Icma.az
close
up
RU
Özünü “Bandotdel” əməkdaşı kimi təqdim etdi, qadının maşınını və külli miqdarda pulunu ələ keçirdi BAKIDA ŞOK DƏLƏDUZLUQ FAKTI

Özünü “Bandotdel” əməkdaşı kimi təqdim etdi, qadının maşınını və külli miqdarda pulunu ələ keçirdi BAKIDA ŞOK DƏLƏDUZLUQ FAKTI

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi, ev 60, mənzil 19-da yaşayan Quliyeva Rəna Əli qızı qarşılaşdığı problemlə bağlı “Hürriyyət” qəzetinin redaksiyasına müraciət edib. Şikayətçinin qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciətini olduğu kimi dərc edirik:

Cənab Prezident!

Hörmətli Birinci vitse-prezident!

Yazaraq bildirim ki, halal zəhmətlə qazandığım pullarımı dələduzluq yolu ilə mənimsəyiblər. Pulun bir qismi özümün, qalan qismi isə borc və kredit götürdüyüm vəsait olub. Dələduzlara necə aldandığıma hələ özüm də inana bilmirəm. Sizlərdən kömək istəyirəm.

Bildirim ki, hazırda başıma açılan dələduzluq faktını bir nəfərin üzərinə yükləyib, işi bağlamaq istəyirlər. Yəni bu məsələdə maraqlı qüvvələr var. Şahid, Anar, Talıb və “Rentacar” şirkəti mənə qarşı külli miqdarda dələduzluq edib. Onlar 4 ay boyunca birgə addım atıblar. Bu şəxslər əlbir çalışıblar.

“Rentacar” şirkətinin adını niyə çəkirəm? Çünki tanıdığım bu şəxslər  4 ay ərzində Bakıda – “Şəki” restoranı ilə üzbəüz, “Xəlil Plaza”nın içində yerləşən həmin şirkətdə günü 300-400 manata icarəyə verilən avtomobilləri idarə ediblər. Bu da o deməkdir ki, “Rentacar” şirkəti də bu dələduzlara himayədarlıq edib. Bu baxımdan, Sizdən xahiş edirəm, səlahiyyətli qurumlara tapşırıq verəsiniz ki, iş düzgün şəkildə araşdırılsın...

Möhtərəm Prezident!

Hörmətli Mehriban xanım!

Məlumat üçün bildirim ki, hazırda fizioterapiya ilə məşğulam. Avqust ayının 23-də Şahid adlı şəxs mənə yaxınlaşaraq, tanış gəldiyimi söylədi. Fikirləşdim ki, yəqin hansısa xəstəm olub. O isə xəstəm olmadığını və nömrəmi götürüb yanıma (xəstəm olaraq) gələcəyini söylədi. Bu söhbətən bir müddət sonra “Rentacar” fəaliyyəti, yəni maşınların günlük icarəsi və satışı ilə məşğul olduğunu bildirdi. Həmin vaxt mənim də 99 SS 199 dövlət nömrə nişanlı “Hyundai Tucson” markalı avtomobilim var idi. Söhbət əsanasında bildirdim ki, avtomobilimi icarəyə verib, aylıq gəlir götürmək istəyirəm. O, bunun üçün ona etibarnamə verməli olduğumu söylədi. Mən də qanunu bilmədiyim üçün ona “baş etibarnamə” verdim.  Elə həmin gündən, Şahin, eləcə də dostları Anar və Talıb etibarımdan sui-istifadə edərək, məni aldatmağa başladılar. Belə ki, onlar birləşib mənim avtomobilimi və pulumu mənimsədilər.

Sonralar mən maşınımı tələb etdikdə Talıb adlı şəxs Şahidlə birlikdə mənə Amerikadan “Range Rover” markalı avtomobil sifariş edəcəklərini söylədilər. Mən onlara inandım. Hətta avtomobilin modelini, komplektasiyalarını seçməkdə Talıb birbaşa mənə kömək etdi. O, mənə saxta sənəd çıxardaraq (bunu sonradan öyrəndim), guya artıq avtomobilin sifariş olunduğunu, yolda olduğunu və tezliklə Bakıda mənə təhvil veriləcəyini söylədi. Qarşılığında isə məndən əlavə 79 500 manat pul aldılar. Bir hissəsini kreditə və borca götürdüyüm bu pulları birdəfəlik ödəməmişəm. Maşın “gələnə kimi” hissə-hissə ödəniş etmişəm.

Qeyd edim ki, Şahinin dostu Talıb onlara inanmağımdan istifadə edib, “Telegram” kanalında mənimlə “xarici şirkətin əməkdaşı” kimi danışıb. Yazışmaların hamısını saxlamışam. Mən də bu yalanlara inanaraq, maşın haqqında “xarici vətəndaş” bilidyim şəxslə yazışmışam.

Bu 3 dələduz işlərini o qədər peşəkar görürdülər ki, bir an belə, şübhə etməmişəm. İnanmağıma əsas səbəblərdən biri də Şahidin özünü mənə “Bandotdel” (Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi) əməkdaşı kimi tanıtması olub. O, mənə tez-tez “Bandotdel”in qarşısından şəkillər də göndərirdi, deyirdi ki, iclasa girirəm. Yəni bu kimi yalanlarla inamımı qazanmışdılar. Heç vaxt ağlıma gəlməzdi ki, bu 3 dost dələduzluqla məşğuldurlar.

Onların dələduzluqlarının üstü bir mesajla açıldı. Belə ki, bir gün telefonuma “SMS Radar” vasitəsilə “Hyundai Tucson” markalı avtomobilimin cəriməsi gəldi. Həmin vaxt icarədə olduğumu düşündüyüm avtomobilimin 99 SS 199 dövlət nömrə nişanının başqa model - “Opel Astra” markalı maşının üzərində olduğunu gördüm. Bu zaman artıq hər şey mənə aydın olmağa başladı. Dərhal Şahidə zəng vuraraq, “mənim maşınımı niyə satmısan, axı onu kirayə verməliydin”, - deyə soruşdum. O isə avtomobili satmadığını iddia etdi. Telefonuma gələn mesajı ona göndərdim. Bu zaman bir durğunluq yaşandı. Artıq bildi ki, mən “ayılmışam”, etiraf etməyə başladı.

Bundan sonra ona dedim ki, avtomobilimi qaytarmadığın halda səni və dostlarını polisə verəcəm. Söz verdi ki, avtomobili tezliklə qaytaracaq. Daha sonra, sözünü dandı, başladılar dələduzluqlarını davam etdirməyə. Hətta məni hədələyərək, “sən bilirsən, mənim arxamda kim və kimlər var? Səni ödürüb atarlar bir kənara, heç kəs də cəza çəkməz”, - demişdi.

İcarəyə verdiyim maşınımın satıldığını, Amerikadan da hər hansı avtomobil gəlmədiyini görüb, başqa yolum qalmadı, Səbail Rayon Polis İdarəsinə, Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etdim. Lakin iş uzana-uzana qaldı. Bu zaman aydın oldu ki, həqiqətən bu 3 dələduzun arxası möhkəm yerə dayanır.

Nəticədə, etibarnaməni əsas gətirərək, işi Yasamal Rayon Polis İdarəsinə yönləndirdilər. Orada da şikayətimə baxılması ləngidi...

İndiyədək müraciət etmədiyim ünvan, qurum qalmayıb. Bu şəbəkə o qədər bacarıqlı, arxa-dayaqlıdır ki, bütün qurumlara 3, hətta şirkəti də hesablasaq 4 nəfərin adını verməyimə baxmayaraq, cavabdeh qismində yalnız Şahidi önə verirlər. Guya, o, bütün dələduzluqları təkbaşına edib. Talıb adlı şəxs isə rahat şəkildə öz həyatını yaşayır. Halbuki, mənə “gətiriləcək olan” maşının haqq-hesab işlərini yalnız Talıbla danışmışam. Görünür, o, “toxunulmaz” olduğundan, hələ də mənim kimi qurbanları aldatmağa davam edir.

Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Sizdən artıq dərəcədə xahiş edirəm ki, müraciətimi cavabsız qoymayın. Əlimdə bütün dediklərimi sübut edəcək video-görüntülər var. Hazırda işim Ağır Cinayətlərə Məhkəməsində, hakim Mahirə Kərimovanın icraatındadır. Ümid edirəm ki, Mahirə xanım digər dələduz şəxsləri də hüquqi qaydada bu işə cəlb edər və ədalətli qərar verər.

Onu da qeyd edim ki, əlimdə olan məlumatlar tək məndə deyil, mənə yaxın olan şəxslərdə, həmçinin redaksiyada da saxlanılır. Mənim və yaxınlarımın başına gələcək ən xırda hadisədən belə, yuxarıda adlarını çəkdiyim şəxslər cavabdehdirlər. Hətta başıma açılan dələduzluğun fərqinə varan gün Şahidi evimə dəvət edərək, video görüntü şəklində bütün oyunları ona etiraf etdirmişəm.

Bu 3 nəfərin arxasında kim varsa, artıq məni işimlə də hədələyirlər…

Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Sonda bir da Sizdən xahiş edirəm ki, bu işdə mənə kömək edin. İnanıram ki, Sizin göstərişinizlə dələduzlar cəzalarını, mən isə dələduzluq yolu ilə ələ keçirilən vəsaitimi geri alacam.

Məhkəmədə mənim kimi zərər çəkən digər şəxslər də var”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Aprel 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see309

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see245

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see211

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see192

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see187

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see172

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see169

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see154

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see129

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see128

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see126

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see124

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri