Icma.az
close
up
RU
Məktəb ləvazimatları niyə bahalaşır?

Məktəb ləvazimatları niyə bahalaşır?

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Məktəbə hazırlıq dövründə valideynlərin əsas xərclərindən biri məktəb ləvazimatlarının alınmasına düşür. Çanta, dəftərxana məhsulları, yazı vasitələri, geyim və digər zəruri məhsulların qiyməti isə hər il ailələrin büdcəsinə daha çox təsir göstərir. Bu il qiymətlərdə ötən illə müqayisədə az da olsa, artım müşahidə edilir. Bəs Azərbaycanda məktəb ləvazimatlarının bahalaşmasının əsas səbəbləri nələrdir?

İqtisadçı ekspert Asif İbrahimov Banco.az-a açıqlamasında bildirib ki, Azərbaycana bir çox digər məhsullar kimi məktəb ləvazimatlarının böyük hissəsi də idxaldan gəlir, xüsusilə Çindən və Türkiyədən:

"Məktəbli çantaları, dəftərxana məhsulları, yazı və rəsm məhsulları, ləvazimatları, eləcə də bir sıra geyim və ayaqqabı məhsulları xaricdən gətirilir. Hətta yerli istehsal olunan məktəbli geyimlərinin belə parçaları, aksessuarları və digər xammallarının böyük bir hissəsi xaricdən idxal hesabına formalaşır.

Bu səbəbdən dünya bazarındakı xammal istehsalı, logistika xərclərində baş verən dəyişikliklər, eyni zamanda Azərbaycanda baş verən xərclərlə bağlı istehsalçının, sahibkarın vergi yükünün artması, icarə yükünün artması, kommunal xidmətlərin qiymətinin bahalaşması da yekun məhsulun qiymətinə öz təsirini göstərir".

İqtisadçı bildirib ki, bildiyiniz kimi, gömrük rüsumunun təyin olunması ilə bağlı qanunda altı növ üsul müəyyənləşdirilib: "Bunlardan altıncısı ehtiyat üsuludur ki, hər hansı bir formada qiyməti müəyyən etmək mümkün olmayanda o üsuldan istifadə edirsən. Bizdə də birbaşa olaraq altıncı üsulla qiymət müəyyən edilir. Belə olduğu üçün sahibkar gömrükdə ödəməli olduğu qiymətdən 2 dəfə, 3 dəfə baha qiymət ödəyir.

Və bu səbələ yaranan bahlaşmanı bütün məhsullarda hiss etmək olar, o cümlədən də məktəb ləvazimatlarında". 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://banco.az
archiveBu xəbər 21 Avqust 2026 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see293

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see282

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see259

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see255

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see250

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see242

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see224

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see214

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see212

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see211

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see208

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see207

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see203

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see187

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see168

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri