Icma.az
close
up
RU
Müstəqillik hər bir millətin varlığının təməlidir MÜNASİBƏT BİLDİRİLDİ

Müstəqillik hər bir millətin varlığının təməlidir MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Müstəqillik hər bir millətin dünya siyasətində təmsil olunması, öz sözünün və yerinin olması üçün əsas şərtdir. Əgər bir millət müstəqil deyilsə, onun neçə milyon əhalisi olmasının, hansı strateji mövqedə yerləşməsinin və nə qədər təbii sərvətlərə sahib olmasının heç bir əhəmiyyəti yoxdur. Biz bunu tarix boyu, xüsusilə də sovet və çar işğalları dövründə acı təcrübə kimi yaşamışıq". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.

Onun sözlərinə görə, Azərbaycanın strateji mövqeyi, təbii ehtiyatlarının zənginliyi və xalqımızın mənəvi dəyərləri həmişə olub, lakin işğal illərində bunlardan öz xeyrimizə istifadə etmək imkanımız olmayıb: "Moskvanın göstərişlərinə bağlı qalmaq ölkəmizin inkişafını ləngitdi, eyni zamanda bir çox ərazilərimizi – İrəvanı, Göyçəni, Zəngəzuru, Dərələyəzi və Dərbəndi itirməyimizə səbəb oldu. Hələ də Cənub və Şimal Azərbaycanın birliyi tam təmin olunmayıb, milli dövlətin formalaşması prosesi uzun müddət gecikdirilib. Halbuki müstəqillik millətin varlığı, onun dünyada layiqli yerini tutması və sərvətlərindən öz mənafeyi naminə istifadə etməsi üçün fundamental dəyərdir.

Müstəqil olan ölkələr inkişaf edə bilir, öz problemlərinin həllini özü tapır və gələcəyi üçün müstəqil qərarlar qəbul edir. Başqa millətlər heç vaxt bizim dərdimizə ortaq olmur, çünki hər bir xalq yalnız öz dövlətçiliyini qorumaqla varlığını davam etdirə bilər. Müstəqillik həm də mənəvi yüksəlişdir. Azərbaycan xalqı müstəqillik sayəsində bir çox dəyərlərə sahib oldu — beynəlxalq birliyin bərabərhüquqlu üzvünə çevrildi, milli kimliyini, adət-ənənələrini və mədəni irsini qoruyub yaşatdı, sülh və əməkdaşlıq siyasətini prioritetə çevirdi. Bu yolda xalqımız böyük sınaqlardan keçdi, mübarizələr apardı, soyqırımlara və təzyiqlərə məruz qaldı, amma heç vaxt müstəqilliyindən vaz keçmədi. Azərbaycan xalqı hər zaman azad yaşamaq uğrunda mübarizə aparıb və bu yolda saysız qəhrəmanlıq nümunələri göstərib. Bu gün Azərbaycan gəncliyi artıq bu dəyərin əsl mənasını anlayır. Bizim vəzifəmiz onlara dəstək olmaq, müstəqil düşüncə tərzini aşılamq və sağlam milli dəyərlər üzərində formalaşmış gənc nəsil yetişdirməkdir ki, gələcəkdə dövlət idarəçiliyində məsuliyyətli, vətənpərvər insanlar olsunlar.

Müstəqillik verilən deyil, qazanılan dəyərdir. Onu qorumaq, yaşatmaq və möhkəmləndirmək hər bir vətəndaşın borcudur. Bu dəyəri əldən verməmək üçün daim ayıq-sayıq olmalı, birlik və həmrəyliyimizi qoruyaraq hər cür təhlükənin qarşısını birgə almalıyıq. Azərbaycanın bu günkü inkişafı, beynəlxalq nüfuzu və iqtisadi gücü məhz müstəqilliyimizin bəhrəsidir. Bu dəyərləri qorumaq, gələcək nəsillərə ötürmək isə hər birimizin ən ali vəzifəsidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Oktyabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri