Icma.az
close
up
RU
“Oğlum evdə olmayanda gəlin onun dostunu evə çağırırdı” Öldürülən qadının qaynanası

“Oğlum evdə olmayanda gəlin onun dostunu evə çağırırdı” Öldürülən qadının qaynanası

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi həyat yoldaşını qətlə yetirməkdə ittiham edilən Natiq Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid Sonavər Məhərrəmova gəlini Sevinc Məhərrəmova ilə uzaq qohum olduqlarını, oğlu ilə 2009-cu ildə evləndiklərini dedi:

"Gəldiyi gündən bildiyini edirdi, yola verirdim. Oğlumun Elnur adlı dostu bizim evə ayaq açdığı gündən oğlumla gəlinin söz-söhbəti bitmirdi. Biz görmüşük ki, evin kişisi evdə olmayanda, kənar kişi xeylağı qapıdan qayıdıb gedər. Amma  oğlum evdə olmayanda gəlin bu Elnuru evə çağırırdı. Nəvəm Əziz deyirdi ki, "Nənə, bu saqqalı kişi məni həyətdə görəndə "Mamaya salam de" deyirdi. Bunu oğluma demirdim ki, dava düşməsin. Oğluma qadın kimi də qulluq etmirdi, saymırdı. Oğlumun gəlinimi öldürmə səbəbi qısqanclıq və şübhə idi".

Daha sonra S. Məhərrəmova dövlət ittihamçısının suallarını cavablandırıb.

Təqsirləndirilən Natiq Məhərrəmov "Əgər bir insan öz əzizini öldürəcək səviyyəyə gəlirsə, bunu hansı səbəbdən etdiyi niyə soruşulmur?" - deyə zala müraciət edib.

Şahid M.N hadisə baş verən gün parkda olduğunu bildirdi:

"Qəfildən "Kömək edin!" deyə çığırtı eşitdim. Gördüm ki, bir qadın və kişi əlbəyaxadır. Mən ora çatanda qadın yerdə, qan içində idi və can verirdi. Polislər, daha sonra "təcili yardım" gəldi".

Şahidlərin ifadələrindən sonra  növbəti proses 26 noyabra təyin edildi.

Xatırladaq  ki, 2025-ci ilin aprelin 7-si, saat 19 radələrində Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən "Neftçilər" parkında Natiq Məhərrəmov çoxsaylı bıçaq zərbələri ilə həyat yoldaşı Sevinc Məhərrəmovanı qətlə yetirib. Həmin gün cinayəti törədən şəxs 32-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Suraxanı rayon prokurorluğu tərəfindən Natiq Məhərrəmova CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə yekun ittiham verilib.

Fərqanə Novruzova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://lent.az
archiveBu xəbər 29 Oktyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri