Icma.az
close
up
RU
Onlar filosof yox, sosial media fenomenləridir Əli Novruzov

Onlar filosof yox, sosial media fenomenləridir Əli Novruzov

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Kulis.az Yalçın İslamzadənin "yalançı filosoflar" yazısı haqqında Əli Novruzovun fikirlərini təqdim edir.

Eşitdim ki, feysdə "filosoflarımız" ətrafında qalmaqal qopub, Yalçın İslamzadə kavaleriyanı çıxarıb meydana, keçib hücuma. Yazısını tapıb oxudum. Deyildiyi kimi deyilmiş. Daha çox ona bənzədi ki, elə bil xanlıqlar dövründə hansısa bir bəy 50-60 maafı yığıb başına, qonşu xanlığa çapqına gedib.

Birincisi, Yalçın bəy niyə bağlanmış kitabları arxivdən götürüb tozunu üfürür?
Niyazi Mehdi uzun müddətdir ki, aktiv deyil. Səhhətində ağır problemlər var. Allah şəfa versin.
Həmçinin Ağalar müəllim də şəxsi səbəblərdən aktiv deyil.
Ramiz Rövşən toy generalı olub, tədbirlərə gətirdib, üç-dörd şeir dedirdib, alqışlayıb təmtəraqla evinə yola salırlar.
Əlisa Nicatı, deyəsən, Azərbaycanda tənqid etməyən bir mən qalmışam, yadımdan çıxıb, yoxsa hamı tənqid edib qurtarıb, son konsensus da budur ki, kişi qocalıb, ay media mənsubları, əl çəkin ondan, xayp yığmayın.
Qalır təkcə Müşfiq Ötgün, o da daha çox sosial media fenomenidir. Onu tənqid etmək lazımdır, hətta vacibdir, amma mən bu siyahıda bir nəfəri görməyib təəccübləndim.
Bu dəqiqə ən bərk gedən orqanik intellektualımız, milli "filosofumuz" Aqşin Yeniseydir, minib yorğa atı, müdriklərin yüzillər boyu çətinliklə yetişdirdiyi taxıl zəmilərini tapdalayır, xalqımızın hələ biçməyə imkan tapmadığı əkinləri amansızcasına məhv edir. Aya, bəlkə, arxasında dövlət dəstəyi var, ona görəmi, yoxsa Aqşin bəy Yalçın bəyin dünyagörüşünü paylaşır deyə, ona "otmazka" var? Buradan keçirik ikinci punkta ki,

İkincisi, Yalçın bəyin tənqidi özü də qeyri-fəlsəfi və ideolojidir. Biz bu şəxslərin "filosof" olmadığını deyiriksə, onda əsas tənqidimiz onların akademik fəlsəfə ilə məşğul olmadığını göstərmək olmalı deyilmi? Yaxşı, bunlar fəlsəfə adı altında aforizm ifraz edir, cəmiyyətə zərərli və yalnış ictimai-siyasi mesajlar ötürür, Yalçın bəyin fikrincə, dinin və hətta cəhalətin apologetikası ilə məşğul olur. Bəs niyə davamını gətirmirik ki, filosoflar akademik fəlsəfə ilə məşğul olmalıdır? Əvəzində Yalçın bəy deyir ki, filosoflar proqressiv dəyərləri təbliğ etməli, cəhalətə qarşı mübarizə aparmalı, maarifçilik və mollanəsrəddinçilik etməlidir.
Yalçın bəyin dediyindən belə anlayırıq ki, bu "filosofların" problemi akademik fəlsəfə ilə məşğul olmamaqları deyil, yalnış ideoloji cəbhədə olmaqlarıdır. Yoxsa həkim-sahib, məliküşşüəra, görkəmli ədib və filosofumuz Aqşin Yeniseyi də bu siyahıda görərdik. Burada çıxırıq haşiyəyə ki,

Haşiyə: Əziz növcavanlar, hazırda Roma gözümüzün qarşısında süqut etməkdədir. Prosesin, açığını deyim, belə sürətli olacağını gözləmirdim. Şəxsən mənim yaşım elədir ki, Romadan miras qalacaq olan museyonlar, odeonlar, yollar, akveduklar və kanalizasiya mən ölənə kimi davam gətirəcək. Siz isə, bizanslılar demiş, kendi icabınıza baxmalısız ki, yeni dünya sizi qəfil və lapdan yaxalamasın. Bu yeni dünyada məhv olan ilk şeylər isə Yalçın bəyin bu qədər əziz tutduğu XIX-XX əsrlərin pozitivist və historisist mirası üzərində qurulmuş ideologiyalar olacaq. Gələcəklə bağlı kəhanət mümkün qədər dumanlı olmalıdır deyib indi keçək üçüncü və sonuncu punkta ki,

Üçüncüsü, Azərbaycanda akademik fəlsəfənin ciddi problemləri var, reanimasiya şöbəsində komada yatır, belə getsə, ayılmaq ehtimalı da yoxdur. Bu problemlər Müşfiq Ötgün kimi sosial media fenomenləri və ya Niyazi müəllimdən qaynaqlanmır.
Akademiyanın fəlsəfə institutu, ölkədəki fəlsəfə kafedraları hamısı çevrilib olub eyni vaxtda sufi təkkələri, buddist aşramları və Sov.İKP MK-nın ideoloji şöbəsi, üçü birində, "Nescafe" kimi.
Kant və Hegelin mumiyalarını yoqa pozisiyasında otuzdurub əllərinə təsbeh veriblər və ciblərinə də YAP-ın vəsiqəsini qoyublar. Akademik fəlsəfənin su içməli olduğu bütün bulaqların və çayların qarşısını Əbu Turxan (fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilov - red.) və onun kreaturaları yeddibaşlı əjdaha kimi kəsib.
Səhih söhbətdir, Husserl haqqında dissertasiya yazmaq istəyən adamı intervyudan geri qaytarıblar ki, çıx get buradan, bizi dolama, belə adda filosof yoxdur.

Bunlardan danışmaq lazımdır. Bu sualları vermək lazımdır. Bəs görəsən niyə bu sualları vermirik? Bəlkə, Yalçın bəyin təbiri ilə desək, bu sualları soruşsalar, qulaqlarının çəkilmə ehtimalı var?

"Bürokratik maneələr ləğv ediləcək" - Kinoya 478 milyonluq dəstək 24 yaşlı məşhur aktrisa evində ölü tapıldı 97 nəfəri xilas edən pilot – Yusif Səmədoğlu nədən qorxurdu?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://kulis.az
archiveBu xəbər 19 Fevral 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri