Icma.az
close
up
RU
Müasir çağırışlara cavab verən uğurlu gənclər siyasəti: perspektiv inkişaf üçün etibarlı zəmin

Müasir çağırışlara cavab verən uğurlu gənclər siyasəti: perspektiv inkişaf üçün etibarlı zəmin

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gənclər hər bir cəmiyyətin inkişafının əsas qüvvəsidir. Onların sosial, iqtisadi, mədəni və siyasi həyatdakı fəallığı inkişaf prosesinin davamlılığını təmin edir.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildən etibarən 2 fevral tarixinin ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunması ənənəsi bir daha təsdiq edir ki, gənclər siyasəti insan kapitalının məqsədyönlü inkişafının əsas istiqamətlərindəndir.Ümummilli Lider gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etmişdir. Gənclərlə bağlı bütün məsələlərin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə yol açan fərman və sərəncamlar, qanunlar və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə müsbət təsir göstərmişdir.

Ulu Öndər tərəfindən təməli qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dövlət gənclər siyasəti Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, onların hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaradır. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 2020-ci ilin 44 günlük Vətən müharibəsində həlledici rol oynayıb. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetiriblər.
Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərindən biri təhsil sahəsini əhatə edir. Gənclərin dünyəvi, yüksək səviyyədə təhsil almaları üçün müasir standartlara uyğun infrastruktur yaradılmışdır. Qabaqcıl proqramları çərçivəsində xarici ölkələrdə təhsil almaq üçün yaradılan imkanlar gənclərin yüksək ixtisaslı mütəxəssislər olaraq yetişməsinə şərait yaradır.
Gənclərlə bağlı sosial-iqtisadi məsələlərin həlli istiqamətində bir sıra təşəbbüslər həyata keçirilmişdir. Gənc sahibkarlara dəstək məqsədilə güzəştli kreditlər, startap layihələrinə maliyyə yardımları təmin edilmişdir. Bu cür təşəbbüslər gənclərin iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərərək ölkənin inkişafına mühüm töhfələr verməsini mümkün edir.
Prezident İlham Əliyev, həmçinin gənclərin ictimai-siyasi həyatda fəal iştirakını təşviq edir. Həyata keçirilən proqramlar gənclərin liderlik bacarıqlarının inkişafına, eləcə də cəmiyyətin müxtəlif sahələrində təmsil olunmasına imkan verir.
Gənclərin beynəlxalq aləmdəki uğurları da dövlətin gənclər siyasətinin səmərəliliyinin göstəricisidir.
Azərbaycan gənclərinin potensialını üzə çıxarmaq, onların təhsil və iş imkanlarını yaxşılaşdırmaq üçün həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır. Əsas hədəf gənclərin hərtərəfli inkişafını təmin etmək, müasir çağırışlara cavab vermək və ölkənin gələcəyini qurmaqdır.
2 fevral – Azərbaycan Gəncləri Günü gələcək hədəflərin təyin edilməsi, yeni ideyaların ortaya qoyulması və gənclərin inkişafı üçün daha geniş imkanların yaradılması üçün mühüm imkan – önəmli çağırışdır. Gənclər gələcəyin qurucuları kimi sabahın liderləri olacaqlar. Dövlət başçısının gənclərə göstərdiyi diqqət yalnız cəmiyyətin bu mühüm təbəqəsinin inkişafına deyil, həm də ölkənin parlaq gələcəyinə xidmət edir.

Heydər Əsədov
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 Yanvar 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri