Icma.az
close
up
RU
Mütəllim Rəhimov:Zəngilanın yeni məscidi, konqres mərkəzi, 104 mənzilli yaşayış kompleksi, ” SES...

Mütəllim Rəhimov:Zəngilanın yeni məscidi, konqres mərkəzi, 104 mənzilli yaşayış kompleksi, ” SES...

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Siyasi partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərə birgə səfərləri Azərbaycan cəmiyyəti tərəfindən artıq formalaşmış demokratik ənənə kimi qəbul olunduğu üçün yenidən təkrarlanıb.


Daha dəqiq, iyunun 3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin sayca yeddinci (daha öncə Ağdam, Şuşa (2 dəfə), Zəngilan, Xocalı, Əsgəran, Xankəndi və Laçın) olan növbəti birgə səfəri baş tutub.


Adalet.az xəbər verir ki, səfər iştirakçılarından biri , Ədalət Partiyasının sədri Mütəllim Rəhimov sosial şəbəkə hesabında paylaşımı diqqət çəkib. Rəhimov yazır: "Əvvəlcə Horadiz şəhərinin yaxınlığında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyəti barədə məlumat aldıq. Düşmən tərəfindən basdırılmış minaların zərərsizləşdirilməsi prosesini izlədik. Minatəmizləmə ilə məşğul olan qəhrəman oğullarımızla qürur duyduq. Partladılan minanın dalğası və səsi, həqiqətən də qorxunc idi.
Sonra Cəbrayıl şəhərinin yenidən qurulması prosesi ilə tanış olduq. Bir tərəfdə 4-5 mərtəbəli müasir və olduqca göz oxşayan binalar və elə onun yanındaca ermənilərin vəhşi kimi dağıtdığı evləri görəndə insanda hərtərəfli qənaət hasil olur. Kimin kim olduğu bilinir. Cəbrayıllılar demək olar ki, kütləvi şəkildə bizmlə görüşə axışdılar. İnsanlar hisslərini, həyacanlarını, sevinclərini bölüşürdülər. Bu xoşbəxtliyi çoxaltmaq üçün onu paylaşmaq lazımdır, axı.
Cəbrayılda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı isə işğaldan azad edilmiş ərazidə məskunlaşan sakinlərin yaxın gələcəkdə işlə təmin olunması üçün böyük ümidlər yaradır. İlkin nəticələr də var.
Sonra Zəngilanın Məmmədbəyli kəndi, Zəngilan şəhər məscidi, Zəngilan Konqres Mərkəzi, 104 mənzilli yaşayış kompleksi və Oxçuçay üzərində yerləşən “Zəngilan” SES-ə baxış keçirmək, görülən işlərlə tanış olmaq imkanımız oldu.
Zəngilan şəhərinin tikiləcəyi ərazini gördük. İndi burada məscid və konqres mərkəzi tikilib, məktəb və bir neçə binanın isə əsası qoyulub tikilməkdədir. Ermənilərin dağıtdığı və tövlə kimi istifadə etdiyi məscidimiz tarixi abidə kimi saxlanılıb, onun yanında isə sənət əsəri sayılacaq müasir məscid inşa olunub. İndi hər kəs məsciddə bu torpaqların azadlığı uğrunda şəhid olanların ruhuna dua, Allaha isə şükür etmək imkanına malikdir. Sanki ilkin olaraq burada məscidin tikilməsinin də məhz mənası budur".
Partiya yetkilisi paylaşımının sonunda təşəkkür etməyi də unutmayıb: "İşğaldan azad edilmiş ərazilərdə görülən işlərlə yaxından tanış olmaq imkanı müxalifətin siyasi arenada həqiqi yerini tutması üçün yaxşı təşəbbüsdür. Çünki idarəetmədə iqtidarla yanaşı müxalifət də iştirak edir. Bütün sivil ölkələrdə də müxalifət ölkədə baş verən proseslərin içərisində olur və ona bu şərait yaradılır.
Bu səfər həm də siyasi müstəvidə dialoq mühitinin və qarşılıqlı anlaşmanın inkişafı üçün əhəmiyyətlidir. Buna görə təşkilatçılara təşəkkür edirəm".

 Xatırladaq ki,  son illərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində mütəmadi olaraq müxtəlif səpgili layihələr icra edilir. Siyasi partiya sədrlərinin, habelə ölkədə tanınmış alim, politoloq və qələm sahiblərinin iştirakı ilə təşkil olunan çoxsaylı görüşlər, açıq müzakirələr, teledebatlar, peşəkar diskussiyalar, birgə səfərlər, konfranslar və digər bu kimi layihələr mövcud istiqamətdə görülən işlərin sadəcə bir parçasıdır. Bütün bu təşəbbüslər demokratik ənənələri daha da dərinləşdirir və siyasi proseslərdə iştirak edən tərəflər arasında etibarlı əməkdaşlıq münasibətlərinin bərqərar olunmasına xidmət edir.

 Əntiqə Rəşid 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 İyun 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri