Icma.az
close
up
RU
Milanın İnter ini finala yüksəldən maestro

Milanın İnter ini finala yüksəldən maestro

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən gecə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində "İnter" evdə "Barselona"nı qəbul etdi. Oyunun əsas vaxtı heç-heçə ilə (3:3) yekunlaşdığından matçda əlavə 30 dəqiqə təyin edildi və "İnter" bir qolla tarixi qələbə qazandı.

Oxu.Az bu qələbə ilə "Cüzeppe Meatsa" stadionunu coşduran "İnter"in baş məşqçisi Simone İnzaginin karyerasına nəzər salır.

Simone İnzagi beş aprel 1976-cı ildə İtaliyanın Pyaçentsa şəhərində doğulub, həm futbolçu, həm də məşqçi kimi böyük uğurlar əldə etmiş bir şəxsiyyətdir. Onun adı, xüsusilə "Latsio" və "İnter" kimi böyük klublarda qazandığı uğurlarla tanınır.

Simone İnzagi futbol karyerasına "Pyaçentsa" klubunun gənclər komandasında başlayıb. Daha sonra o, "Novara" və "Lumezzane" kimi komandalarla iki dəfə Seriya C çempionluğunu yaşayıb. 1999-cu ildən etibarən "Latsio" ilə müqavilə bağlayan Simone burada 2000-ci ildə Seriya A çempionluğu da daxil olmaqla bir çox uğurlar qazanıb. O, "Latsio" tarixində ən çox qol vuran ikinci oyunçu olaraq tanınıb.

Məşqçilik fəaliyyətinə də elə "Latsio" klubunda başlayıb. 2016-cı ildən 2021-ci ilə qədər "Latsio"nun sükanı arxasında olan İnzagi burada bir neçə uğurlu mövsüm keçirib. 2021-ci ildən etibarən "İnter"ə baş məşqçi kimi dəvət olunan Simone klubun tarixində UEFA Çempionlar Liqası yarışlarında ən çox qələbə qazanan məşqçidir. Bundan əlavə, "İnter" ilə 2023-24 mövsümündə Seriya A çempionluğunu, iki dəfə İtaliya Kubokunu və üç dəfə İtaliya Superkubokunu qazanıb.

Simone İnzagi məşqçi kimi bir neçə fərdi mükafata layiq görülüb. O, 2023-24 mövsümündə Seriya A-nın ən yaxşı məşqçisi seçilib, həmçinin "La Panchina d'Oro" ("Qızıl skamya") mükafatını qazanıb. Onun rəhbərliyi altında "İnter" həm daxili, həm də beynəlxalq arenada böyük uğurlar əldə edib.

Simone "Milan"ın əfsanəsinə çevrilən Filippo ("Pippo") İnzaginin qardaşıdır. Onun şəxsi həyatı da ictimaiyyətin marağına səbəb olub. Simonenin Alessia Markuzzi ilə olan münasibətindən Tommaso adlı bir oğlu var. 2018-ci ildə Qaya Lukariello ilə evlənib və ondan Lorenso və Andrea adlı iki oğlu olub.

"İnter"in baş məşqçisi 3-5-2 taktiki sistemini tətbiq etməklə tanınan mütəxəssisdir. Bu sistemdə müdafiəçilər hücuma qatılaraq oyunçuların daha dinamik və çevik olmasını təmin edirlər. Simonenin rəhbərlik etdiyi komandalar həm müdafiədə, həm də hücumda balanslı və effektiv oyun sərgiləyirlər. "Latsio"da olduğu kimi, "İnter"də də yüksək təzyiq və kompakt mərkəzlə müdafiə anlayışlarını tətbiq edir.

Qeyd edək ki, Simone İnzagi karyerası ərzində, ümumilikdə, 12 kubok qazanıb. "Latsio" klubu ilə bir dəfə İtaliya Superkubokunun, üç dəfə İtaliya Kubokunun, "İnter" klubu ilə üç dəfə İtaliya Superkubokunun, iki dəfə İtaliya Kubokunun, bir dəfə isə İtaliya Liqa Kubokunun qalibi olub. Simone İnzaginin "İnter"lə müqaviləsi 2026-cı ildə başa çatacaq.

Anar Həsənov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 May 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri