Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Paşinyanın taleyini xarici amillər müəyyənləşdirə bilər? Deputatdan AÇIQLAMA

Paşinyanın taleyini xarici amillər müəyyənləşdirə bilər? Deputatdan AÇIQLAMA

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanda qarşıdan gələn parlament seçkiləri təkcə hakimiyyət uğrunda siyasi rəqabət kimi deyil, həm də ölkənin xarici siyasət kursu və regional mövqeyinin müəyyənləşəcəyi mühüm mərhələ kimi qiymətləndirilir. Son aylarda seçki prosesi ətrafında səslənən xarici təsir və müdaxilə iddiaları isə diqqəti bir daha Ermənistanın geosiyasi seçimlərinə yönəldib. Müşahidəçilər hesab edirlər ki, seçkilərin nəticələri ölkədaxili siyasi qüvvələr nisbətindən əlavə, İrəvanın əsas beynəlxalq tərəfdaşlarla münasibətlərinin gələcək istiqamətinə, eləcə də Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlara təsir göstərə bilər.

“Reuters”in yaydığı məlumata görə, Kreml Rusiyada yaşayan 100 min erməninin parlament seçkilərində Nikol Paşinyanın rəqiblərinə səs verməsi üçün onların Ermənistana göndərilməsi planını müzakirə edib. Mənbələrin iddiasına əsasən, bu proses üçün milyonlarla dollar vəsait ayrılması, həmçinin Rusiya regionları üzrə xüsusi kvotaların müəyyənləşdirilməsi ehtimal olunan xarici təsir mexanizmləri ilə bağlı müzakirələri daha da gücləndirib. Bu iddialar fonunda Ermənistanın qarşıdan gələn parlament seçkilərində xarici müdaxilə ehtimalları nə dərəcədə ciddi qiymətləndirilməlidir, bu proses ölkənin daxili siyasi sabitliyinə necə təsir göstərə bilər və mümkün siyasi dəyişikliklər Azərbaycan-Ermənistan münasibətləri ilə regiondakı geosiyasi balans baxımından hansı nəticələrə səbəb ola bilər?Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Nigar Məmmədova açıqlama verib.

 Deputat bildirib ki, Ermənistanda keçiriləcək parlament seçkilərinə müdaxilə etmək istəyən qüvvələr çoxdur:

"Bu seçkilər hakimiyyət uğrunda daxili mübarizə ilə yanaşı, həm də ölkənin gələcək geosiyasi istiqamətini müəyyənləşdirəcək proses kimi qiymətləndirilir. Belə ki, 7 iyun seçkilərinə ölkənin Qərb kursu ilə Rusiyanın təsiri altına qayıdış arasında seçim kimi də yanaşmaq olar. Moskvanın Ermənistanın Qərbə inteqrasiya kursunu dayandırmaq məqsədilə müxtəlif təsir mexanizmlərini nəzərdən keçirməsi, o cümlədən Rusiyada yaşayan ermənilərin seçki prosesinə cəlb olunmasına dair iddialar səslənir. Rusiya tərəfi bu ittihamları rədd etsə də, yayılan məlumatlar Ermənistanın siyasi sisteminin xarici təsirlərə nə dərəcədə açıq olması barədə sualları yenidən gündəmə gətirir.

Hesab edirəm ki, seçkilərdə Rusiyanın dəstklədiyi namizədlərin şansı demək olar ki, yoxdur. Ermənistanda cəmiyyət revanşizmin səbəb olduğu problemlərdən yorulub. 44 günlük müharibədəki acı məğlubiyyətə rəğmən Paşinyanı dəstəkləyənlər bu gün də üstünlük təşkil edir. Paşinyan isə Moskva ilə münasibətlərin tamamilə qırılmasında maraqlı görünmür. “Ermənistan-Rusiya münasibətlərində böhran yaratmaq istəyir, amma biz Rusiya ilə mübahisə etməyəcəyik və savaşmayacağıq. Rusiya superdövlətdir və ona hörmətlə yanaşmaq lazımdır. Biz də bunu edirik” deyən Paşinyan açıq şəkildə bildirib ki, “xarici siyasətdə mümkün şaxələndirmə Rusiyanın Ermənistandakı maraqlarına zərər verməyəcək".

Hesab edirəm ki, seçkilərə xarici müdaxilə ilə bağlı iddiaların güclənməsi, daxili siyasi qarşıdurmanın nisbətən artmasına səbəb olsa da, seçki nəticələrinə təsir etməyəcək. Ermənistanın hazırki ictimai-siyasi mühiti onu deməyə əsas verir ki, İrəvanın Rusiyanın təsirindən tamamilə və tez bir zamanda qurtulması olduqca çətindir. Çünki uzun illərdir ki, Ermənistan təhlükəsizlik, iqtisadiyyat, enerji və miqrasiya sahələrində Rusiya ilə sıx bağlıdır. Belə olan halda daha real ssenari Rusiyanın təsirindən tamamilə qurtulmaq deyil, balanslı yanaşma ola bilər. Proses Ermənistanın qonşularla münasibətlərin inkişafından və Azərbaycanla sülh yolu ilə həll perspektivlərindən asılı olacaq. Əgər Ermənistan davamlı təhlükəsizliyi təmin etməkdə və digər tərəfdaşlarla iqtisadi əlaqələri genişləndirməkdə uğur qazanarsa, Rusiyadan asılılığı zamanla azala bilər".

Pərvin Şakirqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 May 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri