Icma.az
close
up
RU
Məlumatın biliyə, biliyin də elmə çevrilməsinin yolu uzun və mürəkkəbdir

Məlumatın biliyə, biliyin də elmə çevrilməsinin yolu uzun və mürəkkəbdir

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Bu günlərdə bilik gününü qeyd edəcəyik və bütün diqqətlərimiz cəmiyyətin gələcəyi olan uşaqlara yönələcək. Bu günü bilik günü kimi qeyd edib və elmi biliklərə dogru yönəltdiyimiz övladlarımız bilməlidir ki, hər bir bilik elmi bilik deyil, uşaqlara adi biliyin elmi bilikdən fərqini anlatmaq vacibdir. Bu iş sistemli olmalıdır, ailədə başlamalı, məktəbdə davam etməli və ali təhsildə mükəmməlləşməlidir.

Bilik, cəmiyyətdə mövcud olan çox böyük həcmdə xammaldır. O, təcrübədən, müşahidələrdən, ənənələrdən, inanclardan, fərqli yollarla əldə etdiyimiz məlumatlardan ibarətdir. “Elm” biliyi seçən, yoxlayan və sistemləşdirən, onu obyektiv və əsaslandırılmış anlayışa çevirən bir sistemdir. Əlbəttə ki, elmin əsası bilikdir, lakin bütün biliklər elmə çevrilmir.

XX əsrin 80-90-ci illərində “biliklər cəmiyyəti” adlı bir beynəlxalq kompaniya həyata keçirildi. Əsasən rus alimlərinin “can-fəşanlıq” etdiyi bu kompaniya elmilikdən daha çox PR məqsədi daşıyırdı, çünki biliklərin qiymətləndirmə meyarı fərqli idi. Biliyi manipulyasiya etmək, onu lokal maraqlara yönəltmək işində “ruslar” bir qədər gec başladılar və bu səbəbdən də bayağı, bəsit görsəndilər.

Təlimatın manipulyasiyası, biliyin bəsitliyi və elmi fikirin saxtalıgı XX əsrin sonlarında geniş yer aldı. Bu üç faktora birlikdə və kompleks baxış milli maraqlara xidmət etməyin yeganə modelidir. Bu prosesin  hal-hazırda da  davam etdiyini nəzərə alaraq bəzi nümunələr üzərində diqqətimizi təmərgüzləşdirək.

Bu ilin Avqust ayının ortalarında Azərbaycanın tanınmış mediya mərkəzləri “51 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib” sərlövhəli xəbərlər yayır ki,  bu da təbii olaraq diqqətimizi cəlb etdi. Məgər elmlər doktoru elmi dərəcəsini “verirlər”? Bir də ki, hətda verirlərsə də Azərbaycan Ali Attestasiya Komissiyası iyul ayının 5-dən etibarən sənəd qəbul etmir və bütün kollektiv sentyabr ayının əvvəlinə qədər məzunuyyətdədir. Bəs onda bu xəbər niyə indi ortaya çıxıb?

Çox sayda media qurumunun bu barədə verdiyi xəbər 3-4 cümlədən artıq deyildi və bu xəbərin mənbəyini axtarmaq məqsədi ilə AAK-ın saytına bir göz gəzdirdik ki, nə baş verib, son dərəcə ciddi mediya qurumları AAK-ın kütləvi şəkildə məzuniyyətdə oldugu zaman bu qədər əhəmiyyətli xəbəri niyə indi yaymaq qərarına gəliblər?

Məlum oldu ki, 2025-ci ilin iyun ayının 5-də 51 iddiaçıya, 25 iyunda 52 iddiaçıya, 10 iyul tarixində də 52 iddiaçıya elmi dərəcə haqqında şəhadətnamələr təqdim edilmişdir. Bu şəhadətnamələr iddiaçı alimlərə onların haqqı olaraq təqdim edilir və heç bir kəsin iltifatı olaraq deyil. Əlbətdə ki, yüksək elmi dərəcəyə çatmış Azərbaycan alimlərinin adlarını, onların fəaliyyət göstərdiyi elmi istiqamət, elmdə etdikləri nailiyyətlər haqqında məlumat əldə etmək də istəyirdik. Ancaq, AAK saytında bu barədə məlumat əldə edə bilmədik. Verilən məlumatlarda mətnin tərtibatı elə qurulub ki, sanki AAK bu alimlərin tanınmasını istəmir və onları ictimaiyyətdən gizlədilir.

İyul ayının onundan sonra yeni bir hadisə baş verməyib. Avqust ayının 10-12-si arası bu xəbərlərin yayılması bir qədər təəccüblüdür. Ancaq bütün hallarda, oxucuların diqqətinə çatdırmaq istərdik ki, elmi dərəcələr verilmir, alınır. Bu çox uzun və əziyyətli yoldur. Bir elmlər doktorunun keçdiyi akademik proses 30-40 il ola bilir. İctimai rəyə təqdim edilərkən bu qədər sadə,-“Elmlər doktoru elmi dərəcəsi verildi” şəklində təqdim olunması yanlışdı. Bu alimlərin əksəriyyəti milli qürurumuzdur və onları tanımaq, təbliğ etmək lazımdır.

Universitetlərə qəbul imtahanlarında 650-700 bal toplamış abuturientlər haqqında televiziya və mətbuat geniş məlumatlar verdiyi halda elmlər doktoru, professor səviyyəsinə çatmış alimlər haqqında niyə məlumat verilməsin?

Bu arada, may ayının 14-də Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevin AAK-ın rəsmi saytında yerləşdirilmiş AzərTac-ın suallarına verdiyi cavablar diqqətimizi cəlb etdi. Əslində həqiqətən də suallara verilmiş cavablardan ibarət uzun və ambisiyalı bir yazıdır. Bu sual-cavab müsahibə deyil, çünki, bu yazıda akademik mühitin qayğıları cavablanmır, yazı konseptualdır və cavablar da ona uygun tərtib edilib. AAK sədrinin müsahibə verməsi hadisəsini bu ilin mart-aprel aylarında akademik mühitin problemləri ilə əlaqədar mətbuatda yayılan çox sayda yazılar oldugu qənaətinə gəldik. Gec də olsa müsahibə mətni əlimizə keçdi və onunla tanış olduq. Məlum oldu ki, yenə də islahatlar hazırlanır, yeni, anlaşılmayan qaydalar, yeni mənasız sənədlər və akademik mühiti pərişan edəcək yeni normalar...

AAK məmurlarının xarici ölkələrə səfəri və hər bir ölkədə gördüklərini bizim üzərimizdə “eksperiment” etmələri heç də xoş olan vəziyyət deyil. Dəfələrlə mütəxəssislər etiraf edib ki, müxtəlif epizodların Azərbaycanda tətbiqi islahat effekti vermir, xaos yaradır. Normal menecmentdə beş illik, on illik planlar həyata keçirilir, dövlət siyasətinə uygun layihələr həyata keçirilir və sonunda mütləq də hesabat verilir. 2017-ci il islahatlarından sonra akademik karyeranın yolu nə qədər açıldı, prosedurlar nə qədər sadələşdirildi və şəffaf oldu, yazılan dissertasiyaların keyfiyyəti nə qədər artdı, Azərbaycanın akademik mühiti nə qədər genişləndi, hansı elm sahələri inkişaf edir, hansı elmi istiqamətlərdə əskiyimiz var? kimi suallara cavab tapmırıq. Hal-hazırda AAK-ın heyyəti 7 ildir ki, islahat aparır və eləcə də yeni islahatlar hazırlayır.

2017-ci ildə Azərbaycan Prezidentinin həyata keçirdiyi AAK-ın  struktur islahatı, yeni “əsasnamənin” hazırlanması və akademik karyera proseslərinin sadələşdirilməsinə yonəldilmiş tədbirləri çox əhəmiyyətli idi. Bu tədbirlərin nəticələrini müəyyənləşdirmək, Azərbaycanda elmin inkişafı tendensiyalarını qiymətləndirmək, elmi məhsulların keyfiyyət göstəricilərini, statistik məlumatları müqayisə etmək çox əhəmiyyətli olar. Lakin bu məlumatları əldə etmək mümükün deyil.

Ölkənin elmi jurnalları ilə əlaqədar tələblər məntiqi sonluga hələ də çatmayıb. Çap olunacaq elmi məqalələrlə əlaqədar irəli sürülən şərtlərin anlaşılmaması davam edir. Çap olunmalı manaqrafiyalara verilən tələbləri gündən-günə mürəkkəbləşdirmək səyləri yanlışdır. Nə üçün Cənubi Koreyanın, Kanadanın, Argentinanın “X” nəşriyyatında çap olunan monaqrafiyalar AAK üçün mötəbərdir, “Şpringerdə” 15 min yevro ödənişlə 30-40 nüsxə tirajla çap olunmuş monoqrafiyalar mötəbərdir, altı türk dövlətinin heç bir nəşriyyatında çap olunmuş monoqrafiyalar ki, -türk dövlətləri universitetlərində tədris olunur AAK tərəfindən mötəbər hesab edilmir? Məgər, belə bir yanaşma bizim milli siyasətimizdir? Belə bir yanaşma Azərbaycan Respublikasının Türkdilli dövlətlərlə inteqrasiya siyasətinə qarşı deyil?

 Bu istiqamətlərdə yeni islahatlar deyil, milli maraqları güdən əməli addımlar atmaq lazımdır. Milli akademik “brendlərin” yaradılması və dəstəklənməsi vacibdir. “Elm qlobaldır və milli deyil” deyənlərə də cavab vermək lazımdır. İrəli sürülən tələblərin maddi dəstəklənməsini təmin etmək, akademik ictimaiyyəti maarifləndirmək, irəli sürülən tələblərin məntiqi olmasını əsaslandırmag və bütünlükdə prosesin şəffaf olmasını təmin etmək vacibdir.

Elmin dərin “avrosentrik” bir müəssisə olması fikri uzun müddətdir ki, mövcuddur. Elmi fikrin, məhsulların qlobal informasiya məkanına sərbəst daxil olması hələ onun “elmi müstəmləkəçiliyə” dair müzakirələ son qoymayıb. Elm qlobal (bəşəri) olması ilə yanaşı həm də millidir. Biz milli elmi potensialı genişləndirməklə qlobal proseslərin iştirakçısı oluruq. Odur ki, bu prosesdə balansın qorunması vacibdir.

Qeyd olunan müsahibədə ölkənin inkişaf edən akademik mühitində qarşılaşılan problemlərdən heç birinə cavab verilmir, neqativ hallar “pis adamların” üzərinə atılır, qeyri-müəyyənlik və korrupsiyaya şərait yaradan süründürməçilik hallarından danışılmır, sənəd saxtakarlıgı, “əsasnamənin” tələblərinin pozulması halları görməməzdikdən gəlinir və bir sözlə “illərlə müdafiə gözləyənlər yenə də gözləməlidir” nəticəsinə gəlirik. AAK sədri, müdafiəyə təqdim olunmuş dissertasiyanın müdafiəsi üçün 5-6 il gözləyənlərə heç bir cavab vermir. Müdafiə şuraları və birdəfəlik şuralar kimi absurt struktur qurumlarının məntiqi haqqında heç kim, heç nə bilmir. Biriləri daimi müdafiə şurasına müraciət edir, orada illərlə gözləyir, digərləri bir dəfəlik şura yaratmagın təlaşına düşür. Müdafiə şuralarının tərkibinin formalaşmasında tam subyektivlik mövcuddur və şəxsi münasibətlərlə yaradılır.

Akademik mühitin genişləndirilməsi və saglamlaşdırılması, alimlərimizin faydalı zamanınına qənaət etmək və onları dəstəkləmək məqsədi ilə  islahatlar deyil, dünya təcrübəsində çoxdan mövcud olan bir sıra tədbirləri həyata keçirmək vacibdir.

-Disertasiya müdafiəsi şuralarının tərkibinin azı yarısını tanınmış xarici alimlərin hesabına formalaşdırmaq vacibdir. Ən yüksək səviyyələrdə bu fikirin ifadə olunmasına baxmayaraq hələ də bu sahədə bir iş görülməyib və atılan addımların qarşısı alınır.

-Müdafiə şuraları AAK məmurlarının seçimi ilə deyil sahənin aparıcı elmi mərkəzlərində və yüksək akademik göstəriciləri olan  alimlər tərəfindən təşkil olunmalıdır.

-“Birdəfəlik müdafiə şurası” təcrübəsindən imtina olunmalıdır. “Müdafiə şurası” konkret elmi istiqamətdə (indeksdə) və ya bir qrup elm sahələrində alimlik adı daşıyan yüksək səriştəli mütəxəssislər heyyəti hesab edilir. Belə bir “şura” ya mövcuddur ya da mövcud deyil. Telefon zəngi ilə özlərinə loyal bir neçə nəfəri toplayıb “birdəfəlik şura” yaratmaq ölkədə elmin inkişafına xidmət etmir.

-Dissertasiya müdafiəsi üçün verilən tələblər sırasında beynəlxalq məlumat bazalarında indeksləşən məqalələrin sayını artırmaq faydalı olar. Mötəbər İndeksləşən məlumat bazalarının da sayı artırılmalıdır. İki məqalə və ya bir monaqrafiya üçün “professor” adının qazanılması korporativ maraqlara xidmət edir.

-Azərbaycanın elmi jurnalları üçün “doi” indekslərinin təmin edilməsi məqsədi ilə müvafiq qurumların nəzdində mərkəzin yaradılması vacibdir ki, elmi jurnal redaksiyaları bu iş üçün zaman ayırmasın və indeksləşmə pərakəndə həyata keçirilməsin. Bu mərkəzlərə “Krossref” ilə əməkdaşlıq və nümayəndəlik təmin edilməlidir. Bu işi “kitab palatasına”, AMEA-nın Mərkəzi Elmi Kitabxanasına həvalə etmək olar və ümumiyyətlə Azərbaycanın geniş elmi kitabxanalar şəbəkəsinin potensialından istifadə edilməlidir. Elmi jurnalların redaksiya heyyəti üzvləri əsasən tanınmış alimlərdir. Bu alimləri jurnal məqalələrinin indeksləşən bazalara yüklənməsi işini tapşırmaq yanlışdı. Bu zaman alan və texniki işlərdir. Bir jurnal əgər on məlumat bazasında indeksləşirsə hər bir məqalənin bu bazalara yüklənməsi günlərlə zaman ala bilir.

-AMEA-nın bu yaxınlarda həyata keçirdiyi “Dərgi park” fəaliyyətini genişləndirmək və bütün elmi jurnallar üçün vahid platformaya çevirmək, növbəti addımda onu Türkiyənin “dərgi parkına” inteqrasiya edərək ULAKBİM-də indeksləşdirilməsini təmin etmək lazımdır.

-Azərbaycan Milli H-indeksinin manitorinqini həyata keçirəm və digər beynəlxalq reytinq cədvəllərinin təhlilini edən peşəkar qruplar təsis edilməlidir. Bu iş hal-hazırda ildə bir dəfə kompaniya xarakteri daşıyır və abyektivlikdən uzaq, populist bir fəaliyyətə çevrilib. Universitet kitabxanalarının bu işi il ərzində həyata keçirmək potensialı mövcuddur və bu potensialdan istifadə olunmalıdır.

-Universitetlərin həyata keçirdiyi daxili akademik təşviq layihələri Elm və Təhsil nazirliyi tərəfində ümumiləşdirilməli və məcmu qiymətləndirmə həyata keçirilməlidir. Bu iş üçün xüsusi metodikanın hazırlanması vacibdir.

-AAK-ın hər il müdafiə olunmuş dissertasiyalar, elmi ad və dərəcələr almış alimlərin elmi təsnifata uyğun siyahıları çap edilməli və bu alimlərin tanıtımı həyata keçirilməlidir. Azərbaycanda alim və tədqiqatçıları mərkəzləşdirilmiş reyestr uçotunun bərpa olunması vacibdir.

-Disertasiyaların ilkin müzakirədən müdafiəyə qədər keçdiyi yol manitorinq olunmalı və hər hansı süründürməçilik, qanunsuz tələblərin təmənnalı olması düşüncəsi hakim olmalıdır.

-AAK qurumları iddiaçıların müraciətlərinə verdiyi cavabları yazılı olaraq təqdim edilməli və irəli sürdüyü tələblərə görə məsuliyyət daşımalıdır. İddiaçılar müraciətlərinə yazılı cavab ala bilmirlər ki, hüquqi zəmində haqlarını qorusunlar. Cavablar şifahi şəkildə verilir, sonradan bu cavablardan imtina olunur. Hüquqi zəmində hüquqlarını müfadiə etmək istəyən iddiaçılar hüquqşunas tapa bilmir. Çünki, bu sahədə ixtisalaşmış vəkillər yoxdur və akademik karyera sahəsində hüquqi alətlər işləmir.

“Azərtaca” verilmiş müsahibə və ya AAK-ın saytında yerləşdirilmiş sual-cavab, necə adlandırmağımızdan asılı olmayaraq 21 sualdan və onlara verilmiş cavabdan ibarətdir. Müsahibəni götürən jurnalistin adı da göstərilmir. Buradan belə nəticə çıxarmaq olar ki, sualları da məhz AAK məmurları tərtib edib. Məhz bu səbəbdən də akademik mühiti narahat edən bircə sual da gündəmə gətirilməyib və cavablandırılmayıb. Müsahibədə diqqəti cəlb edən bir əlamətdə odur ki, 21 suala verilmiş cavabların heç birində Prezidentin imzası ilə təsdiq olunmuş “əsasnaməyə”, elm və təhsil haqqında qanunlara, Azərbaycan Prezidentinin çıxışlarına və qarşıya qoydugu vəzifələrə heç bir isnad olunmur. Cavablar AAK sədrinin subyektiv fikirləridir və müzakirə obyekti deyil. Deməli, olduğu kimi də qəbul etməliyik?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Sentyabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see182

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see139

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see131

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see126

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri