Icma.az
close
up
RU
Niyə bazar və ət dükanlarında keçi əti satılmır? Ekspert

Niyə bazar və ət dükanlarında keçi əti satılmır? Ekspert

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mütəxəssislər keçi ətinin insan orqanizmi üçün ən sağlam ət növü olduğunu araşdırıb. Keçi əti az yağ nisbəti, yüksək qida dəyəri və asan həzm olunması, protein, dəmir və B12 vitamini baxımından digər ət növlərini geridə qoyur.
Ürək sağlamlığı üçün vacib sayılan keçi əti niyə bazar və ət dükanlarında satışda yoxdur?
Bizim.Media
xəbər verir ki, iqtisadçı Vahid Məhərrəmli “Qaynarinfo.az”a açıqlamasında bu gün ət satışı ilə məşğul olan bazar və dükanlarda keçi ətinin satıldığını bildirib:
"Keçilərin sayı azdır. Keçi ətinin dadını bilənlər isə kifayət qədərdir. Bu dadı bilməyənlər bəzi halda keçi ətindən imtina edirlər. Ona görə də keçi ətini quzu əti adı altında satırlar”.
Ekspert keçi ətinin yay aylarında satışda olmadığını xatırladıb:
"Payız, qışın sonu və bir də baharın əvvəlində yeyilir. Hardasa 6-7 ay tələbat olur. Çoxları keçi ətinin dadını bilmədiyindən qəssablar onu quzu əti adıyla əhaliyə satır. Əslində keçi əti istehlak olunur”.
Vahid Məhərrəmli keçi ətinin mövsümü xarakter daşıdığının da səbəblərini açıqlayıb:
"Bu, ənənə ilə bağlıdır. Həm də əvvəllər keçilərin sayı az olduğu üçün çalışıblar ki, keçiləri yay-yaz aylarında yaxşı qidalandırsınlar və payızda satışa çıxarsınlar. Keçilərdə qısa müddətdə normal çəki almaq quzulara nisbətdə asan deyil. Keçilər hər otu yemir. Kökəltmədə onları saxlamaq mümkün deyil. Onlar təmiz otu sevir”.
Satıçılar keçi ətini sifarişlə gətirdiklərini bildirir:
"Keçi əti payız-qış mövsümündə yeyilir. Yay aylarında bu ətə qətiyyən tələbat olmur.
Elə indinin özündə də keçi ətini sifarişlə gətiririk. Qoyun ətinə nisbətdə bahadır. Alıcılar bu ətə tələbat duymamasının səbəbini ondan gələn xüsusi qoxu ilə əlaqələndirir.
Amma təbabətdən də məlumdur ki, keçi piyi insan orqanizmi üçün dərman sayılır. Piyi dərman olan ətin faydası ondan da çox olar”.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:261
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 Noyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri