Icma.az
close
up
RU
Övladsız güc sahibləri Uşağı olmayan dünya LİDERLƏRİ

Övladsız güc sahibləri Uşağı olmayan dünya LİDERLƏRİ

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünya siyasətində liderlərin ailə həyatı bəzən şəxsi məsələ kimi qəbul olunsa da, onların valideyn olub-olmaması zaman-zaman ictimai və ideoloji müzakirələrə səbəb olur.  Liderlərin övladları onların dövlət idarəçiliyinə münasibəti və fədakarlıq dərəcəsi ilə də əlaqələndirilir.

Beynəlxalq mediada bu məsələyə müxtəlif bucaqlardan yanaşılır: bəziləri bunun şəxsi seçim olduğunu vurğulayır, digərləri isə bu liderlərin siyasətdəki motivasiyalarını və gələcəyə dair öhdəliklərini sorğulamağa çalışır.

Modern.az dünyada övladı olmayan liderləri araşdırıb.

Avropanın siyasi səhnəsində övladı olmayan liderlərin sayı az deyil. Onların sırasında ən tanınmışlardan biri Almaniyanın keçmiş kansleri Angela Merkeldir. Merkel 16 il ərzində Avropanın siyasi simasını formalaşdıran başlıca fiqurlardan biri olsa da, şəxsi həyatını daim kənarda tutub və övlad sahibi olmayıb. O, dəfələrlə siyasi fəaliyyətini şəxsi fədakarlıqla izah edib.

Merkelin siyasi varisi və bir müddət əvvəl vəzifədən gedən Almaniya kansleri Olaf Şolts da övlad sahibi deyil. Onun da ailə həyatı ictimaiyyətdə nadir hallarda müzakirə olunur və siyasi gündəliklə şəxsi həyat arasındakı sərhədi qorumağa çalışır.

Britaniyanın sabiq baş naziri Tereza Mey övladı olmamasının ona dərin şəxsi təsir etdiyini etiraf edib. O, bu barədə müsahibələrində açıq danışaraq, bunun həyatında iz buraxdığını desə də, peşəkar fəaliyyətinə təsir etmədiyini bildirib.

Rumıniyanın bir müddət əvvəl istefa verən sabiq prezidenti Klaus İohannis də övladı olmayan liderlər sırasındadır. Onun bu xüsusiyyəti ölkə mediasında zaman-zaman müzakirə olunsa da, əsas diqqət idarəçilik üslubuna yönəlib.

Bu tendensiya yalnız keçmiş liderlərlə məhdudlaşmır. Bu gün də dünyanın siyasi fiqurlarından bəziləri övlad sahibi deyil.

Niderlandın sabiq baş naziri və yeni seçilmiş NATO baş katibi Mark Rutte şəxsi həyatı barədə olduqca qapalıdır. Onun heç vaxt evlənməməsi və övladı olmaması ölkə daxilində müzakirə mövzusu olsa da, bu, onun uzunmüddətli siyasi karyerasına və nüfuzuna mane olmayıb.

Fransanın hazırkı prezidenti Emmanuel Makron də bioloji övladı olmayan liderlərdəndir. O, müəllimi və həyat yoldaşı Bricit Makronun əvvəlki evliliyindən olan övladlarına "atalıq" etsə də, özü ata olmayıb. Bu, Fransa cəmiyyətində bəzən satirik yanaşmalarla müşayiət olunub.

Hindistanın Baş naziri Narendra Modi siyasi həyatını şəxsi münasibətlərdən üstün tutan lider kimi tanınır. O, gənc yaşlarında evlənsə də, ailə həyatı rəsmi şəkildə davam etməyib və Modi heç vaxt ata olmayıb. Modi tez-tez Hindistan xalqını öz ailəsi kimi təqdim edir və “millətin atası” obrazını önə çıxarır.

Elnur Əmirov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:294
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 May 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri