Icma.az
close
up
RU
Payız gəldi, virus gətirdi...

Payız gəldi, virus gətirdi...

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mövsümidir, yoxsa?..

Son günlər ölkəmizdə infeksion xəstəliklərin artması müşahidə olunur. Yaşından asılı olmayaraq bir çox insan müxtəlif viruslarla mübarizə aparır. Virusa yoluxanlar əsasən, yüksək hərarət, davamlı öskürək, boğaz ağrısı kimi əlamətlərdən şikayətlənirlər. Eyni zamanda, cəmiyyətdə COVID-19-un yenidən yayılması ilə bağlı narahatlıqlar və müzakirələr də gündəmdədir. Bəs əslində, nə baş verir? Hazırda yayılan virus nə dərəcədə təhlükəlidir və proses nəzarət altındadırmı?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirdi ki, hazırda ölkədə epidemioloji durum sabitdir:

– Havaların soyuması və payız-qış mövsümünün başlanması ilə əlaqədar hər il qrip və digər kəskin respirator virus infeksiyalarına yoluxma hallarında artımlar müşahidə olunur. Hazırda ölkədə epidemioloji durum sabitdir, keçən ilin müvafiq dövrü ilə müqayisədə yoluxma hallarının sayında əhəmiyyətli fərqlər yoxdur, epidemioloji durum fəslə uyğun qənaətbəxş hesab olunur.

Cəmiyyətdə COVID-19-la bağlı narahatlıqlara gəldikdə isə, klinik müşahidəyə görə KRVİ və COVID-19 çox oxşar olduğu üçün bunları biri-birindən ayırmaq mümkün deyil. COVID-19 xəstəliyinin təsdiqlənməsi üçün şəxsin müayinədən keçməsi tələb edilir. Hazırda yeni koronavirus infeksiyasına yoluxma sayında artımlar qeyd olunmur.

Əhali arasında ümumi və respirator əlamətlərlə müşahidə edilən xəstəlik kəskin respirator virus infeksiyalarıdır (KRVİ). Hava-damcı üsulu ilə yayılan bütün KRVİ-dan qorunma üsulu universaldır. Bundan başqa, xəstələnmiş insanların aşkarlanması və kollektivdən müvəqqəti kənarlaşdırılması, otaqların tez-tez havalandırılması, qapalı məkanlarda toplanmış şəxslər arasında xəstələnmə hallarında maskadan istifadə, əl gigiyenasına riayət olunması mütləqdir.

Eyni zamanda, sağlam həyat tərzi, düzgün qidalanma və açıq havada fiziki aktivliyi gözləməklə immuniteti yüksək səviyyədə saxlamaq, habelə dəyişkən havalarda düzgün geyim seçimi etmək yoluxma hallarının azalmasında önəm daşıyır. Risk qruplarında olan insanların birinci növbədə qripə qarşı vaksinasiyası ciddi tövsiyə edilir.

ATU-nun Tədris Terapevtik Klinikasının uşaq sağlamlığı və xəstəlikləri şöbəsinin rəhbəri, II uşaq xəstəlikləri kafedrasının assistenti, pediatr Qoşqar İsmayılov söylədi ki, mövsümlə yanaşı, məktəblərin açılması səbəbindən uşaqların qapalı məkanlarda daha çox vaxt keçirmələri də respirator virusların yayılmasına şərait yaradır. Onun sözlərinə görə bu, COVID-19 da ola bilər:

– Ən çox müşahidə olunan infeksiyalar qrip və paraqrip viruslarıdır. COVID-19 və bakterial proseslərin də olması mümkündür. Əsas klinik əlamətlər burun axıntısı, hərarətin yüksəlməsi, quru öskürəkdən bəlğəmli öskürəyə keçidlə özünü göstərir. Valideynlərə tövsiyəm odur ki, əgər bu şikayətlər başlayıbsa, mütləq həkimə müraciət etsinlər. Xəstənin immun sistemi zəifdirsə və üstəlik vaxtında üzərinə düşülməzsə, bakterial prosesin işə qoşulması ilə vəziyyət daha da ağırlaşar. Bakterial bronxit pnevmoniya mərhələsinə keçə bilər ki, bu da sətəlcəm olan uşağın xəstəxanaya düşməsi ilə nəticələnər. Pediatr ilk növbədə uşaqların düzgün qidalanmasını, yuxu rejiminə əməl etməsini, eyni zamanda vitamin qəbulunu vacib hesab edir.

TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri həkim, infeksionist Vasif Əliyev də təsdiqlədi ki, hazırda mövsümlə əlaqədar olaraq kəskin respirator virus, qripəbənzər yuxarı tənəffüs yolları infeksiyalarına həm uşaqlarda, həm də böyüklərdə tez-tez rast gəlinir:

– Məhz bu dövrdə bir sıra viruslar aktivləşir: onların arasında rinovirus, adenovirus, rotavirus (xüsusilə uşaqlarda bu virus həm də bağırsaq infeksiyalarına səbəb olur), influenza (qrip), noravirus və koronaviruslar əsas yer tutur. Sözügedən viruslar əksər hallarda yuxarı tənəffüs yolları xəstəliklərinə yol açır.

COVID-19-la bağlı məsələyə gəlincə, mütəxəssis vurğuladı ki, dünyada bu virusun yeni ştamlarına yoluxmalar artıb:

– Bu ştamların simptomları əvvəlkilərdən fərqlənmir. Demək olar ki, qrip əlamətlərinə bənzərdir. Ona görə də onu digərlərindən fərqləndirmək çətindir. Lakin hazırda konkret diaqnostika aparılmadığı üçün yoluxmanın hansı virusa aid olduğunu dəqiq müəyyən etmək mümkün deyil. Buna ciddi ehtiyac da yoxdur, çünki simptomlar bir-birinə oxşardır və tətbiq olunan müalicə üsulları demək olar ki, eynidir.

Məlumat üçün bildirək ki, bu ilin ortalarından etibarən dünyada COVID-19-un yeni ştamları yayılmağa başlayıb. Bu yeni variantlar əsasən "Stratus", "Nimbus" adları ilə tanınır və müxtəlif ölkələrdə yoluxma hallarının artmasına səbəb olub. "Stratus" adlı yeni ştam ilk dəfə Böyük Britaniyada aşkarlanıb və XFG.3 subvariantı ilə tanınır. Bu, "Omikron" ştamının nəslindəndir və əvvəlki variantlardan daha yoluxucu ola bilər. "Nimbus" isə ilk dəfə 2025-ci ilin yazında Böyük Britaniyada aşkarlanıb və artıq Hindistan, ABŞ və digər ölkələrdə də yayılıb. Bu variantın əsas simptomları kəskin boğaz ağrısı, ümumi zəiflik, temperaturun yüksəlməsi və titrəmədir. Ümumdünya Səhiyyə Təşkilatı bu variantı əvvəlki ştamlarla müqayisədə daha ağır hesab etmir, lakin vəziyyəti nəzarətdə saxlayır.

Yeni ştamların yayılması, xüsusilə payız-qış mövsümündə respirator virusların artması ilə üst-üstə düşür. Bu səbəbdən də mövsümün başlanması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, habelə qripin yayılmasının qarşısının alınması məqsədilə ənənəvi profilaktik tədbirlər həyata keçirilir. TƏBİB-dən aldığımız məlumata görə, əhalinin sağlamlığının qorunması məqsədilə tibb müəssisələrində sanitar-gigiyenik rejimin gücləndirilməsi ilə yanaşı, xüsusilə risk qruplarında olan şəxslər arasında qrip əleyhinə peyvəndlənmə tədbirlərinə başlanılıb. İnaktivləşdirilmiş vaksinlər mövsümi xarakter daşıyır və onların tətbiqi uşaqların, yaşlıların, xroniki xəstəlikləri olan şəxslərin, həmçinin tibb işçilərinin qrip və onun ağırlaşmalarından qorunmasında mühüm əhəmiyyət kəsb edir.

Elenora HƏSƏNOVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Suraxanıdakı “şəfalı“ gölün acınacaqlı mənzərəsi: Müalicə yerinə xəstəlik mənbəyi? VİDEO

05 İyul 2026 00:02see224

DÇ 2026: Kanada Mərakeş matçında hesab açılıb

04 İyul 2026 22:23see220

Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək Məhkəmə işi

04 İyul 2026 17:14see208

Xanbala Əhmədli vəfat edib

05 İyul 2026 13:24see203

İsrailin təxribatlarını yaxından izləyirik Ərdoğandan AÇIQLAMA

04 İyul 2026 22:20see200

Üçü DÇ də 21 qol vurub

06 İyul 2026 03:37see188

7 ci sinif şagirdi vəfat etdi

04 İyul 2026 17:20see185

Almaniyada yeni rəy sorğusu AfD nin retinqinin artmaqda olduğunu göstərir

06 İyul 2026 04:44see175

ATƏT PA da Azərbaycan Belarusa dəstəyini ifadə edib

04 İyul 2026 19:06see174

7 yaşlı Elanın diş müalicəsi zamanı ürəyi dayandı, araşdırma aparılır

04 İyul 2026 17:25see166

Çılpaq yatmağın faydaları

05 İyul 2026 03:04see166

Oyarsabal: “Portuqaliyaya hörmət edirik, amma ondan qorxmuruq”

05 İyul 2026 03:26see165

“Başakşehir” “Roma”dan Eldor Şomurodovun transfer hüquqlarını alıb

05 İyul 2026 07:42see164

Tramp Baloqonun diskvalifikasiyasının ləğvini İnfantinodan xahiş edib

06 İyul 2026 02:47see160

Antonelli qalib oldu

05 İyul 2026 00:59see160

Parkinson xəstəsinin müavinəti niyə dayanıb? VİDEO

04 İyul 2026 22:49see159

Siz də saçlarınızı gec gec yuyursuz? Yağlanmasın deyə...

05 İyul 2026 02:41see159

Real ın ulduzunun qəribə həyatı: Atası müsəlman, özü xristian, anası buddist... FOTO

05 İyul 2026 02:04see154

Aysunun Hade rəqsi gündəm oldu (Video)

05 İyul 2026 13:57see153

The Times: Gizli batalyon Moskvaya müntəzəm olaraq zərbələr endirir...

05 İyul 2026 20:27see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri