MİLLİ MƏCLİSİN RƏHBƏRLİYİNDƏ DƏYİŞİKLİK OLA BİLƏR VHP üzvləri Sabir Rüstəmxanlıya hörmətsizlikdən qəzəbləniblər
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Xəbər verildiyi kimi, dünən Milli Məclisdə vitse-spiker Rafael Hüseynovla Xalq şairi Sabir Rüstəmxanlı arasında mübahisə yaranıb.
“Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda Azərbaycan dilinin normaları ilə bağlı müzakirələrdə çıxış üçün dəvət olunan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlının sözünü konfransın moderatoru vitse-spiker Rafael Hüseynov kəsib.
Vitse-spiker vurğulayıb ki, Sabir Rüstəmxanlı ona ayrılan vaxtı artıq keçib. Sabir Rüstəmxanlı son bir cümlə ilə fikrini tamamlamaq istəsə də, vitse-spiker imkan yaratmayıb. “Bizi buraya dəvət etmisinizsə, fikir bildirməyə imkan verməlisiniz. Mənə 3 dəqiqə vaxt verirsiniz, lakin siz hər çıxışdan sonra 5 dəqiqə izahat verirsiniz. Bu cür hörmətsizlik olmaz”, - Sabir Rüstəmxanlı etiraz edib.
Rafael Hüseynov Sabir Rüstəmxanlıya fikirlərini bildirmək üçün "başqa gün" müraciət edə biləcəyini qeyd edib.
"AzPolitika" xatırladır ki, Rafael Hüseynov Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür və məhz VHP-dən deputat seçildiyinə görə vitse-spiker postunu tutur.
Aldığımız məlumata görə, baş verən insident Vətəndaş Həmrəyliyi Partiyasının üzvləri arasında ciddi etirazla qarşılanıb. Rafael Hüseynovun partiya sədrinə qarşı hörmətsizliyinin müzakirə olunması və onun haqqında qərar çıxarılması tələb edilir.
Partiyadaxili mənbənin bildirdiyinə görə VHP sədri insidentin şişirdilməməsinin tərəfdarı olsa da, artıq partiyanın rayon təşkilatları və rəhbərlikdə təmsil olunan şəxslər məsələnin Siyasi Şurada baxılaraq, R.Hüseynovun partiya sıralarından xaric edilməsi haqda rəsmi müraciət edib.
Əgər belə bir qərar çıxarılarsa, bu, R.Hüseynovun həm də vitse-spikerlik postundan gedəcəyi anlamına gəlir.
"AzPolitika.info"
Baxış sayı:107
Bu xəbər 09 Dekabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















