Icma.az
close
up
RU
Müzəffər Ali Baş Komandan İlham Əliyev bu zəfərlə Azərbaycan dövlətçiliyinin ən şərəfli səhifələrindən birinin müəllifi oldu

Müzəffər Ali Baş Komandan İlham Əliyev bu zəfərlə Azərbaycan dövlətçiliyinin ən şərəfli səhifələrindən birinin müəllifi oldu

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Müstəqil Azərbaycan Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət sayəsində hər gün böyük zirvələrə doğru irəliləyəyir, qüdrətini durmadan daha da artırır. Hər keçən gün Azərbaycan dövlətinin bugünkü yüksəlişi, inkişafı bunu tam təsdiq edir.

2003-cü ilin 15 oktyabrında prezident seçkilərində Azərbaycan xalqı səsini dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sabitliyin qorunmasına, inkişafa, tərəqqiyə verdi.O tarixi gündən keçən müddət ərzində Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı yüksələn xətlə inkişaf edərək, bütün sahələrdə böyük uğurlar qazanaraq tək Cənubi Qafqazın deyil, Qərblə Şərqin qovuşuğunda yerləşən böyük bir bölgənin ən nüfuzlu dövlətlərindən birinə çevrildi. Qalib Liderimiz cənab İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları həyatımıza yeni nəfəs gətirdi. Adı tariximizə islahatçı lider, inkişaf etmiş Azərbaycan dövlətinin qurucusu kimi yazılan Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Dövlət siyasətinin müasir modelini yaradan İlham Əliyev öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.

Dünya liderləri arasında yüksək intellekti, diplomatik məharəti, xüsusi natiqlik bacarığı ilə seçilən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq siyasi müstəvidə nüfuzu yüksələrək elə bir səviyyəyə çatdı ki, ölkəmiz artıq dünyanın super dövlətləri arasında baş verən münaqişələrin nizamlanmasında öz sözünü deyə bildi. Bu da onu təsdiq edir ki, Azərbaycan tarixdə heç zaman Prezident cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdəki kimi qüdrətli, güvənli olmayıb. Ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlar, sosial-iqtisadi sahədə, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar, 44 günlük Vətən müharibəsində Şanlı Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi deməyə əsas verir ki, Azərbaycanın taleyi etibarlı əllərdədir.

Yola saldığımız illərə nəzər saldıqda Azərbaycan iqtisadiyyatının daim davamlı və dinamik inkişaf etdiyini görürük. Ölkə Prezidentimiz cənab İlham Əliyevin praqmatik və çevik siyasəti nəticəsində dünya ölkələrinin, beynəlxalq birliyin Azərbaycana olan inam və etimadı durmadan artır. Müzəffər Ali Baş Komandanın “dəmir yumruğ”u, xalq-ordu birliyi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər müstəqillik tariximizin ən böyük nailiyyəti oldu.

Dövlətçilik fəaliyyətində milli maraqları ali məqsəd kimi görən və bütün qüvvəsini bu işə həsr edən, xalqın birmənalı şəkildə dəstəklədiyi və etimad göstərdiyi Lider, dövlətimizin başçısı cənab İlham Əliyev 2003-cü ilin 15 oktyabrında prezident seçilərkən xalqa verdiyi sözünü yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.

Tarix təsdiq etdi ki, Azərbaycan xalqı öz gələcək taleyini Ulu Öndərimizin siyasi varisi İlham Əliyevə etibar etməkdə yanılmadı. Məhz, dövlətimizin başçısının Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışması sayəsində üçrəngli bayrağımız 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalandı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Tarixi Qələbə regionda yeni reallıqlar yaratdı. Prezident İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi Azərbaycanı əməkdaşlıq və dialoq məkanına, dünyaya sülh çağırışı edən bir ölkəyə çevirdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Dekabr 2024 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri