Icma.az
close
up
RU
Münasibətlərdə dürüstlük: Nə zaman susmaq daha doğrudur?

Münasibətlərdə dürüstlük: Nə zaman susmaq daha doğrudur?

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dürüstlük insan münasibətlərinin əsas fəzilətlərindən biri hesab olunur. Xüsusilə romantik münasibətlərdə açıqlıq və şəffaflıq, tərəflərin bir-birinə güvənməsi üçün ən vacib amil sayılır. Ancaq mütəxəssislərə görə, hər vəziyyətdə "tam dürüstlük” ən doğru yanaşma olmaya bilər. Araşdırmalar göstərir ki, bəzi hallarda sakit qalmaq, lazımsız bir dürüstlük nümayiş etdirməkdən daha yaxşı ola bilər. Partnyorunuza qarşı nəzakətli, ölçülü və qurucu davranmaq, həqiqəti olduğu kimi deməkdən daha faydalı nəticələr verə bilər.

Qaynarinfo xəbər verir ki, "Forbes" psixologiya tədqiqatlarına əsaslanaraq, münasibətlərdə gizlətməyin və ya deməməyin "tamamilə normal” hesab olunduğu iki mövzunu qeyd edib 

Bədən dəyişiklikləri

Partnyorunuzun bədənindəki kiçik dəyişiklikləri fərq etdiyinizdə, bunu dilə gətirmək istəyə bilərsiniz. Çəki artımı, yeni yaranmış qırışıqlar və ya dəridəki dəyişikliklər haqqında fikir bildirmək ilk baxışda səmimi bir dürüstlük kimi görünə bilər.

Lakin mütəxəssislər bildirirlər ki, bu cür şərhlər çox vaxt qarşı tərəfdə özünə inamsızlıq və utanma hissi yaradır.

"Family, Systems & Health" jurnalında dərc olunan araşdırmaya görə, partnyorundan çəkisi ilə bağlı rəy eşidən insanların 55%-i bu söhbətdən sonra özünü daha pis hiss etdiyini bildirib. Üstəlik, bu nəticə sözlərin nə qədər yumşaq və ya zarafatcıl tonda deyilməsindən asılı olmayaraq eyni qalır.

Qeyri-konstruktiv tənqid

Heç kim mükəmməl deyil; partnyorunuzda da bəzən xoşunuza gəlməyən davranışlar ola bilər. Amma bu, hər narazılığınızı açıq şəkildə dilə gətirməyiniz gərəkdiyi anlamına gəlmir.

"Dürüstlük” adı altında edilən sərt və ya istehzalı tənqidlər çox vaxt qarşı tərəfi inkişaf etdirmək əvəzinə onu müdafiə mövqeyinə salır. Behavior Therapy jurnalında dərc edilən bir araşdırmaya görə, insanlar partnyorlarının şərhlərini düşməncəsinə qəbul etdikdə, münasibətdən aldıqları məmnuniyyət azalır.

Eyni araşdırma göstərir ki, hisslərini boğan şəxslərin, məsələn, qəzəbini gizlədən və ya səbrsiz davrananların tənqidləri daha sərt qəbul olunur. Əksinə, fikirlərini deməzdən əvvəl sakitləşən insanlar isə daha dəstəkçi kimi qiymətləndirilir.

Günay

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri