Memarlıq və İnşaat Universitetinin liftləri niyə teztez DAYANIR? Rəsmi AÇIQLAMA
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) liftlərində tez-tez problemlər yaşanır.
Bununla bağlı universitetin tələbələrindən Bizim.media-ya şikayət daxil olub. Tələbələrin bildirdiyinə görə, xüsusilə universitetin 1-ci korpusunun liftlərində vaxtaşırı dayanma və nasazlıqlar müşahidə olunur.
Universitetin mətbuat katibi Nicat Abdullayev məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, liftlərin hər biri işlək vəziyyətdədir:
"Bizdə belə bir məlumat yoxdur. Amma məsələni araşdırıb, lazımi tədbirləri həyata keçirməyə hazırıq. Qeyd edim ki, AZMİU-nun üç tədris binası var. Bunlardan birində 12, birində isə beş sürətli lift mövcuddur. Liftlərə vaxtında baxış keçirilir, təmir işləri aparılır. Universitetdə liftlərə texniki qulluq göstərən əməkdaşlar mövcuddur. Həmçinin, mütəmadi olaraq da texniki sazlama işlərini aparan şirkətlərlə əməkdaşlıq edilir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 10 Dekabr 2024 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















