Icma.az
close
up
RU
MM in iclasında Elgünün qətlə yetirilməsi ilə bağlı nə danışıldı?

MM in iclasında Elgünün qətlə yetirilməsi ilə bağlı nə danışıldı?

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli Məclisin mayın 23-də keçirilən iclasında deputat Elnarə Akimova son günlər cəmiyyətdə dərin narahatlıq və gərginlik yaradan bir məsələyə, yəni Gəncədə 17 yaşlı məktəbli Elgün İbrahimovun qətlə yetirilməsi hadisəsinə toxunub.

Milli.Az xəbər verir ki, deputat bu faciənin yalnız bir cinayət hadisəsi deyil, eyni zamanda təhsil və cəmiyyətin mənəvi durumu ilə bağlı ciddi siqnallar verdiyini vurğulayıb.

Deputat belə hadisələrin qarşısının alınması üçün məktəblərdə psixoloji dəstək sisteminin gücləndirilməsinin vacibliyini qeyd edib:

"Məktəblərdə psixologiya fənninin tədrisi daha dərindən aparılmalı, peşəkar psixoloqlar təhsil müəssisələrinə cəlb olunmalıdır. Psixoloji hazırlıqlar və maarifləndirmə təlimləri məktəblilərin şüurunda müsbət dəyişikliklərə səbəb ola bilər. Qeyri-ixtisas müəllimlərinin məsələn, kimya, fizika və ya biologiya müəllimlərinin psixologiya dərsi keçməsi yolverilməzdir. Bu sahəyə yalnız ixtisaslı mütəxəssislər cəlb olunmalıdır," - deyə Elnarə Akimova bildirib.

Deputat həmçinin müasir gənclərin mütaliəyə marağının azalmasından, onların dil qabiliyyətlərinin zəifləməsi və mənəvi dünyalarının daralmasından narahatlığını ifadə edib:

"Ədəbiyyatdan uzaq düşən, xəyal dünyası məhdudlaşan bir nəsil yetişir. Bu, təkcə təhsil deyil, gələcək cəmiyyətin formalaşması baxımından da ciddi təhlükədir. Dərsliklərimizdə və təhsil proqramlarımızda ədəbiyyata, mənəviyyata daha çox yer verilməlidir. Ədəbiyyat insanın daxili dünyasına, mənəviyyatına toxunan bir sahədir və bu baxımdan onun rolu əvəzolunmazdır," - deyə o, əlavə edib.

Asya
Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 May 2025 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri