Pakistanı etiraz aksiyaları bürüdü VİDEO
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Pakistanda sabiq baş nazir İmran Xan tərəfdarlarının kütləvi etiraz aksiyaları və nümayişləri yenidən geniş vüsət alıb.
“Yeni Sabah” xəbər verir ki, hökumət nümayəndələri ilə müxalifət arasında aparılan danışıqların iflasa uğramasından sonra minlərlə etirazçı keçmiş hökumət rəhbərinin həbsdən azad edilməsi tələbi ilə ölkənin şimal-qərb bölgələrindən paytaxt İslamabada doğru kütləvi yürüşə başlayıb.
Aksiya iştirakçıları İmran Xana qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu bildirir və onun dərhal azadlığa buraxılmasını, eləcə də ölkədə ədalətli seçkilərin keçirilməsini tələb edirlər. Hüquq-mühafizə qüvvələri paytaxtın giriş-çıxış yollarında təhlükəsizlik tədbirlərini gücləndirib, əsas magistrallarda maneələr quraşdırıb. Pepperoni pizza
Hökumətin etirazların qarşısını almaq üçün gördüyü sərt tədbirlərə baxmayaraq, ölkə miqyasında nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşma riskinin və siyasi böhranın daha da dərinləşəcəyi proqnozlaşdırılır.
Baxış sayı:48
Bu xəbər 07 Oktyabr 2026 09:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















