Icma.az
close
up
RU
İmam nigahına girdiyi xanımdan gerçək adını gizlətdi, daha sonra onun bütün əmlakını ələ keçirdi BAKIDA ŞOK DƏLƏDUZLUQ FAKTI

İmam nigahına girdiyi xanımdan gerçək adını gizlətdi, daha sonra onun bütün əmlakını ələ keçirdi BAKIDA ŞOK DƏLƏDUZLUQ FAKTI

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi sakini Əsgərova Aygün Əlövsət qızı tərəfindən Hurriyyt.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Ali Məhkəmənin sədri İnam Kərimova müraciət edən şikayətçinin açıqlamasını olduğu kimi dərc edirik:

Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Hörmətli Cənablar!

Yazaraq bildirirəm ki, mən, Əsgərova Aygün Əlövsət qızı, böyük bir şəbəkənin əlinə düşərək, dələduzluqla üzləşmişəm. Daha dəqiq desəm, ailə qurmaq adı ilə Məmmədzadə Rəşvin Balağa oğlu, bacısı Məmmədzadə Bikə Balağa qızı və anası Məmmədzadə Dünya Yunis qızı tərəfindən aldadılmışam. Onlar mənim inamımdan sui-istifadə edərək, evimi, mebellərimi, qızıllarımı, hətta paltarlarımı belə oğurlayıblar. İnanmağıma səbəb isə, bizim Məmmədzadə Rəşvin Balağa oğlu ilə imam nigahımızın olması olub.

Qeyd edim ki, imam nigahımız vaxtilə Hacı Şahin tərəfindən kəsilmişdir. 2 ay bir ailə kimi yaşamışıq. Həmin vaxt ərzində həqiqi adı Rəşvin olan həyat yoldaşımı Ramiz kimi tanımışam. Çünki onu tanıyan hər kəs mənim yanımda yoldaşımı Ramiz deyə çağırırdılar.

3-4 ay müddətində ətrafımda olan dələduzlardan xəbərim olmayıb. Rəşvinin bacısı mənə qarşı çox yaxşı, mehribancasına rəftar edirdi. Anası qıraqdan müşahidəçi və qaynana rolunu oynasa da, baldızımın və yoldaşımın məni aldadıb evimi əlimdən almalarında birbaşa rolu var.

Bildirim ki, Bakı şəhəri, Suraxanı rayonu, Qəzənfər Vəliyev küçəsi 5, mənzil 8 ünvanında 4 otaqlı evim olub. Orada öz şəxsi işimi qurmuşdum. Belə ki, otağımın birini xanımlara ayırmışdım, orada idmanla məşğul olurduq. Bu məqsədlə bahalı avadanlıqlar da almışdım.

Nişan ərəfəsində yoldaşım və baldızım mənə dedilər ki, evlənəndən sonra hər gün bura gəlib-qayıtmağın sənə çətin olacaq. Təklif etdilər ki, bəlkə evi satasan, biz də üstünü düzəldək, 6 otaqlı böyük bir ev alaq, sənin üçün də rahat olar, yenə öz işini davam etdirərsən. Biraz fikirləşdim, sonunda razılaşdım.

Kəbin kəsiləndən sonra yoldaşıma notariat qaydasında etibarnamə verdim. Elə həmin gündən də əlimdə olanımı almağa başladılar. “Təcili satışa çıxarırıq” deyərək, 140-150 min manatlıq evimi 70 min manata Anar adlı şəxsə satdılar. Mən belə güman edirəm ki, Anar adlı şəxs də bu qrupun gizli üzvlərindəndir. Bəlkə də baha alıb, amma sənədə 70 min yazılıb.

Rəşvinin bacısı Bikə mənə onu da dediki, 87 min manatlıq “Candella” lazer aparatım bağ evimizdədir, onu da sənə verərəm, işlədərsən. Bu kimi yalan vədlər məni dələduzların ovucunun içinə saldı. Hətta gedib “alınacaq olan” evə də baxdıq. Həmin evi 400 min manat qiyməti var idi. Təcili satıldığı üçün evi 250 min manata düşmüşdülər. Bikə və Rəşvin dedilər ki, narahat olma, bura sənə daha rahat olacaq, üstəlik lazer aparatını da işlədəcəksən. Bu səbəbdən də, 1 günün içində evimi yarı qiymətə - 70 min manata satıb, pulu götürdülər.

Ev satılandan sonra da bir müddət yoldaşımın bacısı və anası ilə münasibətimiz davam edib. Aldıqlarını iddia etdikləri yeni evin müəyyən qədər təmirə ehtiyacı olduğunu deyərək, məni müvəqqəti olaraq “28 Park Residenc”də yerləşdirdilər. Sonra məlum oldu ki, məni yenə aldadıblar. Bikə dedi ki, bura mənim evimdi, müvəqqəti burda qalın. O, evə mənə aid olan hər bir əşya və qızıllarımı da aparmışdım. Sonradan bilmişəm ki, həmin evi kirayə olub. Orada yaşadığım müddətdə - dekabr ayında kombini qəsdən xarab etdilər. Beləliklə, məni və qızımı bacı-qardaş aparıb anamgilə qoydular. Guya kombini düzəldirəcəkdilər.

Bir neçə gün sonra anam soruşdu ki, Aygünü nə vaxt aparacaqsınız? “Bu gün, sabah” deyə-deyə vaxtı uzadırdılar. Axırda dedim ki, eybi yox, sərinləndiricini vurub oturaram. Bu zaman da dedilər ki, o da xarab olub. Beləliklə, mən o evə gedə bilmədim.

Yoxluğumdan istifadə edən dələduzlar mənə məxsus olan əşyalarımı, qızıllarımı, paltarlarımı, yəni evdə on hər şeyi oğurlayıblar. Evdə bir fincan belə qalmayıb. Əşyalarımı ikinci əl satıb, pullarını da özlərinə götürüblər.

Bir gün yoldaşımla mağazaya gedərkən, yolda polis əməkdaşları bizi saxladı. Yoldaşıma “Rəşvin” deyə müraciət edəndə artıq mən tutuldum və anladım ki, hər bir şeyim əlimdən gedib, dələduzların “əlinin içindəyəm”. Mənbim Ramiz kimi tanıdığım Rəşvin 1 gün polis bölməsində qaldıqdan sonra gəldi və qarışıq salındığını dedi.

Baldızım artıq məndən qaçırdı, zənglərimə cavab vermirdi. Çox söhbətdən sonra o, mənim yanımda yoldaşıma dedi ki, “Rəşvin, bundan canımızı qutarmaq lazımdır”.

Bundan sonra dava-dalaşla kiraəy qaldığım evə getdik və gördüm ki, ev tamamilə boşdur, nə evim var idi, nə də əşyalarım. Hazırda bir dəst paltarla çöldə qalmışam.

Sonra aydın oldu ki, bu dələduzluğun qurbanı təkcə mən olmamışam. Mənim kimi başqa 2 xanımı da eyni dələduzluqla aldadılıblar. Bir nəfər də həkimi aldadıblar. Hazırda iş Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun icraatındadır. Başıma gələnləri olduğu kimi danışmağa, əlimdə olan bütün sübutları məhkəməyə təqdim etməyə çalışsam da, buna imkan verilmir. Məhkəmə zalında hakimin və digər səlahiyyətli nümayəndələrin yanında qarşı tərəf mənə və ailəmə ağır ifadələr, söyüşlər işlətsə də, hər birinə göz yumulur.

Onu da deyim ki, Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Sübhan Zeynalov bu işlə bağlı məndən 2 min manat pul aldı. 10 min manat istəmişdi, hissə-hissə verəcəkdim. Bir də müstəntiqi axtaranda dedilər ki, o, sizi aldadıb, təyinatla başqa yerə vəzifəyə yönləndirilib. Mustəntiq bir sənədə mənim yerimə saxta qol çəkərək, mənə 5 min manat pul verdiyini yazıb. Bunların da üstü açılıb.

Məhkəmədə istirak edən prokuror Eldar Həmzəyev də orada olan bütün biabırçılığa göz yumur. Çalışdığı qədər qarşı tərəfin ən az cəza almasına maraq göstərir. Qrup halında olan cinayəti tək nəfər işləmiş kimi göstərməyə çalışırlar.

Hətta qarşı tərəf əvvəlki vəkilimi də ələ alaraq, mənə qarşı oyunlar qurdular. Qarşı tərəfin vəkili Loğman Abdullayev mənə qarşı şər-böhtan xarakterli ifadələr işlədir. Məhkəmədə deyir ki, “möhtərəm hakim, Aygün xanıma kart vasitəsilə 20 min manat pul ödənişi etmişik”. Amma mənə heç 20 qəpik belə, verən olmayıb.

Hakim Eldar İsmayılov mənim vəkilimin heç bir vəsatətini qəbul etmir. Bir qrup dələduzu müdafiə edirlər. Qarşı tərəfin isə hər bir sözünə isə canla-başla qulaq asırlar.

Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Hörmətli Cənablar!

Mən çox səhv edib bu insanlara inanmışam. Amma hazırda bütün səlahiyyətli qurumlara müraciət edirəm. Baş prokuror Kamran Əliyevin qəbuluna yazılmışdım. Orada naməlum bir şəxs məni təhdiq edərək, “bu işdən əl çək” dedi. Bütün bunlara oranın işçiləri də şahiddir. Adam təhdidini etdi və əlini-qolunu sallayaraq, çıxıb getdi.

Orada çəkiliş etmişəm, bu dediklərimlə bağlı məndə həmin adamın görüntüləri də var. Prokurorun qəbulunda çəkiliş etdiyim və Sizə müraciət edəcəyimi bildiklərinə görə də hədələnirəm.

Mehriban xanım, mənim, qızımın, anamın və atamın həyatı təhlükədədir. Xahiş edirəm göstəriş verəsiniz, bu dələduzlar cəm şəkildə həbs olunsunlar. Məni həbslə hədələyirlər. Nələr edə biləcəklərindən xəbərsizəm. Bir qız anası kimi Sizdən və Baş Prokurorluqdan kömək istəyirəm. Məhkəmədə hakimin, prokurorun, müstəntiqin yanında təhqir olunuram, amma səlahiyyətli şəxslər buna göz yumur.

Dəfələrlə məhkum olunmuş, məni və digər şəxsləri aldadaraq külli miqdarda dələduzluq etmiş şəxsə 9 il iş kəsiblər. Oğurluqlada ittiham olunur. Cinayətdə əli olan bacısı Bikə isə istədiyi kimi “at oynadır”. Xahiş edirəm, yalvarıram Sizə, mənim işimin həlli istiqamətində tapşırıqlar verin. Mənim və ailəmin güvənli yaşaması üçün bizə kömək edin. Bu adamların arxasında güclü şəxslər durur. Məhz bu səbəbdən də qorxu içində yaşayırıq”.

Jalə FAMİLQIZI

Redaksiyadan:Y azıda adları qeyd olunan şəxlərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Aprel 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see238

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see224

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see141

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see140

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see130

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see126

Dünyanın ən gözəl muzeyi seçildi Fotolar

06 Dekabr 2025 03:51see122

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see120

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

06 Dekabr 2025 08:01see120

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri