Icma.az
close
up
RU
Pedaqoji ixtisası bitirməyənlər hansı hallarda müəllimlərin işə qəbulu imtahanına buraxılırlar?

Pedaqoji ixtisası bitirməyənlər hansı hallarda müəllimlərin işə qəbulu imtahanına buraxılırlar?

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Artıq müəllimlərin işə qəbul (MİQ) imtahanına sənəd qəbulunun vaxtı bitib.

Bəzi ixtisasları bitirən vətəndaşların diplomunda "müəllimlik" sözü yazılmadığına görə onlar imtahan mərhələsinə buraxılmayacaqlar.

Sosial şəbəkədə paylaşım edən istifadəçilərdən biri bildirib ki, tarix ixtisasını bitirmiş Aytən Hacıyevanın qeyd etdiyi ixtisas pedaqoji olmadığı üçün onun MİQ imtahanında iştirakına icazə verilmir.

Maraqlıdır, bəs görəsən, hansı hallarda pedaqoji ixtisası bitirməyənlər MİQ imtahanına buraxılırlar?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev qeyd edib ki, MİQ imtahanında iştirakına icazə verilən ixtisasların siyahısı Elm və Təhsil Nazirliyi tərəfindən təqdim edilib:

"MİQ imtahanının təlimatlanmasına əsasən, imtahana pedaqoji ixtisası bitirənlər buraxılırlar. Amma Elm və Təhsil Nazirliyinin (ETN) müvafiq əmri ilə hər il ehtiyaca görə pedaqoji ixtisasların xaricində digər ixtisaslar üzrə məzunların da MİQ imtahanlarında iştirakına icazə verilir. İmtahanda iştirak etmək üçün qeyri-pedaqoji və pedaqoji ixtisasların siyahısı ETN tərəfindən təqdim olunub.

Bəzi ixtisaslar var ki, həmin ixtisaslarda imtahanda iştiraka icazə verilir. Məsələn, riyaziyyat, kimya, fizika. Humanitar fənlərdə, xüsusilə tarixdə icazə verilmir. Tarix müəllimliyini bitirənlər isə MİQ imtahanında iştirak edə bilərlər. Bu isə tələbatdan qaynaqlanır. İxtisasa tələbat varsa, nazirlik həmin il siyahını tərtib edir, MİQ imtahanında iştirak təşkil olunur".

Ekspertin fikrincə, riyaziyyat ixtisasını bitirənlər MİQ imtahanı verə bildikləri kimi, tarixi bitirənlərin də iştirakına icazə verilməlidir:

"Müsabiqə, onsuz da, toplanılan bala müvafiq olaraq həyata keçirilir. Vətəndaş müsabiqədə yaxşı nəticə əldə edərsə, məktəbdə pedaqoji fəaliyyətə başlasın. Qanun icazə verir ki, riyaziyyat ixtisasını bitirən riyaziyyat müəllimi, kimya mühəndisi kimya müəllimi kimi fəaliyyət göstərsin, belə olan halda tarix və coğrafiyanı bitirənlər də pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.

Əvvəllər filologiyanı bitirən müəllim, jurnalist və başqa sahələrlə məşğul ola bilirdi. Əgər magistratura oxuyub universitetdə müəllim kimi fəaliyyət göstərə bilirsə, niyə məktəblərdə pedaqoji fəaliyyətlə məşğul ola bilməsin?

Əslində, tarix ixtisası tarix müəllimliyi ixtisasından daha perspektivlidir, çünki tarixi bitirən muzeyşünas, arxeoloq ola bilər, amma müəllimliyi bitirən ancaq pedaqoji fəaliyyətlə məşğul ola bilər. Fərq budur. Tarixi bitirən pedaqoji fəaliyyətlə məşğul ola bilər, lakin məktəblərə buraxılmır. Bu ixtisası bitirən şəxs kurslarda müəllim kimi işləyə bilər. Amma təəssüflər olsun ki, bu fəaliyyətləri göstərə bildiyi halda, orta ümumtəhsil məktəblərində hazırda məhdudiyyət qoyulur və bu məhdudiyyətin də səbəbi ixtisasa hazırda ehtiyacın çox olmamasından qaynaqlanır.

Kimya mühəndisliyi ixtisasını bitirən MİQ imtahanına buraxılırsa, coğrafiya, tarixi bitirənləri də buraxmaq olar. Mühəndislik ixtisasındansa, bu ixtisasların müəllimliklə daha çox yaxınlığı var. Memarlıq ixtisası pedaqoji fəaliyyətdən uzaq sahədir, yaxından heç bir əlaqəsi yoxdur. Lakin bu ixtisası bitirənlərin rəsm müəllimi kimi fəaliyyətinə icazə verilir.

Filologiya, tarix, coğrafiya ixtisaslarını bitirənləri də MİQ imtahanına qoşulmasına mütləq, qeyri-şərtsiz icazə verilməlidir".

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 İyun 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri