Icma.az
close
up
RU
Orta Şərqə güzgü olan kitab Rə­van Cavid yazır

Orta Şərqə güzgü olan kitab Rə­van Cavid yazır

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rəvan CAVİD

Şərqi Aralıq dənizi ölkələrində fərqli milli mənsubiyyətə malik şəxsiyyətlərin birlikdə yaşamaq praktikası ilə dünyanın qalan hissəsinə işıq saça biləcək şansı var idi, ancaq bu şansı düzgün dəyərləndirə bilmədilər. Şərqi Aralıq dənizində işıqlar söndü və qalaktikanı qaranlıq bürüdü...

Amin Maalof Adana mənşəli, Katolik misirli bir ananın və livanlı Məlkit bir atanın oğlu olaraq 1949-cu ildə Beyrutda doğulub. Həyatının 27 ilini Livanda yaşayıb. Livanın vətəndaş müharibəsindən sonra 27 yaşında Fransaya köçüb və o tarixdən bu günə qədər hər biri dünya miqyasında uğur qazanmış, 40 dilə tərcümə olunmuş yeddi roman, doqquz essevari tarix kitabı və dörd libretto yazıb. Təhsili sosioloq, peşəsi ata sənəti olan jurnalistlik, ən böyük marağı isə, öz diliylə desək, dünyada baş verənləri müşahidə etmək, izləmək idi. Zaman keçdikcə o min bir gecə nağılları yazıçılığından, mütəfəkkirliyə doğru irəliləməyi bacardı. Əlimizdəki kitab da bu irəliləyişin nəticəsi olan dəyərli bir mətndir.

Kitabın ilk fəslində Amin Maalof ilə əl-ələ tutub 1949-cu ilin Misirinə səyahət edirik. "Müsəlman qardaşları"nın qurucusu Həsən ƏL Bənnanın öldürülməsinə, ardınca Çörçilin sifarişi ilə yerinə yetirilən İsmailiyyə qətliamına, azad zabitlər çevrilişi və Ərəb milliyyətçi Camal Əbdulnəsirin yüksəlişi ilə aftoqratın güc qazanmasına, dolayı yolla Maaoluf ailəsinin Misirdən qovulmasının ürək ağrıdan hekayəsinə şahid oluruq. Misirin bir çox mədəniyyəti əhatə edən, intellektual olaraq məhsuldar bir ölkədən milliyyətçilik kölgəsində tək bir partiyanın dəmir yumruğu ilə idarə edilən təksəsli bir ölkəyə çevrilməsinin hekayəsidir bu. Yaxşı bir ədəbiyyatçı tərəfindən diqqətlə yazılmış, bir dövrün şahidliyi olan ilk fəsil ifadə dili olaraq sanki mənə İlya Erenburqun "Xatirələri"ni xatırlatdı.

Mühafizəkar inqilab

Kitabın ikinci fəslində artıq Misirlə əlaqəsi kəsilmiş, Beyrutda yaşayan Maalouf ailəsi ərəblərin son böyük ümidi olan Camal Əbdülnəsirin yenilməsinə şahid olur. Maalof 1967-ci il İsrail müharibəsi və məğlubiyyətinin ərəblər üzərində böyük bir ümidsizlik və özgüvən çatışmazlığı dalğası yaratdığını və günümüzdə ərəb dünyasındakı qaranlığın bu duyğulardan çıxa bilməməyini yazır. Yazıçıya görə, bu, radikal İslamın hələ də Şərq ilə etdiyi müharibəsindən qaynaqlanır.

Fəslin sonunda sanki Spilberqin "Münix" filmindən bir səhnə yaşayırıq. Ehud Barakın komandanlığı altında olan İsrail komandoları Beyruta basqın edərək Fələstin xalqını qətlə yetirir, 1975-ci il Livan vətəndaş müharibəsi başlayır və Amin Maalof bu ölkədən də ayrılmaq məcburiyyətində qalaraq Fransaya gedir.

Kitabın üçüncü fəslində 1979-cu ildəki 4 mühafizəkar inqilabı izləyirik: İran inqilabı, Tetçer və Reyqanın seçki qələbələri, antikommunist, Polşa mənşəli 2-ci İohan Pavelin papa olması və Çindəki mühafizəkar Den Siyaopin iqtidarı. Maalofa görə, bu mühafizəkar inqilabları bənzərsizliyin və arsızlığın normal görüldüyü, mikro milliyyətçiliyin yüksəlməkdə olduğu, ağır kapitalizmin hökm sürdüyü bugünkü nizamı hazırlamışdır.

Dördüncü fəsildə isə yazıçı dövlət aparatına təriflərini yağdırdıqdan sonra, öncə kominizmin uğursuz iqtisadi təqibindən şikayətçi olur, sonra Amerikadan, Əfqanıstandan antikommunist mücadilə çərçivəsində silahlandırılıb "Əl-Qaidə"ni qurduqdan sonra İraqda İŞİD və bənzər qurumların meydana gəlmə səbəbləri olmağından şikayətlənir. İnanır ki, həll daha öncələr belə problemlər yaşayıb və bu problemlərdən dərs almış, bir-biri ilə mübarizəni başa vuran Avropa Birliyindən gələ bilər, ancaq bu mövzuda tərəddüd yaşadığını ifadə edir.

Yaxşı öndər necə olar?

Maalof Ərəb dünyasındakı liderlərin iqtidarı ələ keçirdikdən sonra illərcə kənar olduqları iqtidarın köhnə sahiblərinə qarşı revanşist duyğular hiss etdiklərini, ölkəni daha məxsusi şəkilləndirməyə çalışdığını, ancaq bunun işə yaramadığını və ümumiyyətlə, qalanlara zərər verdiyindən yazır. Ona görə yaxşı öndər mikro milliyyətçilik ünsürlü din, irq, məzhəb siyasəti edən liderlər deyil, ölkəsinin varlığı üçün özünü həbsə atdıran və 26 il həbsdə qalmasına səbəb olan Cənubi Afrika prezidenti Henrix Vervoedin dul xanımını ziyarət edən Nelson Mandela kimilərdir. Kitabın sonunda Maalofun gələcəklə bağlı optimist olmaq üçün səbəbinin qalmadığını, tək ümidinin hər şeyi düzəldəcək görünməz bir əlin hərəkətə keçməsi olduğunu oxuyuruq.

Amin Maalof romançılığından kəşf etdiyimiz sadə və axıcı diliylə içindən çıxdığı Ərəb toplumununa dürüst bir güzgü tutaraq, səbəb-nəticə əlaqələri ilə gələcəyə olan narahatlığını ifadə edir. Haqlı bir narahatlıqdı bu.

Yazıçının məsuliyyəti

Lakin bugünkü dünyada cəmiyyətlər ən kiçik fərqliliklərini belə əsas tutub bir-birlərinə olan hisslərini nifrətlə ifadə edirlər. Bunu edərkən, əslində, qloballaşma içində bənzər həyatlar yaşadıqları və bir-birlərindən çox da fərqli olmadıqları üçün hələ də cəmiyyətlərin anlaşa biləcəklərini ümid edirik. Bu kitabı əslən sosioloq olan bir ədəbiyyatçının intellektual məsuliyyət ilə çağının və özünün də içindən çıxdığı ərəb toplumunun simasında bugünkü qaranlığı, irqçiliyin və mədəniyyət fərqliliyinin yaratdığı problemləri ifadə edən essevari tarix kitabı kimi dəyərləndirə bilərik.

Zövqlə oxunan, oxunmağa və haqqında düşünməyə, danışmağa layiq olan bir kitabdır. Bu cür kitabların acgöz oxucusu olaraq yazıçıya təşəkkür edirəm.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Aprel 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see316

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see291

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see290

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see241

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see236

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see207

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see194

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see193

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see178

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see178

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see178

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see175

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see172

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see168

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see165

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see164

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see164

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see159

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see150

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri