Icma.az
close
up
RU
Min bir dərdin dərmanı olan payız meyvələri Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Min bir dərdin dərmanı olan payız meyvələri Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Payız meyvələr ilə zəngin bir dövrdür. Bu dövrdə meyvələr şirin, şirəli və yetişmiş olur. 

AZXEBER.COM mövsüm meyvələrinin insan orqanizminə olan faydalarını araşdırıb.

Payız mövsümünün ən yararlı meyvələri və onların onların müsbət, mənfi xüsusiyyətlərini sizə təqdim edirik:

Karalyok bir çox isan tərəfindən sevlməsə də, lif, yağ və zülallarla zəngindir. Karalyokun tərkibində həmçinin natrium, kalium, kalsium, maqnezium, dəmir, kükürd, fosfor və xlor var. Bundan əlavə, A vitamini, beta-karotin, B1, B2, B3 və B6 vitaminləri ilə də zəngindir. Bu meyvə ürək-damar xəstəliklərinin qarşısının alınmasında təsirli rol oynayır, xərçəngdən qoruyur, boğaz, bronxit, öskürək və soyuqdəymə kimi şikayətləri aradan qaldırır.

 Mövsümün ən sevilən sitrus meyvələri arasında kivi və qreyfrut öz pillədə yer alır. 

Qreypfrut əla C vitamini mənbəyidir və immunitet sistemini dəstəkləməyə, soyuqdəymə əlamətlərini azaltmağa kömək edir. Gündəlik C vitamini ehtiyacınızın 75 faizindən çoxunu təmin edir. Kivinin tərkibindəki C vitamini isə portağaldan daha çoxdur. 100 qramında orta hesabla 100-400 mq C vitamini var. Tərkibində C vitamini yüksək olan meyvələrdən istifadə edən şəxslərdə tənəffüs sistemi xəstəliklərinin görülmə nisbəti daha azdır.

Sitrus meyvələri qrupuna daxil olan naringi C vitamini və beta karotin baxımından çox yaxşı qaynaqdır. Tərkibindəki fosfor və B vitaminləri var. Yüksək kalium ilə qan təzyiqini aşağı salmağa kömək edir. Kapilyarlarda qan axını sürətləndirir.

Mövsüm meyvələri arasında faydalı məhsulları sadalayarkən narın adını çəkməsək olmaz. Nar, çox güclü antioksidant fəaliyyət göstərən, C vitamini və folat mənbəyidir. Nar şirəsi qırmızı şərabdan daha yüksək antioksidant qabiliyyətinə malikdir. Xolesterini aşağı salır, ürək sağlamlığını qoruyur və antioksidant tərkibinin gücü ilə xərçəngə qarşı qoruyucu təsir yaradır.

Boranı və ya  balqabaq dediyimiz bu tərəvəz də A vitamini ilə zəngindir. Tərkibində çox miqdarda lif, C və K vitaminləri, dəmir və manqan var. O, həmçinin E vitamini, B vitaminləri, maqnezium, kalium və fosforla da zəngindir. Balqabağı həm desert kimi yeyə, həm də şorba hazırlayıb, sobada zeytun yağı ilə bişirə bilərsiniz. 

Payızı heyvasız təsəvvür etmək mümkün deyil. Heyvanın tərkibində bol C vitamini var. Heyva həm də immunitet sisteminizi gücləndirərək allergik reaksiyaları aradan qaldırmağa kömək edir. Şişkinliyə və bədəndə su yığılmasına qarşı əla bitki mənşəli vasitədir. Payızda ondan həm təzə halda, həm də mürəbbə, cem, kompot kimi yararlanmaq olur.

Qeyd edək ki, immunitet sistemini gücləndirmək üçün həmçinin C vitamini olan tərəvəzlər, o cümlədən sitrus meyvələri, kivi, bolqar bibəri və B vitamini olan qidalar, yəni dənli bitkilər, ət, yumurta yemmək lazımdır. Onlar sinir sisteminin inkişafına da kömək edir.

Aysel Hacızadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 12 Noyabr 2024 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri