Icma.az
close
up
RU
Naxçıvanda keçirilən tədris metodiki toplanışda 500 dən artıq müəllim iştirak edib

Naxçıvanda keçirilən tədris metodiki toplanışda 500 dən artıq müəllim iştirak edib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Naxçıvan, 5 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsi tərəfindən yeni tədris ilinə hazırlıqla bağlı Sədərək, Babək, Şərur və Ordubad rayonlarının ümumi təhsil müəssisələrinin tədris hissə müdirləri, 2, 5 və 6-cı sinif rəhbərləri ilə mülki müdafiə dərslərinin tədrisinə və tədris hissə müdirlərinin bu sahədəki vəzifələrinə dair tədris-metodik toplanışlar keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, toplanışlarda ümumi təhsil müəssisələrində mülki müdafiə tədbirlərinin kеçirilməsi, mülki müdafiə dərslərinin keyfiyyətinin artırılması, yeni metod və üsullarla şagirdlərə öyrədilməsinin zəruriliyi, mülki müdafiəyə dair sənədlər toplusunun hazırlanması və icra olunmasında tədris hissə müdirlərinin rolu barədə ətraflı məlumatlar verilib.

Məktəblərdə mülki müdafiəyə dair seminar, təlim, məşq və açıq dərslərin keçirilməsi, sərgilərin təşkil olunması, şagirdlərə mülki müdafiə biliklərinin əyani şəkildə öyrədilməsinin vacibliyi diqqətə çatdırılıb, müəllimlərə bu sahədə metodiki köməklik göstərilib.

İştirakçılara fövqəladə hallar zamanı məktəb və sinif miqyasında görülməli təxirəsalınmaz tədbirlər, müəllim heyətinin və şagirdlərin ən ekstremal vəziyyətlərdə fəaliyyəti, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə, hadisələr zamanı əhalinin xəbərdarlığı, mühafizəsi, bədbəxt hadisələr zamanı özünəyardım və qarşılıqlı yardımın göstərilməsi qaydaları barədə məruzələr edilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı 500-dən artıq müəllim iştirak edib, suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, metodiki vəsaitlərlə bağlı materialları Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına (nfhn.gov.az) daxil olaraq “Metodiki vəsaitlər” bölməsindən əldə etmək mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:44
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see281

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see223

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see185

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see183

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see164

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see133

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri