Mərkəzi Bank və Özbəkistanın Perspektivli Layihələr üzrə Milli Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Mərkəzi Bankı və Özbəkistan Respublikasının Perspektivli Layihələr üzrə Milli Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
XQ xəbər verir ki, memorandum qurumlar arasında əməkdaşlığın hüquqi bazasının yaradılması ilə yanaşı, kapital və sığorta bazarı, kripto-aktivlərin inkişafı, tənzimlənməsi və nəzarəti sahəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə töhfə verəcək.
Anlaşma Memorandumu çərçivəsində qurumlar arasında təcrübə və məlumat mübadiləsinin aparılması, eləcə də qarşılıqlı səfərlərin və birgə təşəbbüslərin həyata keçirilməsi, maliyyə inklüzivliyi və əməliyyat səmərəliliyinin artırılması məqsədilə innovativ maliyyə texnologiyalarının inkişafının təşviq edilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 21 Yanvar 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















