Nazir: İranın neft ixracı fasiləsiz davam edir
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ tərəfindən 60 günlük güzəştin ləğv edilməsinə baxmayaraq, İranın neft ixracı əvvəlki qaydada davam edir.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın neft naziri Möhsən Paknejad jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, ABŞ tərəfindən 60 günlük güzəştin ləğv edilməsinə baxmayaraq, İranın neft ixracı əvvəlki qaydada davam edir və bu sahədə heç bir problem yaranmayacaq.
Paknejad neft sanksiyaları ilə bağlı 60 günlük güzəştin ləğvi və Neft Nazirliyinin yeni şəraitdə fəaliyyəti barədə danışarkən deyib ki, nazirlik uzun illərdir ABŞ-ın tətbiq etdiyi sanksiyaların təsirini minimuma endirmək üçün zəruri mexanizmlər formalaşdırıb.
Nazir ABŞ-ın öhdəliklərini pozmasına və İranın neft ixracı üçün nəzərdə tutulmuş 60 günlük güzəşti əhatə edən sazişin 10-cu maddəsinin pozulmasına toxunaraq bildirib ki, neft ixracının davam etdirilməsi üçün yaradılmış mexanizmlər qorunub saxlanılıb.
O vurğulayıb ki, bu səbəbdən ölkənin neft ixracı əvvəlki qaydada davam edir və prosesdə hər hansı dəyişiklik yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 14 İyul 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















