Paolo Maldiniyə İtaliya millisində vəzifə təklif olunub
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
İtaliya Futbol Federasiyasının (FIGC) yeni prezidenti Covanni Malaqo İtaliya milli komandasının keçmiş oyunçusu Paolo Maldiniyə milli komandanın texniki direktoru vəzifəsini təklif edib.
İdman.Biz bu barədə Tuttomercatoweb-ə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Maldini hələlik FIGC-yə mümkün təyinatı ilə bağlı qərar verməyib. Bundan əlavə, İtaliya futbol rəhbərliyi milli komandanın baş məşqçisi vəzifəsinə namizədlər axtarır. Əsas namizədlər Roberto Mançini və Antonio Kontedir. Mançini ildə 2-2,5 milyon avro müqabilində milli komandaya qayıtmağa hazırdır, lakin FIGC Konteyə meyllidir, baxmayaraq ki, bu halda rəqəm ildə 4 milyon avroya yaxın olardı.
Daha əvvəl İtaliya milli komandası 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-offun finalında Bosniya və Herseqovinaya uduzmuşdu (1:1, penaltilərdə 1:4). Baş məşqçi Cennaro Qattuzo istefaya göndərilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:422
Bu xəbər 01 İyul 2026 05:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















