Icma.az
close
up
RU
Politoloq: Minsk Qrupunun bağlanmasının siyasi təsiri böyük deyil

Politoloq: Minsk Qrupunun bağlanmasının siyasi təsiri böyük deyil

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"ATƏT-in Minsk Qrupu artıq fəaliyyətini dayandırıb. 1 dekabr etibarilə bu qurum rəsmi olaraq mövcudluğunu başa vurdu. Bu addım həm Azərbaycanın uzun illər irəli sürdüyü əsas tələblərdən birinin reallaşması, həm də keçmiş Dağlıq Qarabağ münaqişəsinin sonuncu siyasi simvolunun tarixin səhifələrindən silinməsi anlamına gəlir".
Bunu Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
O, bildirib ki, əslində, Minsk Qrupunun bağlanmasının siyasi təsiri böyük deyil:
"Çünki qurum uzun illər regionda mövcud olsa da, münaqişənin həlli istiqamətində real nəticələr ortaya qoya bilmədi. Tərəfləri razılaşdıracaq sərt qərarlar, effektiv vasitəçilik və ya prosesə təkan verəcək praktiki addımlar görmək mümkün olmadı. Nəticədə danışıqlar müharibə mərhələsinə keçdi. Müharibədən sonra da qrupun fəaliyyətsizliyi açıq şəkildə görünürdü. Bunun fonunda yeni reallıq yarandı. Azərbaycan və Ermənistan artıq bu formata ehtiyac duymurdu. Tərəflər birbaşa dialoq mexanizmini işə saldılar və qısa zamanda real nəticələr əldə olundu. Hazırda iki ölkənin liderləri müxtəlif beynəlxalq tədbirlərdə bir araya gələrək açıq şəkildə müzakirələr aparırlar".
Politoloq bildirib ki, Vaşinqtonda keçirilmiş görüşdə faktiki olaraq sülh sazişi paraflanıb:
"Bu isə prosesin üçüncü tərəflərin vasitəçiliyindən daha çox, tərəflərin öz siyasi iradəsi və diplomatik təşəbbüsləri ilə irəlilədiyini göstərir. Minsk Qrupunun bağlanması sülh prosesinə ciddi təsir etmir, çünki danışıqlar onsuz da uzun müddətdir bu qurumdan kənar aparılır. Bu qərar daha çox formal xarakter daşıyır".
Onum sözlərinə görə, əsas istiqamət Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar, qarşılıqlı səfərlər və davamlı siyasi ünsiyyətdir:
"Mövcud dinamika nəzərə alınarsa, tərəflərin 2026-cı ildə sülh sazişini imzalaması real görünür".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Dekabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri