Nazim Hüseynovdan növbəti xeyirxah aksiya: Onlarla Gəncə sakini pulsuz müayinə olundu
Icma.az, Sonxeber.az portalına istinadən məlumatı açıqlayır.
14-15 dekabr tarixlərində Gəncə Memorial Hospitalın xüsusi dəvətilə Ə.Əliyev adına Azərbaycan Dövlət həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya Kafedrasının dossenti, Azərbaycan Rinoloqlar Cəmiyyətinin sədri, həkim Otorinolarinqoloq t.ü.f.d. Dr.Məzahir Quliyev və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya kafedrasının müdiri, Azərbaycan Otorinolarinqoloqlar Cəmiyyətinin sədri, Prof. Nazim Hüseynov tərəfindən tibbi aksiya həyata keçirilib.
Sonxeber.az xəbər verir ki, aksiya çərçivəsində pasiyent qəbulu təmənnasız olaraq həyata keçiriləcək. Aksiyadan Gəncə şəhəri və ətraf regionlarda yaşayan sakinlər yararlanıb. Bu xeyirxah aksiyada mütəxəssis həkimlər öz peşəkar təcrübələri vasitəsilə burun, boğaz, qulaq və baş-boyun nahiyəsində yaranan müxtəlif xəstəliklərin diaqnostikası və müalicəsini həyata keçiriblər.
Aksiyanın əsas məqsədi əhalinin sağlamlıq problemlərinin vaxtında aşkarlanması və müalicəsini təmin etmək, eyni zamanda sosial dəstək göstərərək ehtiyaclı pasiyentlərə lazımi tibbi yardım göstərməkdir.






Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 15 Dekabr 2024 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















