Icma.az
close
up
RU
Menu

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

Böyük fəlakət Ölənlərin sayı 645 nəfərə çatdı

Vüqar Əhmədovun vazkeçilməz 10 manatlıq şirkəti Bu dəfə 2,3 milyonluq müqavilə bağlayıb

Azərbaycan dilində danışmıram? Özüm bilərəm Günel VİDEO

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

Pandemiya ilə bağlı yazılan cərimələr gələn il qüvvədən düşür HÜQUQŞÜNAS FOTO

Peskovun qızı istirahət görüntülərini paylaşdı FOTO

Ukrayna Luqansk sərhədlərində 5 minə yaxın əsgərini itirib

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

İnsanın beyin hüceyrələri siçanları depressiyadan sağaldıb...

Starlink in işində nasazlıq yarandı

İqtisadçı: “Subsidiyaların hədəfə çatması üçün ciddi nəzarət mexanizmləri lazımdır”

Debütündə parlayan serb

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

Ukraynadakı müharibəni sona çatdıra bilərik NATO Baş katibi

Ədalətsiz 907 ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında qurulan strateji tərəfdaşlığın növbəti göstəricisidir ŞƏRH

Burak Yılmaz Super Liqa klubunda

Özünü jurnalist kimi təqdim edən İlhami Nəsibov həbs edilib

“Milli hərəkatçı”nın ABŞ da antimilli fərariliyi

“Milli hərəkatçı”nın ABŞ da antimilli fərariliyi

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran Türkləri Konqresi direktorunun “özgə dəyirmanına su axıtmaq”da qəsdi nədir?

ABŞ-ın Koliforniya ştatında yaşayan İran Türkləri Konqresinin direktoru Əlirza Amir Nəzmi Avşarın martın 14-də bu ölkənin yeni seçilmiş lideri Prezident Donald Trampa yazdığı və surətini vitse-prezidentə, Konqres spikerinə, Dövlət katibinə, Təhlükəsizlik Xidmətinə və bəzi senatorlara ünvanladığı məktub ölkəmizdə, eləcə də dünyada yaşayan soydaşlarımızın arasında kəskin etirazla qarşılanıb.

Məktub müəllifi maraqlarını təmsil etdiyi İran türklərinin problemlərini, arzu-istəklərini bir kənara qoyub, Azərbaycan Respublikası ilə bağlı həqiqətə uyğun olmayan qarayaxma və böhtanları qərəzli donos məzmununda qələmə verməyə çalışıb. Bu bədnam cızmaqaraya, təslimçi addıma cavab olaraq Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Xalq şairi Sabir Rüstəmxanlı martın 31-də Güney əslilli “milli hərəkatçı”ya məktub göndərib. Azərbaycanın nüfuzlu ictimai-siyasi xadimi, DAK-ın həmsədri dərin təəssüf hissi və kəskin qınaqla “fərari vətənpərvər”in düzüb-qoşduğu yalan və böhtanları cavablandırıb.

Xalq şairi Sabir Rüstəmxanlı buvaxtadək təcrübəli insan kimi tanıdığı Əlirza Amir Nəzmi Avşarın dünya liderlərindən birinə məktubunda xalqımızın taleyi ilə bağlı problemləri bir kənara qoymasından hədsiz təəccübləndiyini bildirib.

DAK həmsədri İran Türkləri Konqresi sədrinin müstəqilliyinin ilk günlərindən imperialist dairələrin düşmənçilk siyasətinə təkbaşına sinə gərən, onun ağır nəticələrini öz imkanları ilə aradan qaldıran Azərbaycan Respublikasını tərs prizmada təqdim etməsini, ölkəmizi ABŞ-ın dövlət maraqlarının əleyhdarı kimi qələmə verməsini həqiqət işığında vicdan mühakiməsinə çəkib:

– Əvvəl düşündüm ki, siz xalqımızın problemləri haqqında məlumat verəcək, ABŞ-ın siyasətində bu məsələlərin də nəzərə alına biləcəyini vurğulayacaqsınız.

Təəssüf ki, siz dünya azərbaycanlılarının, hələ ki, yeganə dövləti olan Azərbaycan Respublikasını və onun iqtidarını hədəfə çevirərək, yaşınıza-başınıza yaraşmayan, qeyri-dəqiq məlumatlarla, yalan və böhtanla dolu olan bir şikayət məktubu yazmısınız. Sanki, Avropanın, özəlliklə Fransanın ermənipərəst və düşmən münasibəti, erməni diasporunun gecə-gündüz bizim əleyhimizə yayılan yazıları az imiş, gərək siz də onların köməyinə çataydınız. Tramp hakimiyyətini Azərbaycanın üzərinə yönəltmək və Perzident İlham Əliyevi gözdən salmaq cəhdini düşmənlərimizin mövqelərindən fərqləndirmək çətindir. Əksinə, bəzi rus, erməni və Avropa siyasətçiləri İlham Əliyevin peşəkarlığını və müstəqil siyasət aparmasını açıq etiraf edirlər.

Son vaxtlar mətbuatda yayılan məlumata görə, Amerikadakı yəhudi diasporu və nüfuzlu yəhudi iş adamları Amerika ilə Azərbaycanın münasibətlərinin yaxşılaşması və “907-ci düzəliş”in ləğvi üçün Tramp hakimiyyətinə təsir göstərməyə çalışırlar. Siz isə tam tərsinə, ABŞ-ın Azərbaycana təzyiqinin güclənməsinə cəhd edirsiniz. Onda deyə bilərsinizmi bizim gənc Azərbaycan dövlətinin dostu kimdir? Siz qanı-qanımızdan olan doğma qardaşımız, yoxsa yəhudilər?

Prezident Trampa yazırsınız: “Sayın başkanım, bu gün sizinlə Azərbaycan cümhuriyyəti haqqında danışmaq istəyirəm. Cümhur başqanı İlham Əliyevin kirəlik ajanları, İran türklərinin yaklaşık yüzdə iyirimisinin yaşadığı Güney Azərbaycanda da xaos və güvənsizlikdən başqa bir şey doğurmayacaq inanılmaz şərtlər yaratmışlardır. 1945-in sonlarında və 1946-da Stalinin ajanı olan Pişəvərinin yönləndirdiyi kommunistlərin, bu gün İranı bölmək və Azərbaycan Cümhuriyyətinə qatmaq amacıyla kullanılması, sadəcə bir aldatmaca və təbliğat olsa belə təhlükəli sonuc doğuracaqdır”.

Mən sizin yazınızla bağlı “yalan və böhtanla dolu” dedikdə məhz bu cümlələri nəzərdə tuturam. 1945-ci ildə Təbrizdə qurulmuş Milli Hökumətin lideri Seyid Cəfər Pişəvərini “Stalinin ajanı” saymaq o dövrün şərtlərindən bixəbərlikdir və bu hərəkatın qurbanları olmuş onminlərlə şəhidin, fədainin ruhuna hörmətsizlikdir. Pişəvərinin Kommunist hərəkatına bağlılığı onun Stalinin xəfiyyəsi olması demək deyil və bunu onların yazışmaları da göstərir. Pişəvəri yaranmış şəraitdən istifadə edib Güney Azərbaycana öncə muxtariyyət, sonra müstəqillik qazandırmaq istəyirdi.

1946-cı ildə Güney Azərbaycan milli hərəkatı Stalinin avantürası deyildi, Güney Azərbaycan xalqının qəhrəman mübarizəsinin nəticəsi idi, onun yıxılmasında və onminlərlə qardaş-bacımızın qətlində Stalin nə qədər günahkardısa, ABŞ-ın ovaxtkı hakimiyyəti də o qədər, bəlkə, daha artıq günahkardır. “Stalinin ajanı” dediyiniz Pişəvəri tariximizin Səttar xan və Şeyx Məhəmməd Xiyabani ilə bir sırada dayanan milli qəhrəmanı idi. Azərbaycan Demokrat Firqəsinin başçısını və Milli Hökumətin rəhbərini təhqir etmək haqqını sizə kim verib? Pişəvərinin milli azadlıq niyyətini gözündə qoyan Stalin həm də onun ölümünə fitva verdi. Məncə, siz bu tarixi məndən yaxşı bilirsiniz və ya bilməlisiniz.

Məktubunuzdan görünür ki, siz artıq İranın bütövlüyünün qorunması qayğısına qalırsınız. Olsun. İnsan öz seçimində sərbəstdir. Lakin sizin bugünkü mövqeyiniz Azərbaycanın milli ideallarına və Pişəvəri kimi bir Vətən fədaisinə ləkə yaxmaq haqqı vermir.

Lütfən izah edin, İlham Əliyevin komandası və ya sizin dediyiniz kimi, ajanları Güney Azərbaycanda hansı pozuculuq fəaliyyəti ilə məşğuldurlar?..

Azərbaycanın Kommunist hərəkatı ilə çoxdan vidalaşdığını və kommunistlərin İranı bölmək və Azərbaycan Cümhuriyyətinə qatmaq “təhlükəsi” haqqında Əlirza Əfşarın dediklərinin heç bir əsası olmadığını qeyd edən Sabir Rüstəmxanlı bildirib:

– Yəqin, bilirsən, mən Azərbaycan Respublikasında 1992-ci ildən bəri fəaliyyət göstərən bir müxalifət partiyasının başqanıyam. Yəni İlham Əliyevin komandasından deyiləm. Keçən 32 ildə iqtidarı həm Milli Məclisdə, həm də mətbuatda sərt, lakin milli ədəb-ərkan dairəsində tənqid edənlərdən, bununla belə vətəndaş həmrəyliyi ideyasından əl çəkməyən bir qələm əhliyəm, siyasətçiyəm və uzun müddət Milli Məclisin deputatı olmuşam.

Lakin İkinci Qarabağ savaşında bir çox müxalifət partiyası kimi, biz də iqtidarın yanında dayandıq, milli məsələlərdə, “ölkənin müdafiə işində ayrı-seçkilik yoxdur”, – dedik. Şükür, Azərbaycan öz torpaqlarını azad etdi və haqlı olduğunu dünyaya çatdırdı. Bu, Rusiya, Ermənistan, İran və bir sıra başqa ölkələrin təzyiqi altında olan Azərbaycanın böyük qələbəsi idi. İndi də bir çox güclərin ermənipərəst siyasətlərinə baxmayaraq, Azərbaycan öz mövqeyini qorumağa və heç bir yerdən yardım almadan öz dağıdılmış yurdlarını bərpa etməkdədir. Qonşularla, o cümlədən İranla da dinc münasibətlərini inkişaf etdirməyə çalışır.

Belə bir durumda sizin İlham Əliyevi İranın iç siyasətinə qarışmaqda günahlandırmanız və bundan ABŞ Prezidentinə şikayətlənməniz gülüncdür.

DAK sədri daha sonra soruşub ki, Azərbaycan Respublikasının üstünə bu şəkildə kin və nifrətlə hücum çəkən Əlirza bəy, görəsən, son 35 ildə ABŞ prezidentlərinə ermənilərin işğalçılığını, erməni terrorunu pisləyən hər hansı məktub yazıbmı, “erməni soyqırımı” iddialarının əsassızlığını, əsl soyqırımın azərbaycanlılara qarşı yapıldığını diqqətə çatdırmağa çalışıbmı? Yoxsa, o dünyanın bəzi liderləri kimi, kimin işğalçı, kimin əzabkeş olduğunu bilmir?

– Azərbaycan türklərinin 30 illik işğala yenicə son qoyaraq düşmən münasibətləri məngənəsində boğulduğu bir vəziyyətdə gənc dövlətdən, dünya ağalığı iddiasında olan ABŞ prezindetinə şikayətin adı və məqsədi nədir? Yəni çətinliklə qurduğumuz və qoruduğumuz bu dövləti də itirək?

Bir daha deyirəm, niyyətim İlham Əliyev hakimiyyətini müdafiə etmək deyil. Amma həm də çox qətiyyətli bir şəkildə müdafiə etməkdir. Çünki bu dövlət mənimdir. Onun quruculuğunda öndə olan şəxslərdən biri olmuşam. Onu SSRİ-dən, Qorbaçov xəyanətkarlığından qurtardıq, ona görə yox ki, indi də Makronların siyasi basqıları altında yaşayaq.

Bizim gənc, müstəqil dövlətimiz müharibə alovlarının içində doğulub. 30 il ərazisinin yüzdə iyirmisi işğal altında olub. Bu illər ərzində Ermənistandan və Qarabağdan qovulmuş bir milyon insanı aclığın cəngindən xilas etmək qayğısına qalıb. Buna baxmayaraq, dünyanın böyük dövlətləri Ermənistana işğalçı deməyib; o vəziyyətdə də bizi günahlandırmağa çalışıblar. Bu cəhənnəm əzabının içində Azərbaycan xalqı və İlham Əliyev özündə güc tapıb, qəddini dikəldib ordu qurub, savaşda qalib gəlib və bu gün Ermənistanın cəhənnəmə çevirdiyi Qarabağı yalnız öz gücünə güvənərək, yenidən cənnətə çevirməklə məşğuldur. Təbii ki, belə bir durumda sizin arzuladığınız demokrtaik şərtlərin hamısını gözləmək mümkün deyil.

Çünki o şərtlərin bir çoxu demokratiya adı altında ermənilərin işağlçı siyasətini uzatmağa və Azərbaycanı məğlubiyyətlə barışdırmağa xidmət edirdi. İlham Əliyev ölkə başçısı kimi bunun qarşısını aldı və bir çox kənar təzyiqlərə baxmayaraq, 44 gün ərzində düşməni əzdi. Məncə, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu reallığı görməli və dərk etməli, buna görə İlham Əliyevə Ali Baş Komandan kimi minnətdar olmalıdır.

Bəzi ermənipərəst Avropa liderləri bu gün Azərbaycanın başında İlham Əliyev kimi güclü bir siyasətçinin dayanmasını istəməzdilər. Buna görə də Azərbaycana təzyiq üçün gah demokratiya, gah seçki ədalətsizliyi, gah insan haqlarının pozulması kimi məsələləri ortaya atırlar. Ancaq siz elə bilirsiniz nöqsanlar tam ideal bir şəkildə aradan qalxsa Azərbaycana təzyiq azalacaq? İlham Əliyevin yerinə özlərinə sərf edən birisinin haklimiyyətə gəlməsini istəyərlər. Lakin bunu Azərbaycan xalqının mənafeyi naminə yox, Azərbaycanı öz istədikləri kimi idarə etmək üçün istəyirlər.

Bu baxımdan məktubunuzun müstəqil Azərbaycan Respublikasından şikayət ruhunu qəbuledilməz sayıram və bunu pisləyirəm. Biz ayrı-ayrı mühitlərdə tərbiyə alsaq da ikimiz də türkük. Azərbaycan türküyük. Bizim əxlaqımızda evin içindən qonşuya şikayət ənənəsi yoxdur.

Azərbaycan Şimal–Cənub, Şərq–Qərb yolunun üstündə böyük maraqların toqquşduğu Güney Qafqazda öz müstəqilliyini və siyasi müvazinətini qorumaq uğrunda mübarizə aparan, o qədər böyük olmayan, lakin Güney Qafqazın ən böyük və ən güclü ölkəsidir.

Siz cənab Trampa yazırsınız: “Çin Hürmüz boğazı, Süveyş kanalı, Panama kanalı və Malakka boğazında nüfuz sahələri oluşdururkən indi də Əliyevin yolsuzluq tutqusu və iqtidar hissindən yararlanaraq səssiz, amma etkili bir şəkildə Qafqaziya və Qara dənizə doğru irəliləməkdədir. Ancaq Xəzər və Qara dənizdə Çinin varlığı böyük bir fəlakət olacaqdır”. Yəni ABŞ-a müraciətlə, İlham Əliyev hakimiyyəti Çinin Xəzərə, Qara dənizə çıxmasına şərait yaradır, amandır, buna imkan verməyin deyirsiniz!

Məncə, özünüz də yaxşı bilirsiniz ki, bu sözlərinizin heç bir əsası yoxdur. Əliyevin niyyəti bu deyil. Onun niyyəti Azərbaycanın böyük ərazisi ilə kiçik ərazisi olan Naxçıvan ararsında 40 kilometrlik Zəngəzur dəhlizini açmaqdır. Bundan Azərbaycan, Türk dünyası və Avropa ilə birlikdə Çin də faydalana bilər.

Siz Azərbaycanın milli marağı ilə Çinin dünya siyasətini qarışdırırsınız və məktubunuzda Çini bu məsələyə qoşmaqla Azərbaycan üçün həyati əhəmiyyəti olan bu dəhlizin açılmasına, bizim milli maraqlarımıza, Türk dünyasının yerüstü əlaqə imkanlarının genişlənməsinə qarşı çıxırsınız… Buna nə ad verək? Azərbaycanda gedən proseslərdən, görülən işlərdən xəbərsizlik, yoxsa milli xəyanət, satqınlıq?

Sonda ATƏT-in Minsk qrupunun Qarabağ problemini həll edə bilmədiyini, əksinə, düşmənçiliyi dərinləşdirdiyini, Azərbaycanı məğlubiyyətlə barışmağa sövq etdiyini xatırladan Sabir Rüstəmxanlı qətiyyətlə deyib:

– Biz Qərb dövlətlərinin demokratiya sözü altında bizim hüquqlarımızı görməzdən gəlməsini dəfələrlə müşahidə etmişik. Biz ölkə olaraq öz gücümüzə güvənirik və demokratiya, seçki, yolsuzluq, insan haqları ilə bağlı nə problemimiz varsa özümüz həll edəcəyik. Çevrəmizdə düşmənlər az deyil, başqasını da dəvət etməyə çalışmayın və özünüz də düşmənə çevrilməyin...

Çapa hazırladı:
XQ-nin analitik qrupu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see220

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

19 Avqust 2025 00:40see185

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see148

Böyük fəlakət Ölənlərin sayı 645 nəfərə çatdı

18 Avqust 2025 04:45see136

Vüqar Əhmədovun vazkeçilməz 10 manatlıq şirkəti Bu dəfə 2,3 milyonluq müqavilə bağlayıb

18 Avqust 2025 20:36see135

Azərbaycan dilində danışmıram? Özüm bilərəm Günel VİDEO

19 Avqust 2025 09:02see126

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

18 Avqust 2025 08:25see125

Pandemiya ilə bağlı yazılan cərimələr gələn il qüvvədən düşür HÜQUQŞÜNAS FOTO

18 Avqust 2025 15:33see125

Peskovun qızı istirahət görüntülərini paylaşdı FOTO

18 Avqust 2025 19:33see123

Ukrayna Luqansk sərhədlərində 5 minə yaxın əsgərini itirib

18 Avqust 2025 08:08see123

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see121

İnsanın beyin hüceyrələri siçanları depressiyadan sağaldıb...

18 Avqust 2025 23:43see119

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see119

İqtisadçı: “Subsidiyaların hədəfə çatması üçün ciddi nəzarət mexanizmləri lazımdır”

18 Avqust 2025 14:34see118

Debütündə parlayan serb

18 Avqust 2025 14:01see117

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

19 Avqust 2025 02:36see117

Ukraynadakı müharibəni sona çatdıra bilərik NATO Baş katibi

19 Avqust 2025 00:04see117

Ədalətsiz 907 ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında qurulan strateji tərəfdaşlığın növbəti göstəricisidir ŞƏRH

18 Avqust 2025 08:37see117

Burak Yılmaz Super Liqa klubunda

19 Avqust 2025 00:05see116

Özünü jurnalist kimi təqdim edən İlhami Nəsibov həbs edilib

18 Avqust 2025 04:49see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri