Icma.az
close
up
RU
Milli Məclisin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda xüsusi iclası keçirilib YENİLƏNİB

Milli Məclisin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda xüsusi iclası keçirilib YENİLƏNİB

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Milli Məclisinin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunmuş xüsusi iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Ulu Öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğunda və müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasında oynadığı tarixi rol geniş şəkildə təhlil olunub.

Parlamentin sədri Sahibə Qafarova bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ölkəmizin həyatında üç mühüm dönüş nöqtəsinin tarixi əhəmiyyətini ifadə edir. Müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsi, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının qələbələrlə başa çatdırılması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması xalqımızın taleyi ilə bağlı olan müstəsna əhəmiyyətli hadisələrdir.

Milli Məclisin sədri deyib ki, müasir Azərbaycanın tarixi Ulu Öndər Heydər Əliyevin milli qurtuluşun və davamlı inkişafın təcəssümünə çevrilmiş fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır. Ulu Öndər xalq və Vətən yolunda göstərdiyi misilsiz xidmətləri ilə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazıb. Heydər Əliyev şəxsiyyəti hər bir azərbaycanlı üçün müdriklik, əzmkarlıq və vətənə sədaqət rəmzidir. Onun ölməz ideyaları bugünkü və gələcək nəsillərin əməllərində yaşayır və daim yaşayacaq.

Çıxışında 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın mürəkkəb çağırışlar qarşısında qalmasına diqqət çəkən Sahibə Qafarova bildirib ki, məhz belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin ali dövlət hakimiyyətinə qayıtması, Ali Sovetin sədri və 4 ay sonra xalqın yekdil iradəsi ilə Prezident seçilməsi destruktiv proseslərin və hadisələrin qarşısını almağa, ölkədə vəziyyəti sabitləşdirməyə imkan verib. Qeyd olunub ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də onun rəhbərliyi ilə müstəqil dövlətimizin ilk Konstitusiyasının hazırlanmasıdır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamız dünyanın ən demokratik qanunları ilə müqayisə oluna bilər. Onun sözlərinə görə, Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu, Konstitusiyamızın yaradıcısı olduğu kimi, bugünkü Azərbaycan parlamentinin də banisidir.

O deyib ki, ötən dövrdə xalqımız Konstitusiyada bəyan edilən demokratiya, ədalət və qanunun aliliyi yolu ilə inamla addımlayıb. Xüsusən Ulu Öndərin başladığı işləri yeni tarixi şəraitdə layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası son 22 ildə böyük uğurlar, misilsiz və qürurverici qələbələr ilə dolu olan inkişaf yolu keçib. Prezidentin xalqımızın və dövlətimizin bu günü və gələcəyi ilə bağlı strateji baxışının reallaşdırılması Azərbaycanı siyasi, iqtisadi və hərbi cəhətdən güclü bir dövlətə, Cənubi Qafqazın liderinə və beynəlxalq aləmdə söz sahibinə çevirib.

Sahibə Qafarova Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələrin reallaşması ilə ölkəmizin Avrasiyanın önəmli energetika mərkəzinə çevrilməsindən söz açıb.

Milli Məclisin sədri bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mühüm qlobal və regional təşəbbüs və layihələrin müəllifi və fəal iştirakçısı olub. Ölkəmiz Qoşulmama Hərəkatında, digər beynəlxalq təşkilatlarda mövqelərini möhkəmləndirib, İslam dünyası və Türk birliyi ilə əlaqələrini genişləndirib. Vurğulanıb ki, Bakı beynəlxalq forumların və sammitlərin keçirildiyi bir məkana çevrilib.

Çıxışında S. Qafarova Azərbaycanın 30 ilə yaxın müddətdə böyük ədalətsizlik ilə üz-üzə qalmasından danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılmış böyük potensial, güclü ordu və sarsılmaz milli birlik Ulu Öndərin müəllifi olduğu müasir dövlətçilik konsepsiyasının ən mühüm istiqamətlərindən birində möhtəşəm uğurlar əldə etməyə imkan verib. Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharəti və Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi və rəşadəti, hərbi-texniki və mənəvi-psixoloji hazırlığı 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında bir günlük antiterror əməliyyatında tarixi qələbələri təmin edib. Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulub, dövlətimizin ərazi bütövlüyü və suverenliyi, tarixi ədalət bərpa olunub.

Sonra plenar iclasda ideya müəllifi Milli Məclisin sədri Sahibə Qafarova olan “İlk milli Konstitusiyamız və Suverenliyimiz” adlı sənədli film nümayiş etdirilib.

Parlament Aparatında hazırlanmış bu sənədli film Azərbaycanın ilk Konstitusiyasının qəbulunun 30 illiyinə, Vətən müharibəsində xalqımızın Zəfərinin 5-ci ildönümünə, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpasına həsr olunub. Film deputatlar tərəfindən böyük maraqla izlənilib.

Sonra iclasda mövzu ilə bağlı deputatların çıxışları dinlənilib.

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, komitə sədrləri Fazil Mustafa, Siyavuş Novruzov, Musa Quliyev, Şahin İsmayılov, Tahir Rzayev, Hicran Hüseynova, Zahid Oruc, Əli Hüseynli, deputatlar Aydın Hüseynov, Pərvin Kərimzadə, Bəhruz Məhərrəmov, Rizvan Nəbiyev, Azər Badamov, Nurlan Həsənov, Vüqar Bayramov, Elşən Musayev, Tural Gəncəliyev, İlham Məmmədov, Tahir Mirkişili, Kamal Cəfərov, Qüdrət Həsənquliyev, Jalə Əliyeva fikirlərini bölüşüblər. Bildirilib ki, milli dövlətçilik dəyərlərimizə, siyasi tariximizə ali ehtiramın təcəssümü olan bu qərar siyasi irsimizin, müstəqillik salnaməmizin, suverenlik mübarizəmizin, torpaqlarımızın azad edilməsi nəticəsində konstitusion hüquqlarımızın tam bərpasının dərindən öyrənilməsi və təbliği, bu istiqamətlərdə yeni hüquqi, siyasi, elmi araşdırmaların aparılması, müasir inkişaf mərhələsində qarşımızda dayanan ideoloji vəzifələrin müəyyən edilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Deputatlar bu il xalqımızın müəllifi Ümummilli Lider Heydər Əliyev olan ilk milli Konstitusiyamızın qəbul edilməsinin 30-cu ildönümünü qeyd etdiyini söyləyərək, bu Ali sənədin Ulu Öndərin zəngin siyasi və dövlətçilik irsinin parlaq nümunələrindən biri olduğunu vurğulayıblar.

Deputatlar mayın 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünün tamam olduğunu deyərək, onun müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında müstəsna rolundan danışıblar. Bildirilib ki, ölkəmizdə hər il Heydər Əliyevin doğum gününün yüksək coşqu ilə qeyd edilməsi xalqımızın Ulu Öndərin misilsiz tarixi xidmətlərinə verdiyi yüksək dəyərin, hörmət və ehtiramın ifadəsidir.

Çıxışlarda bu gün Ümummilli Liderin siyasi irsini, uzaqgörən müstəqil, demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nailiyyətlər yüksək qiymətləndirilib. Qeyd olunub ki, dövlətin iqtisadi gücünün, siyasi nüfuzunun artırılması, beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, xalqın rifahının yaxşılaşdırılması ölkə rəhbərinin siyasətinin əsas istiqamətlərini təşkil edir.

Sonra iclasda deputat Bəhruz Məhərrəmov “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatını səsləndirib.

Bəyanat səsə qoyularaq qəbul edilib.

Bununla da Milli Məclisin xüsusi iclası başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri