Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Məni zorla tanımadığım bir kəndə apardılar… İctimai fəaldan sensasion paylaşım

Məni zorla tanımadığım bir kəndə apardılar… İctimai fəaldan sensasion paylaşım

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sirr deyil ki, Azərbaycanda “Qızqaçırma” hələ ta qədimdən adət-ənənə kimi görülüb. 

Əvvəllər əgər bir qız zorla qaçırıldırsa, onun demək olar, evlənməkdən başqa çarəsi qalmırdı. Çünki qaçırılan qız geri qayıtsa və ya qaytarılsa, adına söz çıxa bilərdi. Adına söz çıxan qızın sonrakı həyatı isə, belə demək olarsa, əzablı keçirdi.

Əkərən rayonlarda olan bu adət-ənənə son illər qanunların sərtləşməsindən sonra yığışılsa da, hərdən-hərdən yenə də bunun şahidi olmaq olur. 

” “Qızqaçırma” adət deyil, adam oğurluğudur! Dostlar, bir neçə saat öncə mənə çox dəhşətli bir yazı göndərilib, anonim şəkildə yazılıb, amma yazdığı mətndə qorxularını duymamaq mümkün deyil. Ona görə də düşündüm ki, ictimailəşdirmək lazımdır, bəlkə bundan sonra rahat yaşamasına vəsilə ola bilərik.”

Gununsesi.info xəbər verir ki, bu sözləri ictimai fəal Ülviyyə Əli öz sosial şəbəkə hesabında paylaşaraq həyəcan təbili çalıb.

Bu barədə məlumatı ona Tovuz rayonunda qaçırılan qızın özü verib.

Sözügedən paylaşımı təqdim edirik:

“Başıma gələn bir hadisə və nəticəsində yaranan qorxularım haqqında sizinlə bölüşmək istəyirəm.

8 mart tarixində Tovuz sakini İsmət N. oğlunun (soyadını bilmirəm) məni ailə məsləhəti və şəkildən görüb evlənmək istəməsi ilə bağlı məlumat aldım. Mən tanımadığım, heç vaxt görmədiyim və birini şəkildən görüb bəyənən insanla bir gələcək düşünə bilməyəcəyim üçün həmin şəxsə də istəmədiyimi qəti şəkildə bildirdim. Bu mövzunun bir daha açılmamağı və şəxsin məni narahat etməməyini lazımı şəxslərə bildirdim. Qeyd edim ki, mənim 25 yaşım var və ali təhsilli biriyəm, məsələləri analiz etməyə savadım çatır. Lakin bu şəxs sözdən anlamadığı üçün 23 mart tarixində 20:30 radələrində 4 nəfərlə birgə (bacısı, bacısının yoldaşı və bacısının qayınanası) mənə zor tətbiq edərək, maşına salaraq heç tanımadığım bir kəndə apardılar. Kənd dağlıq ərazidə yerləşirdi və ətrafında 2-3 ev var idi, nə qədər qışqırsam da, heç kim köməyimə gəlmədi. Bu 4 nəfərin arasında 2 qadın da var idi və qadınlardan biri də qaçırılaraq evləndiyini dedi. Apardıqları evdə 2 qadın da var idi və onlar da qaçırılaraq evlənən, bunu normal qarşılayan insanlar idi. 100 yaşını keçmiş qadın mənə qaçırılmağın, zorakılıqla evliliyin normal olduğuna, evlənməyimə dair məsləhətlər verirdi. Evdə hər kəs məni təkləmişdi və evliliyə razı salmağa çalışırdı, “qaçırılma” ilə evliliyin normal olduğunu təlqin edirdilər. Təsəvvür edin ki, evə gələn hər qonaq qucağını açaraq qabağıma qaçıb “Allah xoşbəxt eləsin”, “təbrik edirəm” kimi ifadələr işlədirdi. Bəziləri alnımdan öpməyə cəhd edirdi. Bu reallığı qəbul etmək istəmirdim, çünki mənim sözlərimə, qışqırtılarıma, etirazlarıma əhəmiyyət vermirdilər, eşitməzlikdən gəlirdilər. Gah toyun vaxtını danışırdılar, gah da məni “toy bazarlığı”na aparacaqlarını deyirdilər. Onlar elə hərəkətlərə davam etdikcə bəzən elə bilirdim ki, bu dəqiqə dəli olacam, ağlım başımdan gedirdi. Mən etiraz etdikcə İsmət (mən onu istəməyə-istəməyə evlənmək istəyən məxluq) deyirdi ki, sən belə elədikcə, lap çox istəyirəm səni… Məni o evdə saxlamağa, toya razı olmağa məcbur edirdilər, lakin onlara daha ilk andan bunun olmayacağını bildirmişdim. Hətta apardıqları evdə 14-15 yaşlarında oğlan uşaqları da var idi və mən onlara heç bir qadına bu halı yaşatmamaqlarını bildirəndə “5-6 il qalıb, biz də birini qaçırıb evlənəcəyik” kimi söz dedilər. Bu insanlar razı olmadığımı dedikcə mənə “evlən tanıyacaqsan, biz səni yenidən qaytarsaq adına söz çıxacaq, “qaytaq” olacaqsan” kimi sözləri deməyə davam edirdilər, lakin mən bu sözlərin təsirinə düşməyərək evlənməyəcəyimi bildirməyə davam edirdim. Hətta bütün gecəni evin həyətində qaldım ki, birdən kimsə mənə fiziki olaraq toxunar. Mənim təkidim, qışqırıqlarım sayəsində qaçırılmanın sabahı qohumlarımdan gələnlər oldu. Gələn qohumlarım da məni evimə aparmaq, o insanlara sözlərini demək üçün deyil, elçilik məsələsini danışmaq üçün gəlmişdilər. Arxamda duran digər qohumlarım isə mənimlə telefon əlaqəsi saxlayaraq razılığımı soruşdular, mən isə razı olmadığımı bildirəndə anında “orada qalmayacaqsan, sən evə gələcəksən narahat olma” deyərək mənə bir az rahatlıq verməyə çalışdılar. Ora gələn qohumlarım üçün, qaçıran şəxslər üçün mənim sözlərimin heç bir əhəmiyyəti yox idi. Onlar bir dəfə qaçırmağa cəhd ediblərsə, mənim buna boyun əyməyimi gözləyib və dedikləri kimi şəxsi evlənəndən sonra tanımağım üçün təkidə davam edirdilər. Sonunda mənim qışqırıqlarım, əsaslı təhdidlərim, arxamda duran qohumlarım sayəsində mən 24 mart günorta saatlarında normal yaşayışıma geri qaytarıldım, amma yaşayışıma yanımdan keçən hər kəsi təhlükə kimi görməyə davam edirəm. O gündən bəri özümə gələ bilmirəm. Hər an elə bilirəm ki, bu hadisə yenə baş verəcək. Həmin an özümdə güc toplayıb buna var gücümlə etiraz elə bildim, ikinci dəfə baş verərsə, səsimin eşidilməyəcəyindən qorxuram. İsmət adlı məxluq mənə qayıdandan sonra “sən tərssənsə, mən səndən də tərsəm” deyə mesaj yazmışdı. Qorxmağım üçün bu kimi əsaslı səbəblərim var. Hələ də başa düşmürəm ki, onu istəməyən biri ilə necə evlənmək olar?! Bu gün də söhbətlər davam edir, o ailə hələ də etdiklərindən peşman deyil, məni hələ də narahat etməyə davam edirlər. Artıq nə edəcəyimi bilmirəm. Mənə yaşadılan qorxu, təhdid bu gün də sona çatmayıb, hələ də davam edir və mən yaxınımdan bir qadın da keçəndə artıq qorxu içində qalıram”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Aprel 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see220

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see217

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see214

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see207

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see178

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see171

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see159

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see158

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see157

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see156

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see150

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see147

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see145

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see143

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see143

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see141

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see141

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see135

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see134

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri