Icma.az
close
up
RU
OANA nın növbəti Baş Assambleyası Azərbaycanda keçiriləcək

OANA nın növbəti Baş Assambleyası Azərbaycanda keçiriləcək

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XX Baş Assambleyası 2028-ci ildə AZƏRTAC-ın ev sahibliyi ilə Azərbaycanda keçiriləcək.

Bununla bağlı qərar təşkilatın Sankt-Peterburq şəhərində baş tutan XIX Baş Assambleyasında səsvermə yolu ilə qəbul edilib.

İclasda üzv agentliklər OANA-nın 2025-2028-ci illərdə sədri vəzifəsinə yekdilliklə TASS agentliyinin lehinə səs veriblər. Təşkilatın sədri TASS-ın baş direktoru Andrey Kondraşov, baş katibi isə baş direktorun birinci müavini Mixail Qusman seçiliblər.

Eyni zamanda, OANA-nın İcraiyyə Komitəsinin yeni tərkibi formalaşdırılıb. İRNA (İran), Yonhap (Koreya Respublikası), AZƏRTAC (Azərbaycan), Anadolu (Türkiyə) və Sinxua (Çin) agentlikləri təşkilatın vitse-prezidentləri, Antara (İndoneziya), Bernama (Malayziya), QNA (Qətər), BNA (Bəhreyn), Kyodo (Yaponiya) və VNA (Vyetnam) isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Həmçinin Texniki komitəyə Omanın ONA, Etika komitəsinə isə Pakistanın APP agentlikləri rəhbərlik edəcək.

Qeyd edək ki, 2022-2025-ci illərdə OANA-ya İranın İRNA agentliyi sədrlik edib.

Baş Assambleyada feyk xəbərlər və dezinformasiya ilə mübarizə yolları, süni intellektin kontent hazırlanmasında tətbiqi kimi məsələlər müzakirə olunub. Rusiya XİN-in kommunikasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova, Yonhap və Kyodo agentliklərinin nümayəndələri mövzular ətrafında çıxışlar ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 İyun 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri