Mənim üçün əsas olan qələbədir, hətta oyun ideal olmasa belə Valdas Dambrauskas
Icma.az, Sportal.az saytına istinadən bildirir.
Misli Premyer Liqasının 1-ci turu çərçivəsində doğma meydanda "Kəpəz"i qəbul edən "Sabah" 2:0 hesablı qələbə qazanıb.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matç haqda fikirlərini bildirib:
"3 xal qazandığımız üçün futbolçularıma təşəkkür edirəm. Futbolçuların fərdi çıxışları üzərində çox dayanmaq istəmirəm. Mənim üçün əsas olan qələbədir, hətta oyun ideal olmasa belə. Biz indicə ağır və emosional baxımdan gərgin bir matç keçirdik. Heyətdə ciddi dəyişikliklər olmuşdu. Buna görə də meydana çıxan futbolçuları sərt şəkildə qiymətləndirmək ədalətsiz olardı.
İlk hissədə istədiyimiz futbolu nümayiş etdirə bilmədik və tələsik qərarlar qəbul etdik. Fasilədən sonra müəyyən düzəlişlər etdik və vəziyyəti dəyişdik. Rəqibə qol epizodları yaratmağa imkan vermədik, müdafiəçilərimiz inamlı çıxış etdilər. Xoşbəxtlikdən, qələbəni əldə edə bildik. İndi növbəti oyuna hazırlaşmalıyıq. Bizi “Hapoel Beer-Şeva”ya qarşı çox çətin matç gözləyir".
- Siz avrokubokun əsas mərhələsində, həmçinin çempionat və kubokda mübarizə aparacaqsınız. Sizcə, heyətiniz kifayət qədər genişdir?
- Mən başa düşürəm ki, eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq. Lakin biz 50 futbolçu sifariş edib üç fərqli heyətlə oynaya bilmərik. İlk dəfə üç cəbhədə mübarizə aparacağıq. Elə həftələr olacaq ki, üç oyun keçirməli olacağıq. Vəziyyəti anlayırıq və bunun həllini tapacağıq. Bu gün iştirak ərizəsində 23 futbolçu var idi və onların bəzilərinə istirahət verdik. Həqiqətən, keyfiyyətli futbolçu seçimimiz var. Bu gün qapını 20 yaşlı azərbaycanlı qapıçıya etibar etdik.Mövcud heyəti gücləndirmək lazımdır, sadəcə yeni transferlər etmək yox. Bununla belə, bizə uyğun futbolçu variantı ortaya çıxarsa, onu komandaya dəvət etməyə hazırıq. Çempionlar Liqasının pley-offu mərhələsinə məhz bu heyətlə yaxınlaşırıq və nəticələrimiz də onun yüksək səviyyəsini təsdiqləyir.”
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 15 Avqust 2026 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















