Mikromaliyyəçilərin birinci yarımildəki fəaliyyətinin nəticələri müzakirə olunub
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 19 avqust, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev Azərbaycan Mikromaliyyə Assosiasiyasının və ona üzv təşkilatların rəhbərləri ilə görüşüb.
AMB-dan AZƏRTAC-a bildirilib ki, görüşdə cari ilin birinci yarısında bank olmayan kredit təşkilatlarının fəaliyyət nəticələri, bu sahədə əldə edilmiş nailiyyətlər və inkişaf perspektivləri geniş müzakirə olunub.
Görüşdə alternativ maliyyələşdirmə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində Mərkəzi Bankın yeni maliyyə alətlərindən istifadə və dövlət fondları ilə əməkdaşlıq perspektivləri, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət potensialları və real sektorun maliyyələşdirilməsinin zəruriliyi, institusional potensialın gücləndirilməsi ətrafında müzakirələr aparılıb, təkliflər dinlənilib, həmçinin növbəti dövrdə birgə görüləcək işlər müəyyən edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 19 Avqust 2025 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















