Icma.az
close
up
RU
Mərkəzi Asiya Azərbaycan: Regionun geosiyasi xəritəsini dəyişən yeni inteqrasiya modeli TƏHLİL

Mərkəzi Asiya Azərbaycan: Regionun geosiyasi xəritəsini dəyişən yeni inteqrasiya modeli TƏHLİL

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın Mərkəzi Asiya ilə münasibətləri son illər klassik ikitərəfli əməkdaşlıq formatını aşaraq daha dərin, institusional və strateji məzmun qazanıb. Bu dinamika yalnız siyasi dialoqla məhdudlaşmır – regionun yeni geosiyasi arxitekturasının formalaşmasının əsas istiqamətlərindən birinə çevrilir. Tarixi, mədəni və mənəvi yaxınlıq üzərində qurulan Azərbaycan–Mərkəzi Asiya əlaqələri bu gün daha böyük siyasi konstruksiyanın təməl elementinə çevrilməkdədir. Bunun məntiqi davamı Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə dəvət edilib. Bu gün isə Özbəkistan paytaxtında keçiriən bu mötəbər tədbirdə iştirak edib.

Azərbaycan–Mərkəzi Asiya strateji yaxınlığı yeni mərhələyə yüksəlir

Daşkənddə təşkil olunan 7-ci Məşvərət Görüşünün iclasında iştirak edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan coğrafi olaraq Cənubi Qafqazda olsa da, intensiv əməkdaşlıq nəticəsində bu gün Mərkəzi Asiya ilə birlikdə qlobal səviyyədə vahid geosiyasi və geoiqtisadi məkana çevrilib: "Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş etmişik. Son illər yüksəksəviyyəli qarşılıqlı səfərlər müntəzəm xarakter alıb. Son üç ildə mən Mərkəzi Asiya ölkələrində 14 dəfə səfərdə olmuşam. Bu müddət ərzində həmkarlarım ölkəmizə 23 dəfə səfər ediblər. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalayıb. Mütəmadi olaraq keçirilən mədəniyyət günləri, sərgilər, konsertlər xalqlarımızı daha da yaxınlaşdırır, bizim yaxınlığımızı, dostluğumuza verdiyimiz dəyəri nümayiş etdirir”.

Azərbaycan-Mərkəzi Asiya qardaşlığı azad edilmiş ərazilərin bərpasında özünü göstərir

Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra azad olunmuş bölgələrin dirçəldilməsi prosesində Mərkəzi Asiya ölkələrinin nümayiş etdirdiyi həmrəylik qardaşlıq münasibətlərinin real təzahürü kimi xüsusi önəm kəsb edir. Bu dayanışmanın təməlində Azərbaycanla Mərkəzi Asiya dövlətlərini birləşdirən ortaq tarixi irs, dil yaxınlığı və dərin mənəvi köklər dayanır. Türk dünyasının birliyini möhkəmləndirən bu mədəni-humanitar əlaqələr mədəniyyət festivalları, ədəbiyyat günləri, incəsənət layihələri və gənclər mübadiləsi proqramları vasitəsilə daha da genişlənir.

Prezident İlham Əliyev azad edilmiş ərazilərin yenidən qurulmasına dəstək göstərən Mərkəzi Asiya ölkələrinin qardaşlıq jestini xatırladaraq, bunu yüksək qiymətləndirib: “Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi üzrə genişmiqyaslı işlərə başlayıb. Biz bu məsələdə Mərkəzi Asiya ölkələrinin Azərbaycana göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndiririk. Xüsusilə qeyd edək ki, artıq Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəb və Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi, Ağdamda isə Manas məktəbi fəaliyyət göstərir. Bu, özbək, qazax və qırğız qardaşlarımızın hədiyyələridir. Bu ilin oktyabrında Füzulidə Türkmənistanın qardaşlıq dəstəyinin rəmzinə çevriləcək məscidin təməli qoyulub. Bütün bunlar qardaşlığımızın və həmrəyliyimizin sübutu kimi qədirbilən Azərbaycan xalqının yaddaşında qalacaqdır. Bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd və körpüdür”.

Azərbaycan Mərkəzi Asiya formatının tamhüquqlu iştirakçısıdır

Mərkəzi Asiya dövlətlərinin Azərbaycanı əməkdaşlıq və məsləhətləşmə formatlarına tamhüquqlu üzv kimi daxil etməsi yeni mərhələnin əsas göstəricisidir. Bu, təkcə siyasi jest deyil, regionun real ehtiyaclarından doğan və dayanıqlı geosiyasi mexanizmə çevrilən addımdır. Bundan sonra Azərbaycan Mərkəzi Asiya çərçivəsində keçirilən dövlət başçılarının məsləhətləşmə görüşlərində daimi iştirak edəcək. Hökumət başçıları səviyyəsində keçirilən platformalarda Azərbaycan rəsmi şəkildə tərəf kimi yer alacaq.

Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulması ilə bağlı qərara görə təşəkkürünü bildirən Prezident İlham Əliyev qeyd esib ki, bu qırar region dövlətləri ilə münasibətlərin, sadəcə, tərəfdaşlıq çərçivəsində deyil, dostluq və qardaşlıq ruhunda formalaşdığını bir daha təsdiqləyir.

Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulması ilə bağlı qərara görə hörmətli həmkarlarıma təşəkkür etmək istəyirəm. Bu qərar münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqləyir, həmçinin, geniş coğrafi məkanda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcəkdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycanla Mərkəzi Asiya arasında müəyyən fərqli geosiyasi kimliklər mövcud olsa da, hər iki tərəfin yerləşdiyi strateji məkanlar onların əməkdaşlıq potensialını daha da artırır. Azərbaycan həm Cənubi Qafqazın əsas ölkələrindən biri kimi çıxış edir, həm də Mərkəzi Asiya ilə eyni tarix-mədəniyyət mühitinə bağlı Xəzər hövzəsinin ayrılmaz hissəsidir. Bununla yanaşı, ölkəmiz Yaxın Şərq coğrafiyası ilə təmasda olmaqla Qara dəniz hövzəsi ilə də bağlıdır. Bu çoxşaxəli geosiyasi mövqe Azərbaycanın beynəlxalq münasibətlərdə çevik və geniş perspektivli xarici siyasət həyata keçirməsinə imkan yaradır və Prezident İlham Əliyevin müəyyən etdiyi yeni kursla tam uzlaşır.

Bu reallıq Azərbaycanı Mərkəzi Asiya əməkdaşlıq formatına qoşulmağa daha da yaxınlaşdırır və prosesə strateji əsas qazandırır. Sözügedən platforma Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın mövcud tərəfdaşlıq və ittifaq münasibətlərini daha da dərinləşdirməyə xidmət edir. Bununla yanaşı, iqtisadi və ticarət əlaqələrinin genişlənməsi, humanitar və mədəni təmasların güclənməsi, eləcə də nəqliyyat-logistika xəttində inteqrasiyanın artması üçün əlavə imkanlar yaradır. Xüsusilə Orta Dəhlizin inkişafı tərəflərin qlobal ticarət axınlarında daha aktiv rol almasına şərait yaradır.

Yeni geosiyasi mərkəz

Azərbaycan və Mərkəzi Asiya münasibətləri hazırda təkcə strateji tərəfdaşlıqdan ibarət deyil. Bu münasibətlər vahid geosiyasi məkanın formalaşmasına doğru irəliləyən kompleks prosesdir. Yeni inteqrasiya modeli gələcək onilliklər üçün regional memarlığın əsas sütunlarından birinə çevriləcək. Azərbaycanın bu proseslərdə oynadığı rol regionlararası əlaqələri möhkəmləndirir, Mərkəzi Asiyanın Avropaya çıxış imkanlarını genişləndirir, Türk dünyasının siyasi inteqrasiyasını sürətləndirir və Avrasiya məkanında yeni sabitlik elementləri yaradır.

Prezident İlham Əliyev də vurğulayıb ki, Azərbaycan Mərkəzi Asiya ilə sıx əməkdaşlıq sayəsində qlobal əhəmiyyəti artan vahid siyasi-iqtisadi məkana çevrilir: “Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur. Biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birimizin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində ümumi yanaşmalar işləyib hazırlayırıq”.

Bu gün Azərbaycan artıq Mərkəzi Asiyadan kənarda dayanan tərəfdaş deyil, regionun inkişaf trayektoriyasını müəyyən edən aparıcı aktordur. Bu reallıq Bakının geosiyasi mövqeyini daha da gücləndirir, bütövlükdə Avrasiya məkanında yeni güc balansının yaranmasına ciddi töhfə verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://apa.az
archiveBu xəbər 16 Noyabr 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see236

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see159

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see146

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see143

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see139

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see134

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see131

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri