Münxen hava limanı şübhəli müşahidələrlə əlaqədar gecə saatlarında qısa müddətə bağlanıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Berlin, 19 oktyabr, AZƏRTAC
Münxen aeroportu ötən gecə şübhəli müşahidələrə görə iki dəfə müvəqqəti bağlanıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, ötən gün axşam saat 22:00 radələrində uçuşlar təxminən yarım saatlıq dayandırılıb. Saat 23:00 radələrində isə daha bir qısa fasilə elan olunub. Buna şübhəli müşahidələrin səbəb olduğu bildirilib. Hələlik bu müşahidələrin dron görüntüləri olub-olmadığı aydın deyil. Səhər saatlarında uçuşlar normal qaydada davam edib.
Xatırladaq ki, oktyabrın əvvəlində də Münxen hava limanı dron müşahidələri ehtimalına görə iki dəfə bağlanmış, 10 minədək sərnişin aeroportda gözləməli olmuşdu. Dron müşahidələrinin artması ilə əlaqədar Almaniya hökuməti federal polisə dronları vurmaq üçün daha geniş səlahiyyətlərin verilməsini planlaşdırır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 19 Oktyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















