Nazir: Rusiya ilə Ukrayna arasında gedən müharibədə atəşkəsin əldə olunmasını çox arzulayırıq
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Rusiya ilə Ukrayna arasında gedən müharibədə atəşkəsin əldə olunmasını çox arzulayırıq".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Andrey Sibiqa ilə keçirilən birgə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Azərbaycan müharibənin ilk günlərindən davamlı şəkildə Ukraynaya humanitar yardım göndərir:
"Həm tibbi sahədə, həm qida məhsulları, həm mülki infrastrukturun bərpa olunması və digər humanitar sahələrdə dəstəyimizi göstəririk. Bu istiqamətdə dövlət mənbələrindən 40 milyon ABŞ dolları yardım göstərilib. Ən böyük arzumuz isə iki ölkə arasında münaqişənin başa çatmasıdır".
Mərahim Nəsib

Rusiya və Ukrayna arasında razılıq əldə olunub
26 Mart 2025 16:15
Türkiyə Rusiya Ukrayna müharibəsində qısa zamanda sülhün əldə olunmasını istəyir
12 Mart 2025 01:32
Azərbaycan Qəzzada atəşkəsin əldə olunmasını alqışlayır XİN
16 Yanvar 2025 12:26
“Rusiya Ukrayna arasında yaxın zamanlarda atəşkəsin imzalanması real görünmür”
30 Yanvar 2025 08:54
Ukrayna Rusiya ilə atəşkəsin əsas prinsiplərini açıqlayıb
03 Mart 2025 02:05

