Icma.az
close
up
RU

“Muzeydə Musiqi Gecələri”nin növbəti portretkonserti Xalq artisti Firəngiz Əlizadə yaradıcılığından bəhs edəcək

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Bakı Müasir Musiqi Cəmiyyəti və Muzey Mərkəzinin ortaq layihəsi olan "Muzeydə Musiqi Gecələri"nin növbəti portret-konserti Xalq artisti, professor Firəngiz Əlizadə yaradıcılığından bəhs edəcək. 23 yanvar saat 19:00-da Muzey Mərkəzində keçiriləcək portret-konsertdə bəstəkarın violin və piano üçün "İmpuls", piano üçün Sonata, simli kvartet üçün "Dilogia" əsərləri ifa ediləcək. Proqramda yer alan əsərlər Zərrin Əliyeva (violin), Elçin Məmmədov (piano), Humay Qasımzadənin (piano) və "Əkinçi" kvartetinin  ifasında səslənəcək.

Giriş sərbəstdir. 

Firəngiz Əlizadə 1947-ci ildə Bakıda anadan olmuşdur. İlk növbədə Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi istedadlı uşaqlar üçün orta ixtisas musiqi məktəbində, daha sonra Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq və fortepiano ixtisasları üzrə təhsil almışdır. Bəstəkarlıq ixtisası üzrə 1972-ci ildə professor Qara Qarayevin sinfini, fortepiano ixtisası üzrə 1970-ci ildə professor Urfan Xəlilovun sinfini fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) pedaqoji fəaliyyətlə məşğul olmağa başlamış, 1972-1974-cü illər ərzində Qara Qarayevin assistenti kimi çalışmışdır. 

Firəngiz Əlizadənin fəaliyyəti çoxşaxəli və genişdir. O, bəstəkar, musiqişünas, pedaqoq, dirijor, musiqi-ictimai xadim kimi beynəlxalq aləmdə böyük nüfuz qazanmış, pianoçu kimi Arnold Şönberq, Alban Berq, Anton Vebern, Paul Hindemit, Olivye Messian, Con Keyc, Corc Kramb və bir çox Azərbaycan bəstəkarlarının əsərlərinin ölkəmizdə ilk ifaçısı olmuşdur. Habelə öz əsərlərinin ifası zamanı həm pianoçu, həm də dirijor kimi çıxış etmişdir. 

Firəngiz Əlizadə  Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, UNESCO-nun "Sülh artisti", "Şöhrət", "Şərəf" ordenləri laureatı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvüdür.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 Yanvar 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri