Icma.az
close
up
RU
Müstəqilliyimiz əbədidir: İslam dininin, “Qurani Kərim”in Azərbaycan xalqı üçün açdığı yol davam edəcək

Müstəqilliyimiz əbədidir: İslam dininin, “Qurani Kərim”in Azərbaycan xalqı üçün açdığı yol davam edəcək

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 8 aprel, AZƏRTAC

“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinin 6-cı kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, bu kitabda yer alan materiallar 1994-cü il dekabrın 11-dən 1995-ci il martın 8-dək olan dövrü əhatə edir. Kitaba Ulu Öndər Heydər Əliyevin çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri, məktubları daxil edilib. Nəşrdəki materiallarda Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu prosesindən, ictimai-siyasi, iqtisadi, mədəni həyatın bir çox sahələrindən, xarici ölkələrlə əlaqələrin genişləndirilməsindən bəhs olunur.

Bu kitabda Ulu Öndər Heydər Əliyevin İslam Konfransı Təşkilatının (indiki İslam Əməkdaşlıq Təşkilatının) Kasablankada 7-ci Zirvə toplantısı çərçivəsində keçirdiyi çoxsaylı görüş və çıxışları, müsahibələri yer alıb. Məsələn, 1994-cü il dekabrın 11-də Zirvə toplantısına yola düşərkən Bakıda hava limanında jurnalistlərlə görüşən Ümummilli Lider İƏT-in fəaliyyətini yüksək qiymətləndirərək demişdi: “İslam ölkələri dünyanın böyük bir hissəsini təşkil edir. Onların 1 milyarddan artıq əhalisi var. İslam Konfransı Təşkilatı bu ölkələrin ümumi potensialından istifadə edərək, həm ümumbəşəri proseslərdə iştirak edir, həm də İslam ölkələrinə məxsus spesifik problemlərin həll olunmasına çalışır. Mən şəxsən hesab edirəm ki, hər bir regional təşkilat əhəmiyyətlidir və bu kimi təşkilatların hamısı öz səylərini, nəhayət, birləşdirə bilsələr, dünyada sülh daimi olar, əmin-amanlıq, təhlükəsizlik təmin edilə bilər”.

Görkəmli dövlət xadimi Heydər Əliyev 1994-cü il dekabrın 13-də Zirvə toplantısında söylədiyi nitqdə İslam dünyasının bəşər sivilizasiyasına layiqli töhfələr verdiyini qeyd edib, müsəlman ölkələrinin inkişafına mane olan problemlərin aradan qaldırılmasının vacibliyini vurğulayaraq deyib: “İslam dünyası ümumbəşəri sivilizasiyaya öz layiqli töhfəsini vermişdir və neçə əsrdir onun mənəvi inkişafına və təkmilləşdirilməsinə kömək edir. Bu gün dünyada mürəkkəb, ziddiyyətli proseslər getməkdədir. Viranedici qlobal müharibənin qarşısının alınması, dünyanın təhlükəsizliyinin yeni təməlinin qoyulması kimi müsbət meyillər regional münaqişələrin artması ilə, yırtıcı millətçiliklə və dövrün başqa bəlaları ilə qarşılaşır. Bizim ölkələrimiz bu proseslərin qaynağındadır və biz beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə, sülh və tərəqqi qüvvələrinin qələbəsinə layiqli yardım etməli, öz səylərimizi göstərməliyik. Bunun naminə müsəlman ölkələrinin inkişafına mane olan əngəllər aradan qaldırılmalı, bir-birimizə yardım əli uzatmalıyıq, parçalanmanın və təklənmənin qarşısını almalıyıq, dara düşmüş qardaşlarımıza birlikdə kömək etməliyik”.

Qeyd edək ki, Zirvə toplantısının yekun iclasında Asiya dövlətləri adından təbrik nitqini də görkəmli dövlət xadimi Heydər Əliyev söyləyib. Həmin Zirvə görüşünün yekun sənədinə Ermənistanın Azərbaycana qarşı təcavüzünü ittiham edən bəndlər (Yekun Kommünikenin 68-71-ci bəndləri) salınıb. Bu bəndlərdə BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı təcavüz edildiyini qəbul etməyə və buna qarşı öz Nizamnaməsinə uyğun olaraq müvafiq tədbirlər görməyə çağırılıb.

Bu kitabda Ümummilli Liderin böyük Azərbaycan rəssamı Səttar Bəhlulzadənin 85 illiyinə həsr edilmiş tədbirdə söylədiyi nitqi də verilib. Ulu Öndərin bu nitqi həm də onun incəsənətin rəssamlıq qolunu necə dərindən bildiyini göstərir: “Onun yaratdıqları adi rəsm əsərləri deyildir. Səttar Bəhlulzadə yaradıcılığa klassik üslubdan başlayıb – biz sərgidə bunun nümunəsini gördük, sonra isə özünəməxsus, öz aləminə, öz dünyasına, öz fəlsəfəsinə məxsus bir rəssamlıq yolu seçib və həmin yola daim sadiq olubdur. O vaxtlar – 50-ci, 60-cı illərdə, yəni Səttar Bəhlulzadənin ilk əsərləri yaranan zaman bəziləri onu anlamırdılar, bəziləri qəbul etmirdilər. Bəziləri isə bu əsərlərin nə qədər qiymətli olduğunu bilmirdilər. Ona görə də bəzən klassik üslubda çəkilən əsərlərə üstünlük verilirdi, Səttar Bəhlulzadənin əsərləri isə kənarda qalırdı. Ancaq zaman keçdi və Səttar Bəhlulzadə çox inadla öz yaratdığı üslubu, öz məktəbini davam etdirdi və yeni bir rəssamın yaranmasını nəinki Azərbaycana, həm də bütün dünyaya nümayiş etdirdi”.

Dahi rəhbər Heydər Əliyev gərgin iş qrafikinə baxmayaraq, ölkənin mədəni həyatını həmişə diqqətində saxlayırdı, bununla bağlı bir sıra tədbirlərdə şəxsən iştirak edirdi. Belə tədbirlər sırasında Cəlil Məmmədquluzadənin ev-muzeyinin açılışını və ədibin 125 illiyinə həsr edilmiş mərasimi də qeyd etmək olar. Tədbirdə çıxış edən Ulu Öndər Heydər Əliyev Cəlil Məmmədquluzadənin əsərlərini yüksək qiymətləndirmiş, “Ölülər” pyesinin aktuallığına diqqət çəkərək demişdi: “Biz indi öz dinimizə qayıtmışıq. Din mənəvi mənbələrimizdən biridir. İslam dininin, “Qurani-Kərim”in Azərbaycan xalqı üçün açdığı yol davam edəcək və biz get-gedə dinimizin hər yerdə özünə layiq yer tutmasına imkan yaradacağıq. Ancaq biz Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindən bu gün də bəhrələnməlyik. Çünki bu gün də dini təhrif edənlər, dindən öz məqsədləri üçün istifadə edənlər, dindən istifadə edərək xalqımızı cəhalətə uğratmağa çalışanlar az deyil. Mirzə Cəlil isə belələri ilə o vaxt mübarizə aparıb və “Ölülər” əsəri ilə bizə bu vəsiyyəti edibdir. Biz də onun vəsiyyətini yerinə yetirməliyik”.

Oxucu bütün bu çıxışların mətnləri ilə çoxcildliyin 6-cı kitabında tanış ola bilər.

Nəşrdə Ümummilli Liderin aqrar bölmədə islahatlara həsr olunmuş respublika müşavirəsində söylədiyi nitqin, habelə “Reklamnıy Vestnik”in müxbirinə müsahibəsinin mətnləri də yer alıb. Bu cilddə, həmçinin Azərbaycan dövlətinin möhkəmləndirilməsi, ölkənin bazar iqtisadiyyatına keçid dövründə yaranmış çətinliklərin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün bərpası üçün ölkə rəhbərinin beynəlxalq aləmdə apardığı intensiv danışıqlara, erməni təcavüzünün ağır nəticələrinin aradan qaldırılmasına, daxili və xarici siyasətin başlıca istiqamətlərinə dair materiallara geniş yer verilib.

Kitabın buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

Nəşrin hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri