PKK liderindən ŞOK: “Öcalan azadlığa buraxılmasa, silahı yerə qoymayacağıq” KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Terrorçu PKK təşkilatının hazırkı rəhbərlərindən biri olan Cemil Bayık Türkiyə hökumətinə qarşı yeni şərt irəli sürüb.
KONKRET.az xəbər verir ki, o, Türkiyə hakimiyyətinə bir çox mesajlar göndərib.
“Əgər Türkiyə hökuməti liderimiz Abdullah Öcalana tətbiq edilən təcrid siyasətini ləğv edərsə və onun azadlığa buraxılması ilə bağlı qərarlar verərsə, biz də silahları yerə qoyarıq. Əks halda, bizdən silahı yerə qoymağı gözləməsinlər. Mübarizə davam edəcək.” , – deyə Bayık bəyan edib.
Bu açıqlama Türkiyə ictimaiyyətində və siyasi dairələrdə ciddi narahatlıq doğurub. Rəsmi Ankara isə dəfələrlə bildirib ki, PKK ilə heç bir şəkildə siyasi danışıqlar aparılmayacaq və terrorla mübarizə qətiyyətlə davam etdiriləcək.
Qeyd edək ki, Abdullah Öcalan 1999-cu ildən bəri Türkiyədə İmralı adasında ömürlük həbs cəzasını çəkir və onunla əlaqə uzun müddətdir məhdudlaşdırılıb.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 21 İyul 2025 00:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















