Icma.az
close
up
RU
“Neftçi” çox yaxşı rəqibdir, güclü futbolçuları var” Vaqif Cavadov

“Neftçi” çox yaxşı rəqibdir, güclü futbolçuları var” Vaqif Cavadov

Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.

“Sumqayıt” Misli Premyer Liqasının 32-ci turunda doğma meydanda “Neftçi” ilə 2:2 hesablı heç-heçə edib.

İdmanxeber.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Vaqif Cavadov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Bəlkə də iki komanda da çoxdandır meydana belə qələbə əzmi ilə çıxmamışdı. Hər iki tərəf qalib gəlmək istəyirdi. Bu da meydanda görünürdü. Komandama təşəkkürümü bildirirəm. Futbolçularımdan razıyam. Öz səhvlərimizdən qollar buraxdıq. Amma oyundan, xüsusən də birinci hissədən çox razıyam. “Neftçi” çox yaxşı rəqibdir, güclü futbolçuları var. Növbəti matça hazırlaşacağıq. 

– 2:0-dan sonra nə baş verdi ki, rəqib üstünlüyü ələ aldı?

– Kənardan elə görünə bilər. Fərdi səhvlərimiz, “Neftçi”nin adı, oyunçularının ustalıq səviyyəsi futbolçularımda həyəcan yaradırdı. Bu da normaldır. Belə komandaya qarşı bu cür oynadıqlarına görə futbolçularıma alqış düşür.

– 1 xal qazandız, yoxsa 2 xal itirdiz?

– Əlbəttə məyusam ki, qalib gələ bilmədik. Rəqib “Neftçi”dir, güclü komandaya qarşı oynamışıq. İki səhv bizim üçün kritik oldu. Öz səhvlərimizə görə qol buraxdıq. Üzücü olan budur.

– Giorgi Karaişvilinin səhvinə görə qol buraxdız. Onu meydana buraxdığınıza görə özünüzü günahkar hiss edirsiniz?

– Əgər bunu mənim üstümə yükləmək istəyirsinizsə, problem yoxdur. Digər 9 klubun baş məşqçilərinə də belə suallar versəz, yaxşı olar. 

– Qapıda Xəyal Fərzullayevə şans verdiyinizə görə peşmansınız?

– Xəyal Tovuzda qurtarışlar edəndə yaxşı qapıçı idi, indi 2 top buraxıb deyə pis qapıçıdır? Gənc futbolçudur, mən ona güvənirəm. Ümidvaram ki, Xəyal növbəti oyunlarda da öz sözünü deyəcək.

– Mətbuatın sizə qarşı qərəzli olduğunu düşünürsünüz?

– Xeyr, düşünmürəm. Əksinə, hər zaman sizin dəstəyinizi istəmişəm. Bəzən haqqımda xoş olmayan ifadələri oxuyanda məyusluq yaşayıram. Bir gənc məşqçi olaraq komandanı çətin vəziyyətdə götürmüşəm. Amma təcrübəli məşqçilərə başqa suallar verilir, başqa şeylər yazılır. Belə olanda məcburam ki, bunu sizə deyim. Əlimdən gələni edirəm. İstəməzdim ki, bu gün komandam xal itirsin. Amma bu, futboldur.

– Rövlan Muradov öz mövqeyinin ən yaxşılarındandır. Onu oynatmamağınızın səbəbi nədir?

– Biz 11 oyun qol vurmamışdıq. Həmin matçlarda Rövlan əsas heyətdə idi. Ondan qabaqkı oyunlarda da start heyətində olub. Bir qol ötürməsi belə yox idi. Sərtan Taşkının isə oynadığı matçlarda qol ötürmələri var. Bu futbolçunu mən necə oynatmayım? Rövlan da öz şansını gözləməlidir. Onu 10-15 dəqiqə oynatmaqdansa cavan oyunçuya şans verməyi daha üstün tuturam. Rövlanla heç bir problemimiz yoxdur. Məşqlərdə canla-başla çalışır. Növbəti oyunlarda onu meydanda görə bilərik. Hazırda Sərtan Taşkın həmin mövqedə daha yaxşı çıxış edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 28 Aprel 2025 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri