Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Naxçıvan Muxtar Respublikası: ictimai tarixi proseslər və müasir dövr” elmi konfrans AZƏRTAC

“Naxçıvan Muxtar Respublikası: ictimai tarixi proseslər və müasir dövr” elmi konfrans AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 23 yanvar, AZƏRTAC

AMEA-nın Rəyasət Heyətinin binasında “Naxçıvan Muxtar Respublikası: ictimai-tarixi proseslər və müasir dövr” mövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı çərçivəsində AMEA-nın Rəyasət Heyəti, Humanitar və İctimai Elmlər bölmələri və Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfransdan öncə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş sərgiyə baxış keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli dövlət başçısının “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək ölkəmizdə, eləcə də Muxtar Respublikada geniş tədbirlərin təşkil olunduğunu söyləyib. Akademik İsa Həbibbəyli Azərbaycanın zəngin dövlətçilik tarixinə öz misilsiz töhfələrini vermiş Muxtar Respublikanın həm də elmi nailiyyətləri ilə ölkəmizin tarixində xüsusi yer tutduğunu vurğulayıb. O, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin və professor Sayalı Sadıqovanın həmmüəllifliyi ilə işıq üzü görmüş “Naxçıvan dilçilik məktəbi” və professor Asəf Zamanovun “Naxçıvanlı elmlər doktorları” kitablarının elm xadimlərinin Naxçıvanın 100 illiyinə qiymətli töhfələri olduğunu deyib.

Naxçıvan Muxtar Respublikasının 100 ildə böyük quruculuq yolu keçdiyini deyən akademik İsa Həbibbəyli gələcəyə hesablanaraq atılmış bütün addımların bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. Dahi liderlə bağlı xatirələrini bölüşən akademik İsa Həbibbəyli Ulu Öndərin bölgənin elm və təhsil həyatına xüsusi diqqət yetirdiyini, Naxçıvan Dövlət Universitetinin yaradılmasının 25 illiyinə həsr edilmiş tədbirdə iştirak edərək zəngin nitqlə çıxış etdiyini bildirib. Qeyd edib ki, dahi liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev də daim Muxtar Respublikanın sosial-siyasi, iqtisadi, elmi, mədəni həyatına xüsusi qayğı ilə yanaşıb, 2002 və 2007-ci illərdə Naxçıvan Dövlət Universitetində keçirilmiş tədbirlərdə iştirak edib. Vurğulayıb ki, Naxçıvan Dövlət Universitetində həmin dövr üçün tarixi hadisə sayıla biləcək elektron kitabxana Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılıb.

Bu gün Naxçıvanın öz inkişafının yeni mərhələsinə qədəm qoyduğunu deyən akademik İsa Həbibbəyli Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin başçılığı ilə Muxtar Respublikada ölkəmizin iqtisadi inkişafına təkan verəcək layihələrin, quruculuq işlərinin həyata keçirildiyini söyləyib.

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov AMEA-da Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbirin keçirilməsini Azərbaycanın elmi, mədəni, ictimai fikir tarixində xüsusi hadisə adlandırıb.

Naxçıvanın bugünkü uğurlarının təməlində Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarının dayandığını deyən Bəxtiyar Əsgərov hazırda Muxtar Respublikanın Azərbaycanın dünyada ləyaqətlə təmsil olunmasına öz töhfələrini verdiyini bildirib: “Dahi şəxsiyyət Heydər Əliyev siyasi hakimiyyətinin hər iki dövründə xalqımızın milli maraqlarını qoruyaraq çətin tarixi şəraitdə Naxçıvanın statusunun qorunması və sabitliyin təmin edilməsinə öz misilsiz dəstəyini verib. Onun rəhbərliyi ilə Naxçıvanda Azərbaycanın müstəqilliyinin əsası qoyulub, Azərbaycanın üçrəngli bayrağı yüksəldilib, dövlətçiliyimizin dirçəldilməsi üçün çox əhəmiyyətli addımlar atılıb. Ulu Öndərin Naxçıvanın sosial-siyasi və mədəni həyatının inkişafı istiqamətində gördüyü işlər bu gün də minnətdarlıq hissi ilə xatırlanır. Çətin tarixi şəraitdə dahi liderin Naxçıvanda gördüyü misilsiz xidmətləri görən xalqımızın təkidi ilə Ulu Öndərin yenidən Azərbaycan rəhbərliyinə qayıdışı ona Azərbaycan xalqının Ümummilli Lideri statusu verilməsinə qədər gətirib çıxarıb”.

Bu gün Prezident İlham Əliyevin Ulu Öndərin missiyasını uğurla yerinə yetirərək, Azərbaycanın və onun dilbər guşəsi Naxçıvanın inkişafını təmin etdiyini deyən natiq dövlət başçısının rəhbərliyi ilə Naxçıvanın iqtisadi, elmi, mədəni və sosial sahədə əldə etdiyi nailiyyətlərin göz qabağında olduğunu söyləyib. Bildirib ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”, Naxçıvan Sənaye Parkının yaradılması və Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisinə dair Sərəncam qədim diyarın daim dövlət başçısının diqqətində olduğunu göstərir.

Qeyd edilib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Naxçıvanın tarixi, mədəni irsi, abidələri qorunub, saxlanılıb, bərpa olunub, qədim diyarın zəngin irsi dünyada təbliğ edilib.

O, çıxışının sonunda bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan layihələr Naxçıvanla bərabər, regionun, o cümlədən elmimizin, mədəniyyətimizin də inkişafına təkan verəcəkdir. B.Əsgərov konfransın Naxçıvanın zəngin elmi mühitinin, mədəniyyətinin, dövlətçilik ənənələrinin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayacağını vurğulayıb.

Daha sonra konfransda “Naxçıvan Muxtar Respublikasının siyasi-hüquqi statusu: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi”, “1920-1930-cu illərdə Naxçıvan ərazilərinə qəsdlər arxiv materiallarında”, “Naxçıvanın qorunması və muxtariyyət statusunun əldə edilməsində qardaş Türkiyənin rolu”, “Naxçıvanda ədəbiyyatşünaslıq: mərhələləri və istiqamətləri”, “Naxçıvan dialektinin səs sistemində homogen əlamətlər”, “Gilənçay vadisi abidələrində arxeoloji tədqiqatlar”, “Heydər Əliyev və Naxçıvanda Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi” və “Naxçıvan mədəniyyətinin inkişafında teatr memarlığının rolu” mövzularında məruzələr dinlənilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Yanvar 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see312

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see261

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see252

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri