 49 %-i istilik elektrik stansiyalarında, 38 %-i su elektrik stansiyalarında və 13 %-i günəş və külək elektrik stansiyalarında istehsal olunub: “2023-cü illə müqayisədə istilik elektrik stansiyalarının payı 26 % azaldılıb, su elektrik stansiyalarında bol sululuqla əlaqədar 46 % çox elektrik enerjisi istehsal olunub. Günəş elektrik stansiyalarında ötən illə müqayisədə 1 % artıq elektrik enerjisi istehsal olunaraq şəbəkəyə ötürülüb”.
M. Abbasov bildirib ki, 1971-ci ildən istismar olunan “Araz” Su Elektrik Stansiyasının layihələndirilməsi və yenidən qurulması işi nəzərdə tutulub: “Bu məqsədlə Rusiya, Ukrayna və Avstriyanın şirkətlərinin mütəxəssisləri müxtəlif vaxtlarda stansiyalarda hidrotexniki və hidremexaniki avadanlıqlara yerində baxış keçirib. Stansiyanın 53 ildən artıq istifadə edildiyi nəzərə alaraq hidroturbinlərin 50 il, hidrogeneratırların isə 30 il işləmə resursu müəyyən olduğu üçün stansiyanın tamamilə yenidən qurulmasına qərar verilib. Yenidənqurma zamanı stansiyanın layihə gücü 10 % artırılacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 08 Yanvar 2025 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















