Icma.az
close
up
RU
Neftin qiymətində ciddi eniş: Azərbaycan iqtisadiyyatına təsiri necə olacaq?

Neftin qiymətində ciddi eniş: Azərbaycan iqtisadiyyatına təsiri necə olacaq?

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son dövrlərdə dünya bazarında neftin qiymətində baş verən sürətli eniş, xüsusilə neftdən asılı iqtisadiyyatlara mənfi təsir göstərməkdədir. Belə ki, "Brent" markalı neftin qiyməti dünən 61 dollar təşkil edib. Bu rəqəm bir həftə əvvəl 66 dollar, bir ay əvvəl 74 dollar, bir il əvvəl isə 83 dollar idi. Son bir ildə qiymətlərdə 30 faiz, son bir ayda isə 19 faiz azalma müşahidə olunub.

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, bu enişin əsas səbəbi beynəlxalq siyasi və iqtisadi gərginliklərlə bağlıdır:


“Ümumiyyətlə bunun səbəbi ABŞ tərəfindən başlanan ticarət müharibəsidir. Mart ayında Tramp tərəfindən verilən bəyanatlar və aprelin 2-də imzalanan sərəncamlar dünya ticarət savaşını daha da dərinləşdirdi. Bundan əlavə, OPEC+ ölkələri hasilatın artırılması ilə bağlı qərar verdilər. Bu isə təklifin tələbdən artıq olacağına dair gözləntiləri artırdı və nəticədə qiymətlər aşağı düşdü”.


Ekspert Azərbaycanın dövlət büdcəsi üçün yaranan risklərə də toxunub:


“Azərbaycan iqtisadiyyatı neft gəlirləri üzərində qurulub. 2025-ci ilin büdcə proqnozlarında üç ssenari hazırlanmışdı: optimist – 80 dollar və yuxarı, baza – 70-80 dollar, və pessimist – 60 dollar və aşağı. Hazırkı vəziyyət göstərir ki, artıq biz pessimist ssenariyə daxil olmuşuq. Neftin qiymətinin 20 dollara qədər enməsi büdcəyə ildə 1 milyard dollardan artıq zərər vura bilər”.


Asif İbrahimov əlavə edib ki, bu vəziyyət valyuta axınına da təsir göstərir:


“Ölkəyə daxil olan valyutanın həcmi azalır. Bu da aylıq olaraq büdcədə 250-350 milyon dollar civarında azalmaya səbəb ola bilər. Lakin manatın məzənnəsi ilə bağlı əsas qərarlar Mərkəzi Bank tərəfindən verildiyi üçün bu istiqamətdə sabitlik qorunmağa çalışılır”.


Ekspert hesab edir ki, mövcud vəziyyətdə hökumət qeyri-neft sektoruna investisiyaları artırmalı, iqtisadi diversifikasiyanı sürətləndirməlidir.


Bəsti Rəfizadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sfera.az
archiveBu xəbər 01 May 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see203

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see196

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see195

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see174

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see166

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see166

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see162

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see158

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see142

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see140

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see139

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see134

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see133

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri