Mikayıl Cabbarov slovakiyalı iş adamlarına müraciət etdi
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Azərbaycan ilə Slovakiya arasındakı əlaqələr artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasındakı mövcud bağlar və gələcək iqtisadi-ticari perspektivlər böyük potensiala malikdir.
"Yeni Sabah" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda təşkil olunan Azərbaycan-Slovakiya biznes forumundakı çıxışı zamanı bəyan edib.
İki ölkə arasında ticarət və investisiya imkanlarına toxunan nazir, xüsusilə strateji sahələrdəki birgə fəaliyyəti yüksək qiymətləndirib: Marqarita pizza
"Ölkələrimiz arasında enerji sektoru ilə yanaşı, işğaldan azad olunmuş torpaqlarımızda aparılan minatəmizləmə əməliyyatlarında da çox uğurlu tərəfdaşlıq təcrübəsi var. Artıq slovakiyalı memarların və podratçı şirkətlərin azad edilmiş ərazilərdəki yenidənqurma işlərində iştirakını məmnuniyyətlə müşahidə edirik və bu layihələrin miqyası daha da genişlənəcək. Bununla belə, mövcud potensialımız daha böyük addımlar atmağa imkan verir. Məhz bu səbəbdən slovakiyalı tərəfdaşlarımızı Azərbaycana təkcə lokal bir bazar kimi deyil, daha böyük bir regiona çıxış imkanı verən strateji bir qapı kimi baxmağa çağırıram".
Baxış sayı:138
Bu xəbər 15 İyul 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















