Ombudsman hər bir insanı aksiyada fəal iştirak etməyə çağırıb FOTOLAR
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın qayğısı nəticəsində Respublika Talassemiya Mərkəzində xəstələrin normal həyat fəaliyyəti təmin olunur, talassemiyalı xəstələr bu mərkəzdə daimi müalicə alır, eləcə də müvafiq tədbirlər nəticəsində qan və onun komponentləri ilə təmin edilirlər. SİA xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ölkəmizdə qan xəstəliklərindən, o cümlədən talassemiyadan əziyyət çəkən uşaqların sağlam insan qanına ehtiyacını nəzərə alaraq dəfələrlə ictimaiyyətin diqqətini bu məsələyə yönəldib və müxtəlif vaxtlarda qanvermə aksiyaları keçirilib.
Növbəti qanvermə aksiyası “Konstitusiya və Suverenlik ili” çərçivəsində dekabrın 5-də Ombudsman Aparatında təşkil olunub.
Ombudsman Səbinə Əliyeva bu cür aksiyaların təşkilinin yüzlərlə xəstəyə həyat bəxş edilməsinə səbəb olacağını, ictimai həmrəyliyin və humanist dəyərlərin daha da möhkəmlənməsi işinə töhfə verəcəyini bildirib, sağlamlığı və yaşı qan vermək üçün uyğun olan hər bir insanı aksiyada fəal iştirak etməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 05 Dekabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















